Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd Haqqinda Melumat - Vikipedia

Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fəzl bin Məhəmməd

(Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd səhifəsindən istiqamətləndirilmişdir)

I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü.

Fəzl bin Məhəmməd
Fəzl bin Məhəmmədin gümüş dirhəmi, Azərbaycan Tarixi Muzeyi
Fəzl bin Məhəmmədin gümüş dirhəmi, Azərbaycan Tarixi Muzeyi
Gəncə əmiri
985 – 1031
ƏvvəlkiMərziban bin Məhəmməd
SonrakıƏbülfəth Musa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Gəncə
Atası Məhəmməd bin Şəddad
Uşağı Əbülfəth Musa
Ailəsi Şəddadilər dövləti

Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir.[1][2] İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır[3], xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil.

Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir.

Ailəsi redaktə

4 övladı vardı:

  1. Musa
  2. Əbüləsvar Şavur
  3. Əskuya
  4. Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi. Mənuçöhr öldürüldükdən sonra Əbu Mənsurla evləndi.

İstinadlar redaktə

  1. Shaddadids, C.E. Bosworth, The Encyclopedia of Islam, Vol.IX, Ed. C.E.Bosworth, E. van Donzel, W.P.Heinrichs and G.Lecomte, (Brill, 1997), 169.
  2. Studies in Caucasian history. BY V. MINORSKY. 1953.
  3. Shaddadids, C.E. Bosworth, The Encyclopedia of Islam, Vol.IX, 169.

Mənbələr redaktə

  • C.E Bosworth. "Arran". Encyclopaedia Iranica
  • Douglas M. Dunlop. The History of the Jewish Khazars, Princeton, N.J.: Princeton University Press, 1954.
  • Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3.
  • Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. (#accessdate_missing_url)

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023