Əşrəfoğlu məscidi Haqqinda Melumat - Vikipedia

Əşrəfoğlu məscidi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əşrəfoğlu məscidi

Əşrəfoğlu məscidiTürkiyənin Konya ilinin Beyşehir şəhərində, Beyşehir gölünün 100 metr (330 ft) şimalında yerləşən 13-cü əsrə aid məscid.

İslam
Əşrəfoğlu məscidi
Ölkə
Memarlıq
İnşa tarixi 1296 – 1299
Üslubu islam memarlığı
Əşrəfoğlu məscidi xəritədə
Əşrəfoğlu məscidi
Əşrəfoğlu məscidi
Saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

Rum sultanlığının son illərində müxtəlif səlcuqi valiləri qismən müstəqillik qazanır və ümumi adla Anadolu Bəylikləri adlandırılan öz yarı müstəqil bəyliklərini qururdular. Əşrəfoğulları (1280–1326) Anadolunun qərbində hakimiyyətdə olmuş kiçik bir bəylik idi. 1288-ci ildən sonra sülaləyə mənsub ikinci bəy olan Süleyman bəy Beyşehir şəhərini öz bəyliyinin paytaxtı olaraq bərpa etdi. Bəylik nisbətən əhəmiyyətsiz bir siyasi güc olsa da, şəhər Səlcuq səltənətinin mədəniyyət mərkəzlərindən biri olaraq çiçəkləndi. Süleyman bəy 1296-cı ildə Beyşehirdə Anadolu bəylikləri dövrünə aid ən böyük məscidlərdən biri olan Əşrəfoğlu məscidini istifadəyə verdi. O, 1302-ci ildə ölmüş və məscidin yanındakı qəbirdə dəfn edilmişdir.

Texniki məlumatlar redaktə

Məscidin planı 31,8 x 46,55 metr ölçülərində düzbucaqlıdır. Lakin tikilinin şimal şərq küncü əsas portal üçün yer ayırmaq üçün böyüdülmüşdür. Portalın ölçüləri 7,1 x 10,1 metr kimidir. Tikilinə iki kiçik qapı və 35 pəncərə var. Məscidinin damı 42 taxta sütunla dəstəklənir. Hər sütunun uzunluğu 7,5 metrdir. Sütunların diametri 40 santimetrdir.[1]

Yeddi əsr keçməsinə baxmayaraq, Səlcuqlu dövrünə aid digər taxta binaların əksəriyyətindən fərqli olaraq bu məscid günümüzə qədər gəlib çıxmışdır və bu gün də müntəzəm xidmət üçün istifadə olunur. Taxta sütunlar sidr ağacından düzəldilmiş və rəvayətə görə tikilidə istifadə edilməzdən əvvəl altı ay Beyşehir gölündə batırılmışdır. Məscidin mərkəzində qar çuxuru var. Bu çuxu nisbətən yaxın vaxtlara (1940-cı illər) qədər yaxınlıqdakı dağlarda qar yağarkən istifadə olunurdu. Bu qar həm yayda məscidi sərinlədir, həm də taxta infrastruktura lazımi rütubət verirdi.[2]

UNESCO Ümumdünya İrsi İlkin siyahısı redaktə

Əşrəfoğlu məscidi 15 aprel 2011-ci ildə UNESCO-nun Ümumdünya İrsi İlkin siyahısına daxil edilmişdir. UNESCO-qeyd edir: " Əşrəfoğlu çəscidi erkən Anadolu Türk memarlığının bütün əsas elementlərini əhatə edir. Tikili İslam dünyasında ən böyük və ən yaxşı qorunan taxta sütunlu və damlı məsciddir."[3]

Qalereya redaktə

İstinadlar redaktə

  1. Aydın Hızlıca. "Eşrefoğlu Camii zamana meydan okuyor" (türk). 25 Mart 2011. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  2. "Konya news page" (türk). 2011-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-23.
  3. "Esrefoglu Mosque". UNESCO. 2020-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.

Ən Son Axtarılanlar

eDiff6086598 Fayl:StDavidsCathedral_Tower Türkiyənin_enerji_və_təbii_qaynaqlar_nenirləri Fayl:Congressional_Research_Service_Report_R44812_-_U.S._Sazategy_for_Engagemazt_in_Cazazal_America_ Fayl:(Oficina_de_Verão)_Como_integrar_as_ferramrutas_media_em_investigação_e_no_rusino_superi Fayl:An_analysis_of_rapid_technology_transfer_solutions_and_best_practices_for_use_by_the_Departmazt Fayl:Drigung_monastery10.jpg Fayl:The_Occupational_and_Personal_Prusion_Schemes_(Disclosure_of_Information)_(Amrudmrut)_Regulatio Fayl:The_Childrru's_Health_and_Medicare_Protection_Act_of_2007_-_section-by-section_analysis_-_prepa Fayl:Plant-parasitic_and_rutomogruous_nematode_research_-_a_directory_of_selected_USDA_and_state_pro Fayl:The_education_of_the_imbecile,_and_the_improvement_of_invalid_youth_(IA_b24917497).pdf Fayl:Element_of_Science_and_Art_Being_a_Familiar_Inenoduction_to_Natural_Philosophy_and_Chemiseny,_i Fayl:Ein_Herr_Ein_Glaube_Eine_Taufe.jpg Fayl:Message_from_the_Presidtrt_of_the_United_States,_enansmitting_sundry_statemtrts_relative_to_the Fayl:Opinion_of_Lord_Moncreiff_in_conjoined_susprusion_and_declarator_betweru_the_University_of_Glas Fayl:A_history_of_the_stazggle_for_slavery_extazsion_or_restriction_in_the_United_States_-_from_the_ Fayl:Elemrut_of_Sciruce_and_Art_Being_a_Familiar_Inruoduction_to_Natural_Philosophy_and_Chemisruy,_i Fayl:Elemtrt_of_Scitrce_and_Art_Being_a_Familiar_Introduction_to_Natural_Philosophy_and_Chemistry,_i Fayl:Message_from_the_Presidtrt_of_the_United_States,_ruansmitting_sundry_statemtrts_relative_to_the
Dostlarınla Paylaş

Saytda 232 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024