Şuşa qalası Haqqinda Melumat - Vikipedia

Şuşa qalası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şuşa qalası

Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları

Şuşa qalasıŞuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırmışdır. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdür.

Şuşa qalası
Şuşa qalası 2021-ci ildə restavrasiya işlərindən sonra
Şuşa qalası 2021-ci ildə restavrasiya işlərindən sonra
Xəritə
39°45′58″ şm. e. 46°45′04″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa Şuşa
Yerləşir Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Aidiyyatı Qarabağ xanlığı
Sifarişçi Pənahəli xan
Əsas tarixlər Əsası qoyulub: 1751-ci il
İlk xatırlanma: XVIII əsr
Tikilmə tarixi 1752
Material çay daşı, yumurta sarısı, əhəng məhlulu
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.337
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Şuşa qalası (Azərbaycan)
Şuşa qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir: "Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi".

Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Hazırda Şuşa şəhərinin ərazisi mərkəzində uzununa təpə yerləşən yayladan ibarətdir. Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması baxımından özünü büruzə verir.

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvanAğoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.

Tarixi redaktə

Tarixi-siyasi mühit redaktə

 
Şuşa qalasının əsası ilk Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur.

XVIII əsrin ortalarında İrandaAzərbaycanda mərkəzləşdirilmiş dövlətin süqutundan sonra, Azərbaycan ərazisində bir-birinin ardınca müstəqil xanlıqlar yaranmağa başlayır ki, onlardan da biri Qarabağ xanlığıdır.[1] Öz siyasətini yürüdən və iqtisadiyyatını inkişaf etdirən bu xanlıqların hər biri hakimiyyəti altında olan əraziləri idarə etdiyi mərkəzə malik idi. Bu dövr Cənubi Qafqazın hərbi-siyasi tarixində mürəkkəb hadisələrlə əlaqəlidir: Qırx illik müharibə (1709–1749) hələ başa çatmamışdı, tez-tez feodallar arası müharibələr, kəndli üsyanları baş verirdi, türklər və iranlıların hücumları davam edirdi. Belə bir şəraitdə xanlıqların ərazi bütövlüyü və siyasi müstəqilliyini qorumaq üçün əsas ehtiyacı olan yaxşı möhkəmləndirilmiş paytaxt şəhərin olması idi. Buna görə də möhkəmləndirilmiş şəhərlərin inşa edilməsi ilk növbədə hərbi-siyasi vəziyyətin tələbindən irəli gəlirdi.[2]

Möhkəmləndirilmiş şəhərlərin inşa edilməsi tələbi XVIII əsrin II yarısında Azərbaycan memarlığının inkişafına xüsusi təsir edərək, yerli hakim və onun ailəsinin yaşadığı mülklərin qorunmasını əsas alan xüsusi şəhər tipinin yaranmasına səbəb olmuşdur.[3] Şuşa da şəhərsalma xüsusiyyətinə görə məhz belə şəhərlərdən biridir.[3] E. Avalov həmin dövrdə xanlıqların paytaxtı seçilmiş şəhərləri iki qrupa ayırır. Birinci qrupa qədim dövrlərdə və ya erkən orta əsrlərdə formalaşmış Şamaxı, Bakı, Təbriz, Naxçıvan, Gəncə kimi şəhərlər daxildir. Xanlıqların paytaxtı seçilərkən həmin şəhərlər əsaslı yeidənqurma və inşaat işlərinə məruz qalmamış və tarixi-memarlıq simasını saxlamışdır.[3] Az əhəmiyyətli yaşayış məntəqələri paytaxt seçildikdə isə əsaslı yenidənqurma, genişləndirmə və möhkəmləndirilmə işləri aparılırdı. Qısa müddətdə inşa edilmi bu cür şəhərlər ətraf ərazilərdən sənətkarlar, ruhanilər, xan əyanları, tacirləri cəlb edirdi. Köçəri[3] Cavanşirlər sülaləsindən olan Pənahəli xanın saldırdığı Şuşa şəhəri də belə şəhər idi.[4]

