Ədəb Haqqinda Melumat - Vikipedia

Ədəb Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

"Ədəb"Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri[1].

Ədəb
Yaranma tarixi 1898
Ünvan Təbriz

Tarixi redaktə

Qəzet Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Sadiq xan Fərəhani tərəfindən 1898-ci ildə Təbrizdə çap olunmuşdur[1]. O, sonralar qəzetin, tək Cənubi Azərbaycanda deyil, İranın MəşhədTehran şəhərlərində də çap olunmasına nail olur[2].

Fəaliyyəti redaktə

Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi[1].

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 Ülviyyə Tahirqızı. Güney Azərbaycan mətbuatı Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. anl.az, 15.05.2014, "Xalq cəbhəsi" qəzeti, səh. 11  (az.)
  2. Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine Bakı: "Elm", 2009, səh. 26.  (az.)

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024