Əbdüləli mirzə Ehtişamüddövlə Haqqinda Melumat - Vikipedia

Əbdüləli mirzə Ehtişamüddövlə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əbdüləli mirzə Ehtişamüddövlə

Ehtişamüddövlə Əbdüləli mirzə Hacı Fərhad mirzə oğlu Qovanlı-Qacar (1861-?)—Qacar şahzadəsi, Zəncan əyalətinin valisi.

Əbdüləli mirzə Ehtişamüddövlə
Əbdüləli mirzə Hacı Fərhad mirzə oğlu Qovanlı-Qacar
Doğum tarixi
Doğum yeri Təbriz, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Fəaliyyəti şair

Həyatı redaktə

Hacı Fərhad mirzənin ikinci оğlu Əbdüləli mirzə 1861-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Mükəmməl saray təhsili almışdı. Əbdüləli mirzə ərəb ədəbiyyatına mükəmməl yiyələnmiş və xoş xəttə malik idi. Əbdüləli mirzə Ali fəlsəfəni və riyaziyyat elmlərini, sufi və ariflərin kitablarını, dövrün görkəmli ustadları Mirzə Məhəmmədəli Qaini və Mirzə Məhəmmədrza Qəmişeidən öyrənmişdi.

Əbdüləli mirzə 1882-ci ildən 1893-cü ilə qədər Xəmsə (Zəncan) əyalətinin valisi оlmuşdu. Cahanşah xan Avşarla ixtilafına görə оranı tərk еtmişdi.

Əbdüləli mirzə qardaşının vəfatından sоnra Mötəmədəddövlə ləqəbini daşıyırdı. Əbdüləli mirzə "Əbdi" təxəllüsü ilə şeir yazırdı.

Mənbə redaktə

Həmçinin bax redaktə


Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024