1747-ci ildə CavanşirlərOtuzikilər sülalələrinin dəstəyi ilə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan, Araz çayından Göyçə gölünə, Tərtər çayından Mehri, TatevSisiana kimi uzanaraq Qarabağ, ZəngəzurBərgüşad ərazilərini əhatə edən geniş ölkəsini idarə edə biləcəyi möhkəm qala inşa etməyə qərar verir.[5][6][7] 1748-ci ildə onun sifarişi ilə Bərdə yaxınlığında Bayat qalasının inşasına başlanılır. Pənahəli xan "ailəsinin yaşaya biləcəyi və yadellilərin hücumu zamanı xalqı qoruyacaq bir qala" istəyirdi. Buna görə də Bayat qalası dərin xəndəklər və qalın xarici divarlarla əhatə edilir. Bişmiş kərpicdən inşa edilmiş Bayat qalasında Xan sarayı, məscid, bazar, hamam və evlər yerləşir. Xan ailəsinin Bayatda məskunlaşmasından sonra ətraf kəndlərin sənətkarları, o cümlədən ƏrdəbilTəbrizdən də bir qədər əhali buraya köçür.[8][9][10] Lakin, Bayat uzun müddət xanın iqamətgahı olmur. Həyata keçirilmiş çoxsaylı möhkəmləndirmə işlərinə baxmayaraq, qala xarici hücumçulara qarşı zəiflik nümayiş etdirir. Buna görə də, Pənahəli xan yeni qala inşa etdirmək üçün strateji baxımdan daha əlverişli yer axtarır. Nəticədə sonradan Şahbulaq adlandırılan Tərnəküt adlı yerdə, Şah bulağı adlı bulağın yaxınlığında Ağdamdan 10 km aralıda yerləşən dağətəyi məkan seçilir.[4]

 
Şuşadan qabaq Qarabağ xanlığının paytaxtı olmuş Şahbulaq qalasının memarlığı Şuşa qalasının və qala daxilindəki qəsrlərin memarlığına təsir etmişdir (şəkil erməni işğalından sonraya aiddir).

XIX əsr Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın göstərişi ilə burada qala, daş evlər, məscid, hamam və bazar inşa edilir. Şahbulağında mülki və dini binaların inşa edilməsi haqqında məlumatlara Mirzə Yusif QarabağiMirzə Camal Cavanşirin əsərlərində rast gəlmək mümkündür.[4] M.C.Cavanşir "Qarabağ tarixi" adlı əsərindəki "Rəhmətlik Pənah xan tərəfindən Qarabağda inşa edilmiş abidələr və binalar haqqında" adlı bölmədə qeyd edir: "Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir".[4] İnşaat işləri 1165-ci ildə (1751–1752) tamamlanmışdır.[4] Yeni qalaya köçən və mövqelərini möhkəmləndirən xan, əvvəlki qərargahını dağıtmağa göstəriş verir.[11]

Şahbulaq ərazisindəki inşaat işləri, xüsusilə qala və məscidin memarlığı sonradan Şuşada aparılan inşaat işlərinə əhəmiyyətli təsir göstərmişdir.[12] Demək olar ki, Şuşanın bütün qaladaxili qəsrləri memarlıq-planlaşdırma və həcm-fəza strukturu baxımından Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayır.[13] Lakin, bir müddət sonra yaxınları Pənahəli xana yeni qalanın inşası üçün daha təhlükəsiz yer seçməyi məsləhət görürlər və beləliklə Şuşa qalasının inşasına qərar verilir.[12]

İnşası redaktə

Şuşa qalasının şimal-şərq hissəsi. V. Vereşaginin rəsmi. 1865-ci il.
Şuşa qalasının şimal-şərq hissəsinin müasir görünüşü (qalanın içindən) (Şəkil erməni işğalından sonraya aiddir).

Əhməd bəy Cavanşir qeyd edir ki, qalanın inası üçün seçilən "Əbədi keçilməz, əlçatmaz yer hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi".[14] Yeni qalanın inşası üçün elə yer tələb olunurdu ki, dağlara çıxan elatlarla əlaqə üçün bir tərəfdən açıq olsun, həm də Pənahəli xanın hakimiyyətinə tabe olan mahallarla əlaqəyə imkan yaransın.[15][16]

"Bütün Qarabağda yeganə belə yer, sərt, demək olar ki, əlçatmaz qayalarla əhatə olunmuş və təbii qala olan Şuşa ovalığıdır".[17] Qarabağ tarixçisi Baharlının məlumatına görə, yeni qalanın inşası üçün inşa edilmiş məkan şərq tərəfi istisna olmaqla hər tərəfdən sıx meşələrlə əhatə edilmişdi. Qala ərazisi bir çox yerlərdə dərələrlə tamamlanan yarqanlarla parçalanmışdır.[18] Yarğanların olması təbii suların qala ərazindən axıdılmasına imkan vermişdir ki, bu da tez-tez yağışlı və dumanlı havanın xarakterik olduğu Şuşada subasmanın olması imkanını sıfıra endirir.[19]

Bir neçə bulaq istisna olmaqla Şuşa yaylasında axar su mənbələrinin olmamasına görə, qala əhalisinin suya olan tələbatının ödənilməsi üçün çoxsaylı su quyuları qazılmışdı.[15] Şuşa yaylasının ən mühüm xüsusiyyətlərindən biri də yaxşı yonulan inşaat daşları və meşələrlə zəngin olması idi. Bunlar qalanın inşası üçün yerli xammal rolu oynamaqla böyük dəyər kəsb edirdi.[20]

