Əbdürrəhman əs-Sufi Haqqinda Melumat - Vikipedia

Əbdürrəhman əs-Sufi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əbdürrəhman əs-Sufi

Abul-Hüseyn Abdurrahman ibn Ömər əl-Sufi (fars.عبدالرحمن صوفی, Rey, 7 dekabr 903 -Şiraz,25 may 986) — məşhur fars astronom və riyaziyyatçı idi. O, Isfahanda, emir Adud ad-Daula hakimiyyəti dovrundə yaşamışdır və astronomiya haqqında olan məqalələri yunan dilindən tərcumə edirdi(birinci novbədə Almaqest Ptolimeyin). Təxmini olaraq 960-cı ildən Şirazda işləyirdi.

Əbdürrəhman əs-Sufi
fars. عبدالرحمن صوفی
Doğum tarixi 7 dekabr 903
Doğum yeri
Vəfat tarixi 25 may 986 (82 yaşında)
Vəfat yeri
Elm sahələri astronomiya, riyaziyyat, naviqasiya, Yer ölçmə işləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Əkiz bürclər kitabı
"Əkiz bürclər" kitabı

Ən məşhur kitablarından biri "Sabit ulduzlar"kitabıdır(ərəb. كتاب الكواكب الثابتة). Kitabda 1017 ulduz və 48 bürc haqqında ətraflı məlumat verilmisdir. Kitabda bürclərin rəngarəng təsviri, eləcə də onların ekliptikal koordinatları haqqındada məlumat var. öz müşahidələrinə əsaslanaraq o, əvvəlki astronomi melumatları nəzərdən keçirmişdir(əsasən Klavdiy Ptolimeyin). Al-Sufi astronomiyanın gələcək inkişafına böyük təsir göstərmişdir. Onun elmi əsərlərindən daha sonra əl-Biruni, Əbu əl-Həsən ibn Yunis, Nasir əl-Din əl-Tusi, ispan və səmərqənd astronomları da istifadə etmişdirlər.

Əl-Sufi bir çox digər elmi işlərdə yazmışdır. Onlardan bir çoxu XII–XIV əsrlərdə latın dilinə tərcümə edilmişdir:

"Astrolyabiya ilə hərəkətlər kitabı"-1760 başlıqdan ibarət geniş elmi iş

"Bərabərtərəfli çoxbucaqlılarin düzəldilməsi üzrə traktat"

Maraqlı fakt redaktə

1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfində yerləşən kraterə əl-Sufi adını verdi.

İstinadlar redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023