Əbukir körfəzi Haqqinda Melumat - Vikipedia

Əbukir körfəzi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əbukir körfəzi

Əbukir (ərəb. أبو قير‎) — Misirin Aralıq dənizi sahillərində, Nil çayının mənsəbinə yaxın ərazidə yerləşən körfəz[1]. Körfəzin qərbində, Əbukir şəhərindən şimal-şərqdə Nelson adası yerləşir. 1-2 avqust 1798-ci ildə İskəndəriyyədən 15 km şimal-şərqdə yerləşmiş Əbukir körfəzində, Əbukir burnu yaxınlığında məşhur Əbukir dəniz döyüşü baş vermişdir. Bu döyüş admiral Nelsonun başçılığı altında olan Böyük Britaniya hərbi donanması ilə Misir ekspedisiyasında iştirak etmiş Fransa donanması arasında baş vermiş və fransızların biabırçı məğlubiyyəti ilə sona yetmişdir. 1960-cı illərin sonlarında körfəzdə təbii qaz yatağı aşkarlanmışdır.

Əbukir körfəzi
ərəb. أبو قير
Yerləşməsi
31°18′00″ şm. e. 30°10′00″ ş. u.
Ölkə  Misir
Əbukir körfəzi xəritədə
Əbukir körfəzi
Əbukir körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar redaktə

  1. Ansari, Abid A.; Singh, Gill Sarvajeet; Lanza, Guy R.; Rast, Walter. Eutrophication: causes, consequences and control. Volume 1. Springer Science & Business Media. 2010. səh. 174. ISBN 9789048196258. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-13.

Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024