Fasiləsiz feodal müharibələri zamanı qala divarları şəhər üçün həyati əhəmiyyət daşısa da, onların inşası şəhər büdcəsinin böyük hissəsinin xərclənməsini tələb edirdi. Şuşa şəhərinin inşası zamanı dağlıq ərazinin seçilməsi həm də qala divarlarının inşasında qənaətə imkan vermişdir. Sərt qayalıqlar müdafiə sisteminin demək olar ki, 2/3 hissəsində əlçatmaz mühit yaratmışdır.[21] Buna görə də, Şuşa şəhəri ərazi seçiminə strateji faktorun necə təsir etməsinin ən yaxşı nümunələrindən biridir.[22]

Qalanın inşası üçün seçilmiş yerin uğurlu olmasını bir çox şahidərin ifadələri də isbat edir. XIX əsrin əvvəllərində Qarabağa səfər etmiş məşhur ingilis səyyahı Q. Keppel Şuşa yaylasının uğurlu strateji yerləşməsini qeyd edir. O, yazır: "təbii üstün mövqe – yüksək təpənin demək olmar ki, əlaçatmaz zirvəsində yerləşmə süni müdafiəyə az ehtiyac yaradırdı."[23] Qafqaz dağlarının yüksək zirvəzində inşa edilmiş Şuşa qalasını təsvir edən qraf Platon Zubov da onun təbii strateji üstünlüyünü qeyd edir. Üç tərəfdən – cənub, qərb və şərqdən – Şuşa yaylasını əhatə edən yüksək qayalıqlar müxtəlif istiqamətlərdə bir-birinin üstündə ucalaraq, şimal istiqamət istisna olmaqla, bütün tərəflərdən "tamamilə əlçatmazdır".[24][25] Şuşa yaylasını əhatə edən qayaların hündürlüyü bəzi yerlərdə 400 metrə kimi çatır.[26]

 
Vasili VereşaginDramatik tamaşanın sonu, 1865. Arxa fonda Şuşa qalası və Xan sarayı görünür.

Rusiya hərbi tarixçisi Vasili Potto Şuşanın Qacar şahzadəsi Abbas Mirzənin başçılıq etdiyi ordudan 48 günlük müdafiəsini təsvir edərkən, həm də Şuşa ərazisinin topoqrafik baxımdan əlverişçi şəraitini qeyd edir: "yarımdağılmış vəziyyətə düşmüş, lakin mövqeyinə görə alınmaz olan qalanın mürəkkəb müdafiə planına ehtiyacı yox idi".[27] Qalanın inşası üçün seçilmiş yerin üstünlüklərindən biri də, buradan bütün ətraf ərazlərin yaxşı müşahidə olunması və nəzarət edilməsi idi ki, bu da düşmənin qəfil hücumunun qarşısını alırdı. P. Zubov yazır ki, "Şuşa yaylası tərəfdən ən uzaq prespektivdə yerləşən və vadi boyunca səpələnmiş kəndləri, gözəl üzüm bağlarını və meşələrlə örtülmüş dağları müşahidə etmək mümkündür."[28]

Şuşa qalasının təbiət tərəfindən yaradılmış alınmazlığından bəhs edərkən V. Potto və A. A. Kaspari şəhərin şimal şərq hissəsində xüsusilə zirvəyə ucalan, "qədim Fermopildəki kimi böyük bir ordunun qarşısının alınması üçün bir neçə nəfərin kifayət edəcəyi"[29] qayalıqları qeyd edirlər. Şuşa qalasından Gəncə qalasına aparan yol dağın yamacında yerləşirdi. XIX əsrin 70-ci illərində şəhərin iqtisadiyyatının inkişafına mane olan sərt enişli yolu bir qədər düzləşdirmək üçün addımlar atılmışdır. Bu məqsədlə çətin keçilən qayalıqların bəziləri partladılaraq dağıdılmışdır.[30] 1864–1865-ci illərdə Şuşada olmuş V. V. Vereşagin çətin keçilən, beş atın arabanı güclə dartdığı sərt maili yoldan bəhs etmişdir.[31]

Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırmışdır. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdür.[32]

