Əşrəf bəy Tağıyev Haqqinda Melumat - Vikipedia

Əşrəf bəy Tağıyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əşrəf bəy Tağıyev

Əşrəf bəy Tağıyev (1867–1930) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.[1]

Əşrəf bəy Qarxunlu
Əşrəf bəy Həsən bəy oğlu Tağıyev
1918 – 1919
SonrakıRəhim bəy Şıxlinski
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi repressiya
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini şiəlik

Həyatı redaktə

Azərbaycanda Qarxunlu Əşrəf bəy soyadı ilə tanınan Əşrəf bəy Həsənbəy oğlu Tağıyev 1867-ci ildə Nuxa qəzasının Qarxun kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Tiflis gimnaziyasında oxumuşdu. 1908-ci ildə Yevlaxda mazutla işləyən zavod tikdirir, 1910-cu ildə öz xərci ilə Yuxarı Qarxun kəndində dörd sinifli, 1919-cu ildə isə yeddi sinifli rus-tatar məktəbi açdırır.[2] 1918-ci il mart qırğınından sonra Əşrəf bəyin təklifi ilə erməni qırğınının qarşısını almaq məqsədilə könüllü dəstələr yaradılır. O, Nuru Paşa başda olmaqla Türk ordusunun qarşılanmasında, Ərəş suvari alayının tərkibində türk qoşunları ilə bərabər bolşevik-daşnaq ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edir. Əşrəf bəy 1918-ci ilin dekabrından Ərəş mahalından Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə üzv seçilir. O, 1919-cu ildə qəza rəisi olmuşdur. 1930-cu ildə tutulmuşdu. Elə həmin ildə öldürülmüşdü. Əşrəf bəy Həsən bəy oğlu Tağıyev Zaqafqaziya Dövlət Siyasi idarəsinin və Azərbaycan SSRİ DİXK üçlüyünün 3 mart 1930-cu il tarixli qərarına əsasən "Əhrar" partiyasının üzvü və əksinqilabi təbliğatla məşğul olduğu üçün güllələnmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 avqust 1989-cu il tarixli qərarı ilə ölümündən sonra Əşrəf bəyə bəraət verilmişdir.[3]

Ailəsi redaktə

Əşrəf bəy Maral xanımla ailə qurmuşdu. Knyaz bəy, Məmmədəli bəy adlı oğulları vardı.

İstinadlar redaktə

  1. "Əşrəf bəy Həsən bəy oğlu Tağıyev". kulis.az. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2021.
  2. "Cümhuriyyətin 100 il". modern.az. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2021.
  3. "Əşrəf bəy Tağıyev". kepeztv.az. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2021.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 108 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024