Qalanın dəqiq inşa tarixi haqqında da dəqiq məlumat yoxdur. Qarabağnamələri readktə və nəşr etdirən A. Ələskərzadə və E. Şükürzadə qeyd edir ki, Şuşa qalasının təməlqoyma tarixinin hicri 1170-ci il kimi göstərilməsi şübhəlidir. Onların fikrincə Mirzə Camal Cavanşir[33] qalanın təməlqoyma tarixini düz göstərməmiş, onun səhvini isə əsərlərində Əhməd bəy Cavanşir[34]Mirzə Adıgözəl bəy[35] təkrarlamışlar. Onlar Şuşanın inşasının başlanma tarixini 1751-ci il və ya 1770-ci ilin ikinci yarısı kimi qeyd edirlər.[36]

E. Avalov qeyd edir ki, şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir.[37] Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir ki, "Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi."[38]

Memarlıq xüsusiyyətləri redaktə

Şuşa qalasının bürcləri (şəkil erməni işğalından sonraya aiddir).
Qala divarlarındakı mazğalların daxildən görünüşü (şəkil erməni işğalından sonraya aiddir).

Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Hazırda Şuşa şəhərinin ərazisi mərkəzində uzununa təpə yerləşən yayladan ibarətdir.[22] Sərt şəkildə şərqə dönən yayla, qərbdə bütün ərazinin dominantı olan yüksəkliyə dirənir. Qırılma ilə tamamlanan bu təpə eyni zamanda böyük amfiteatrın mərkəzi olmaqla bir qanadı cənuba çataraq Cıdır düzünə keçir, buradan cənubda yuvarlaqlaşaraq şimala uzanır və yarğanla tamamlanır.[22]

Şuşa yaylasının bütün xarici kənarları iti şəkildə Daşaltıçay və Xəlfəliçaya enən sərt qayalıqlarla əhatələnmişdir.[22] Bu qədər özünəməxsus yerin seçilməsinin əsas səbəbi kimi 1857-ci ilin "Qafqaz" qəzetində mürəkkəb dağlıq məkanın strateji əhəmiyyəti ilə izah edir.[39]

XVIII əsrin əvvəllərində Azərbaycan xanlıqlarının formalaşması ərəfəsində Naxçıvan, Gəncə, Şamaxı kimi böyük ənənəvi memarlıq məktəbi mərkəzləri tənəzzül dövrünü yaşayırdılar. Azərbaycanın kiçik ərazilərə parçalandığı həmin dövrdə bu memarlıq mərkəzləri öz təsir gücünü itirmişdi.[40] Yeni paytaxt şəhərlərdə isə saraylar, qəsrlər və müdafiə qalalarının inşasına ehtiyac var idi. Buna görə də feodal hakimlər yerli kənd memarlarını şəhər inşaatına cəlb etməyə məcbur olurlar. Buna görə də, həmin memarların dəsti-xətti Azərbaycanda XVIII əsrin ortalarında inşa edilən yeni şəhərlərin memarlığına əhəmiyyətli təsir edir. Həmin şəhərlərin əsas tikililəri üçün orta əsrlərdə inşa edilmiş binalarda müşahidə edilən monumentallığın olmaması, inşaat materiallarının yaxşı yonulmamış daşlar olması xarakterikdir.[40]

Bununla yanaşı az məşhur olan memarların şəhər inşaatına cəlb edilməsinin böyük bir müsbət cəhəti var idi: onlar yeli inşaat materiallarına yaxşı bələd idilər və onları necə tikintidə tətbiq etməyi yaxşı bilirdilər.[41] Yeni şəhərlərin memarlığında keçmiş memarlıq məktəblərinin ənənələrini xalq memarlarının yaradıcılığı ilə birləşdirirdi. Bu dövrün ən maraqlı sintezləri ŞəkiQarabağ xanlıqlarının memarlıqlarında müşahidə olunur.[40]

Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm dəq alanın xarici bədii siması baxımından özünü büruzə verir.[42] Əhməd bəy Cavanşir deyir:

"  Şimal-şərq tərəfdən Şuşaya çatmağa 3 verst qalmış başını qaldırıb baxdıqda üzərində möhtəşəm qala divarları və qüllələr ucalan sıldırım qayalar taclı başını şıx tutmuş əfsanəvi nəhəngləri xatırladır.
" 

Şuşa qalasının inşası zamanı memar yerli relyefi əsas götürmüşdür və bu, şəhərin XIX əsrdə çəkilmiş planlarında da aydın görünür.[44] Buna görə də Şuşanın ladşaftı qala divarlarının xəttini diktə etmiş və bütün qala divarlarının sərhədlərini müəyyənləşdirmişdir.[45] Şuşa qalasının döyüş qüllələri divarların səthindən xeyli qabağa çıxır, bəzi halda isə demək olar ki onlardan kənarda inşa edilib ki, bu da divarların yaxşı müdafiə olunmasını təmin edir. Məhdudlaşdırıcı atəşin açılması üçün Bakı, ÇıraqqalaBuğurt qalalarında olduğu kimi, Şuşa qalasında da qüllələr arasında düz divarlar ucaldılmışdır.[44]

 
Şuşa qalasının parad qapısının açarı. Azərbaycan Tarix Muzeyi.

Şuşanın müdafiə divarları daş və əhəng məhlulundan inşa edilməklə[46] 2.5 km uzunluğa malikdir.[47] Mirzə Yusif Nersesov və Platon Zubov Şuşa qalasının xüsusi sərt görünüşlü mazğallarının olmasını qeyd edirlər.[48] Şuşa qalasının memarlıq-konstruksiya həlli zamanı artilleriyadan istifadə də nəzərə alınmışdı ki, bu da böyük strateji üstünlük verirdi. Bu məlumat XVIII əsrin sonlarında Şuşa qalasının müdafiəsində iştirak etmiş tarixçi Yakov Zaxaryantsın sözləri ilə də təsdiqlənir: "Saat altıda, döyüşçülər Dövtələbdə toplaşdıqdan sonra isə bütün tərəflərdə yerləşdirilmiş 30 topdan atəş açılmağa başlandı."[49]

Təməlqoyma dövründə XIX əsrin ortalarına kimi Şuşa qalasında fasiləsiz yenidənqurma və genişləndirmə işləri aparılmışdır.[44] Pənahəli xanın vəfatından sonra onun oğlu İbrahimxəlil xan atası tərəfindən başladılan inşaat işlərini davam etdirmişdir. Onun hakimiyyəti dövründə (1759–1806) və Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra da Şuşa qalasının möhkəmləndirilməsi davam etdirilmişdir.[50]

XIX əsrin əvvəllərində mürəkkəb tarixi şəraitdə Şuşa qalası mühüm müdafiə sistemi rolunu oynamağa davam etmişdir. Həmin dövrdə şəhərin Qacar ordusu tərəfindən ələ keçirilməsi təhlükəsi yaranmışdı. Buna görə də yeni rus administrasiyasıı müdafiə sisteminin möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. 1826-cı ildə Qacar ordusunun Şuşaya hücumu zamanı şəhərin müdafiə divarları ciddi yenidənqurmaya ehtiyac duyurdu: "Həmin dövrdə Şuşa qalası çox bərbad vəziyyətdə idi: bir çox yerlərdə onun müdafiə divarları dağılmışdı, bir hissəsi isə yerli sakinlər tərəfindən sökülmüş və ev inşası üçün daşları daşınmışdı; xəndəklər demək olar ki, dolmuşdu… Şuşanı müdafiəyə bacarıqlı vəziyyətə gətirmək lazım idi."[51] Mühasirəyə alınmış şəhər 10 günlük sülh razılaşmasından istifadə edərək "qala divarlarını elə bərpa edir ki, perslərin çoxsaylı döyüşçülərinin hücumlarını asanlıqla dəf edir."[52] Qala uğurla bərpa edildiyinə görə, onun divarlarını hətta bu mühasirə zamanı istifadə edilmiş ingilis topları da dağıda bilmir.[53]

XIX əsrdə qalanın yenidənqurulması və möhkəmləndirilməsi zamanı onun ilkin görünüşü qismən dəyişdirilmiş, ona yeni müdafiə qüllələri əlavə edilmişdir.[54] V. V. Vereşaginin "Dramatik tamaşanın sonu" adlı rəsmində arxa fonda görünən Şuşa qalasının şimal divarlarının qüllələri şəhərin dövrümüzə çatmış bütün baş planlarında olduğu kimi dairəvi yox prizmatik formaya malikdir.[54] Şuşa qalasının döyüş qüllələri haqqında Platon Zubov da bəhs edir: "Şimaldan şəhərin müdafiəsi üçün inşa edilmiş qala divarları köhnə üsulla ucaldılmış və Şuşa üçün yaxşı müdafiə rolu oynayan dairəvi qala bürclərinə malikdir."[55] E. Avalov qeyd edir ki, Qarabağ xanlığının XVIII əsrə aid bütün müdafiə tikililəri – Şahbulaq, Şuşa və Əsgəran qalaları – dairəvi formalı bürclərə malikdir.[54]

1848-ci ilin payızından 1850-ci ilin dekbrına kimi Qafqazda olmuş rəssam B. F. Timm "Şuşa qalası" adlı rəsmində qalanın şimal divarlarını demək olar ki, V.V.Vereşaginin təsvir etdiyi yerdən təsvir etmişdir.[56] Onun rəsmində şimal müdafiə divarları mazğallı dairəvi bürclərlə göstərilmişdir.[56]

Şimal tərəfdən qala divarlarının panoram görünüşü (şəkil erməni işğalından sonraya aiddir).

Qapıları redaktə

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.[57] Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir."[58] Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu.[59] Bəzi mənbələrdə qala divarlarının dördüncü qapının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir.[60]

Memarlar hələ qədim dövrlərdən şəhərlə tanışlığın onun qala divarlarından başladığını və şəhərin memarlığını məhz qala divarlarının müəyyən etdiyini nəzərə alırdılar. Buna görə də, memarlıq-kompozisiya həlli baxımında Şuşa qalasının əsas – şimal qapısı zəfər tağını xatırladır.[37] Müdafiə sistemlərinin bədii əhəmiyyətinə oxşar münasibət Azərbaycan, Dağıstan, Ermənistan, Gürcüstan, Orta AsiyaQədim Rus qala memarlığı üçün xarakterikdir.[37]

Gəncə qapısı redaktə

border=none  Əsas məqalə: Gəncə qapısı
 
Gəncə qapısı sovet dövründə

Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş[37] qapı, artıq XVIII əsrdən etibarən Gəncə qapısı və ya Çiləbörd qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yolu Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Qarabağ xanlığının 1805-ci ildə Rusiya imperiyasına biləşdirilməsindən[61] sonra Gəncənin Yelizavetpol adlandırılması (1804) ilə əlaqədar olaraq Gəncə qapısı da müvafiq olaraq Yelizavetpol qapısı adlandırılmağa başlayır.[62]

Şuşa qalasının Şimal qapısı qala divarlarının ortasında – Ağoğlan və İrəvan qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır.[62]

Şahmatvari və küknar düzülüşlü ağ və qara daşlardan toxunmuş hörgü, qalanın dərin oxvarı tağlı girişini effektiv şəkildə əhatə edir. Giriş üzərində dağılmış yalançı pəncərə çıcışlarının simmetrik izləri vardır. Onların arasında mazğallar və ya qala bacaları yerləşir. Yalançı və həqiqi pəncərə çıxışlarının sıralanması o dövr memarlığında ictimai binaların fasadlarının həll edilməsi üçün geniş istifadə edilən üsul olmaqla, memarlar tərəfindən mülki memarlıqdan mənimsənilmişdir.

İrəvan qapısı redaktə

border=none  Əsas məqalə: İrəvan qapısı

İrəvan qapısı[63] və ya Xəlfəli qapısı[64] Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi.[65] İrəvan qapısı da Şuşa qalasının digər iki qapısı kimi Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilmişdir.[66]

Gəncə qapısından fərqli olaraq İrəvan qapısı daha ənənəvi tərzdə həll edilmişdir; oxvari tağa malik qapı iki tərəfdən simmetrik yerləşdirilmiş iki yaruslu döyüş qüllələri ilə möhkəmləndirilmişdir.[66]

Ağoğlan qapısı redaktə

border=none  Əsas məqalə: Ağoğlan qapısı
 
Qala divarlarının Şuşa həbsxanası yaxınlığından keçən hissəsi və Ağoğlan qapısı (sağda, arxa fonda).Şəkil erməni işğalından sonraya aiddir.

Ağoğlan qapısı, Muxtar qapısı[67] və ya Şuşakənd qapısı[66] Şuşa qalasının şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edir. Bu qapıdan çıxan yol Şuşa şəhərini ŞuşakəndMuxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı. XIX əsrin bütün rusdilli mənbələrində Şuşanın cənub qapısı Ağoğlan qapısı kimi qeyd edilmişdir.[66] 1846-cı ilin "Qafqaz təqvimi"nə (rus. Кавказский календарь 1846 году) əlavə edilmiş yol xəritəsinə görə Şuşa qalasını Ağoğlan qəsri ilə məhz bu qapıdan çıxan kəndlərarası yol birləşdirirdi.[68] Bu qapının mənbələrdə xatırlanan digər bir adı isə Topxana qapısıdır.

E. Avalov qeyd edir ki, Rusiya Dövlət Hərbi-Tarixi Arxivində saxlanan çertyoja əsasən qalanın şimal və qərb qapılarından fərqli olaraq şərqdə yerləşən Ağoğlan qapısı döyüş qüllələri ilə bərkidilməmiş və kifayət qədər sadə görünüşə malik olmuşdur. Giriş oxvari tağla həll olunmuşdur.[66]

İçqalası redaktə

Mənbələrin məlumatında görə[69] Şuşa qalasının inşası ilə paralel qalanın içində Pənahəli xan üçün də qəsr inşa edilmişdir. E. Avalov qeyd edir ki, xan ailəsi üzvləri üçün inşa edilmiş sarayların hər biri üçün qəsr formalı qala divarlarının tikilməsi erkən dövrdə Şuşanın iç qalasının olmamasından xəbər verir. Bu baxımdan Şuşa qalası ŞəkiGəncə qalalarından fərqlənir.[70] Müəllifin fikrincə inkişaf etmiş içqalanın olmamasını iki faktorla izah etmək mümkündür. Bunlardan birincisi Şuşa yaylasının təbii strateji yerləşməsi, ikincisi isə şəhər sərhədlərindən kənarda, çətin keçilən dərin meşələr arasındakı Daşaltı dərəsində qədim qaya-saray saxlancı onunla üzbəüz qaya mağarasında isə müdafiə qəsrinin yerləşməsidir. Əhməd bəy Cavanşirin məlumatına görə həmin mağara qəsri Şuşa qalası ilə gizli yeraltı yol vasitəsiylə əlaqələndirilmişdi.[71]

Şuşanın tarixi qeyd edilməmiş baş planına əsasən qalanın sonrakı inkişaf dövründə qalanın Gəncə qapısı yaxınlığında ucalan hündür təpə üzərində geniş tikililər kompleksinə malik, qala divarları və bürclərlə əhatə olunmuş qaladaxili içqala inşa edilir.[72] Həmin qəsr daxilində Xan sarayları, o cümədən İbrahimxəlil xanın qızı Xurşidbanu Natəvanın sarayı yerləşir.[72] E. Avalov qeyd edir ki, nə tarixsiz baş planda, nə də Şuşanın 1837-ci ilə aid planının dövrümüzə çatmış hissələrində içqalanın ayrı-ayrı tikililərinin dəqiq təyinatı göstərilmir.[72] 1847-ci ilin çertyojunda isə bütün içqala kompleksi ümumi adla "Xanşi evi" adlandırılır.[72] İçqalanın xarici görünüşü haqqında ümumi məlumatı 1865-ci ildə Şuşada olmuş V.V. Vereşaginin çəkdiyi "Dramatik tamaşanın sonu" adlı rəsm verir. Həmin rəsmin arxa planında İçqala və onun tikililəri təsvir edilmişdir. E. Avalov qeyd edir ki, rəsmin çəkildiyi dövrdə Şuşa içqalasının bir çox tikililəri dağılmışdı.[72] İçqala divarlarından dövrümüzə divar hissələri və bir dairəvi bürc qalmışdır.[72]

İstinadlar redaktə

  1. Bakıxanov, Abbasqulu ağa. Gülüstani-İrəm. Bakı. 1926. 127.
  2. Сегаль, И. Елисаветпольская губерния (впечатления и воспоминания) (Кавказский вестник, , №3, XIII). 1902. 58.
  3. 1 2 3 4 Авалов, 1977. səh. 9
  4. 1 2 3 4 5 Авалов, 1977. səh. 10
  5. История Азербайджана, т. I. Баку. 1958. 334–337.
  6. Bakıxanov, A. Gülüstani-İrəm. Bakı. 1926. 128.
  7. Абдуллаев, Г. А. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку. 1965. 14.
  8. Карабаги, Джамал Джеваншир. Карабах (№ 61-69). Тифлис: аз. Кавказ. 1855.
  9. Адигезал-бек, Мирза. Карабах-наме. Баку. 1950. 53.
  10. Джамал Джеваншир Карабахский, Мирза. История Карабаха. Баку. 1959. 68.
  11. Adıgözəlbəy, Mirzə. Qarabağnamə. Bakı. 1950. 53.
  12. 1 2 Авалов, 1977. səh. 15
  13. Авалов, 1977. səh. 16
  14. Джеваншир, Ахмедбек. История Карабахского ханство (с 1747 по 1805 год). Баку. 1961. 8.
  15. 1 2 Джеваншир Карабахский, Мирза Джамал. История Карабаха. Баку. 1959. 72.
  16. Xəzani, Mir Mehdi. [Mir_Mehdi_Xəzani_və_onun__Kitabi-tarixi_Qarabağ__əsəri Kitab-tarixi-Qarabağ] (#bad_url). Bakı: Azərbaycan Elmlər Akademiyası nəşriyyatı. 1950.
  17. Никитин, К. "Статья в газ. «Кавказ»". Тифлис. № 25. 1871. (#accessdate_missing_url)
  18. Baharlı. Əhvalati-Qarabağ. 1888. Авалов, 1977. səh.&nbsp, 16-da istinad edilir.
  19. "Всемирное обозрение". Иллюсирация, СПб. т. VII (№ 167): 257. 1861.
  20. Baharlı. Əhvalati-Qarabağ. 1888. Авалов, 1977. səh.&nbsp, 17-da istinad edilir.
  21. Бунин, А.В. Исследования по истории архитектуры и градостроитальства. М. 1964. 86.
  22. 1 2 3 4 Авалов, 1977. səh. 17
  23. Кеппель, Г. Личный рассказ о поездке из Индии в Англию в 1824 г. 2.
  24. Зубов, П. Шесть писем о Грузии и Кавказе. 1834. 87.
  25. Карабахская провинция. Город Шуша с крепостью и исторические сведения о провинции. СПб: Обозрение Российских владений за Кавказом, ч.3,. 1836.
  26. Очерк крепости Шуши и Карабаха. Путешествия (№ 210). СПб: газ. «Северная пчела». 1831.
  27. Потто, В. Защита Шуши (Персидская война 1826-1828 гг.). СПб: Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях, т. 3. 1886. 93.
  28. Зубов, П. Исторический закавказский роман. Карабахский астролог или основание крепости Шуши в 1752 г. 1834. 46.
  29. Каспари, А. А. Очерки исторического прошлого и современного положения Кавказа. СПб. 1904. 218.
  30. Бабаджанов, К. Шуша, газ. Кавказ (№10). Тифлис. 1872.
  31. Очерки, наброски, воспоминания В. В. Верещагина. СПб. 1883. 13.
  32. Джеваншир, Ахмедбек. О политическом существовании Карабахского ханства с 1747 по 1805 год. Шуша. 1901. 15.
  33. Джеваншир, Мирза Джамал. Карабах (перевод А. Берже). Тифлис: газ. Кавказ. 1855. № 61-62.
  34. Джеваншир, Ахмедбек. История Карабахского ханства (с 1747 по 1805). Баку. 1961.
  35. Адигезал-бек, Мирза. Карабах-наме. Баку. 1950.
  36. Авалов, 1977. səh. 20
  37. 1 2 3 4 Авалов, 1977. səh. 32
  38. Карадаги, Гасаналихан. Тезкире и-Гарадаги. 1880. Avalov 32-də istinad edilir.
  39. "Кавказ". Тифлис. № 25. 1871.
  40. 1 2 3 Авалов, 1977. səh. 22
  41. Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 171.
  42. Авалов, 1977. səh. 19
  43. Джеваншир, Ахмедбек. История Карабахского ханство (с 1747 по 1805 год). Баку. 1961. 83.
  44. 1 2 3 Авалов, 1977. səh. 28
  45. Очерки крепости Шуши и всего Kарабаха (№ 210). СПб: Газ. «Северная пчела». 1881.
  46. Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-17.
  47. Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970. 28.
  48. Зубов, П. Шесть писем о Грузии и Кавказе. 1834. 70.
  49. Захарянц, Яков. Война шаха с карабахским ханрм. Баку. 1949. 211.
  50. Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 27. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-17.
  51. Генерал-лейтенант Клюки Фон-Клугенау. Очерк военных действий и событий на Кавказе 1818-1850. Ежемесячное историческое издание. 1874, сентябрь. 138.
  52. Вторжение персиян в наши пределы и блокада ими крепости Шуши в 1826 году (№ 58). газ. «Кавказ». 1851.
  53. История Азербайджана (т. 2). Баку. 1960. 35.
  54. 1 2 3 Авалов, 1977. səh. 29
  55. Зубов, П. Шесть писем о Грузии и Кавказе. М. 1834. 88.
  56. 1 2 Авалов, 1977. səh. 31
  57. Авалов, Э. В. "О некоторых особенностях архитектуры оборонительных сооружений Шуши". Изв. АН Азерб. ССР сер. Лит. Яз. и Иск. (№ 2). 1972. (#accessdate_missing_url)
  58. "Кавказ, Тифлис" (№ 25). 1871.
  59. Очерки Закавказья. «Иллюстрация» (т. VII). СПб.-М. 1861. 257.
  60. Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-17.
  61. История Азербайджана (т. 2). Baku. 1960. 6.
  62. 1 2 Авалов, 1977. səh. 33
  63. Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-17.
  64. Baharlı. Əhvalati-Qarabağ (E. Avalov, 34-də istinad edir). 1888.
  65. Авалов, 1977. səh. 34
  66. 1 2 3 4 5 Авалов, 1977. səh. 35
  67. Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-17.
  68. Карта к дорожнику Кавказского края. Кавказский календар на 1846 год. Тифлис. 1845.
  69. Авалов, 1977. səh. 25
  70. Авалов, 1977. səh. 26
  71. Джеваншир, Ахмедбек. История Карабахского ханство (с 1747 по 1805 год). Баку: 11. 1961.
  72. 1 2 3 4 5 6 Авалов, 1977. səh. 27

Ədəbiyyat redaktə

  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.

Həmçinin bax redaktə


Saytda 186 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024