Ədat Haqqinda Melumat - Vikipedia

Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ədatsözlərincümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə deyilir. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir.

Ədatların mənaca növləriRedaktə

Qüvvətləndirici ədatlarRedaktə

Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca ədatları qüvvətləndirici ədatlardır. Məsələn:

  • Lap başımı itirmişəm.
  • Artıq mən belə fikirlə razı deyiləm.
  • Sən bunu desən belə, heç kəs razı olmayacaq.
  • Bunu mütləq deməlisən ha!
  • Hətta mən də bunu bilmirdim.
  • Düz yanında dayandı.
  • Sən bir evə qayıt...

Dəqiqləşdirici ədatlarRedaktə

Elə, məhz, əsl ədatları dəqiqləşdirici ədatlardır. Məsələn:

  • Elə mən də bunu istəyirdim.
  • Əsl mən deyəndir.
  • Məhz Oqtay bu rolu oynaya bilər.

Məhdudlaşdırıcı ədatlarRedaktə

Ancaq, təkcə, tək, bircə, yalnız, bir ədatları məhdudlaşdırıcı ədatlardır. Məsələn:

  • Məsələdən yalnız mən xəbərdar idim.
  • Ancaq sən ona kömək edə bilərsən.

Sual ədatlarıRedaktə

Bəs, məgər, bəyəm, yəni, -mı⁴, ki ədatları sual ədatlarıdır. Məsələn:

  • Yəni, sən heç atanı düşünmürsən?
  • Məgər belə də iş olar?
  • Bəs mən bunu niyə bilmirəm?
  • Bu, çətin işdir ki?

Bəs və məgər ədatları bir-birinin sinonimidir: Məgər (bəs) gəlməmişdin?

Əmr ədatlarıRedaktə

Di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana, -sənə, -sanız, -səniz ədatları əmr ədatlarıdır. Məsələn:

  • Almayın ha!
  • Bax, gözləsin ha!
  • Gəl belə edək...

Arzu ədatlarıRedaktə

Kaş, gərək, kaş ki, təki, barı, bircə ədatları arzu ədatlarıdır. Məsələn:

  • Təki sən səslə məni.
  • Kaş ki səni görəydim.
  • Bircə yaz tez gəlsəydi.

Təsdiq və inkar ədatlarıRedaktə

Hə, yox, bəli, xeyr, heç, əsla ədatları təsdiq və inkar ədatlarıdır. Məsələn:

  • , mən razıyam.
  • Heç elə şey yoxdur.

Ədatların omonimliyiRedaktə

Bəzən eyni bir ədat müxtəlif mənalarda işlənə bilər. Məsələn, Bu ki bizim Əlidir! cümləsində ki ədatı qüvvətləndirmə mənasını, Ay uşaq, xəstələnməmisən ki? cümləsində isə sual mənasını bildirir.

Ha ədatı həm qüvətləndirici, həm də əmr ədatı kimi işlənə bilər. Feilin əmr şəkli ilə işləndikdə bu ədat əmr ədatı, digər sözlərlə işləndikdə isə qüvvətləndirici ədat olur. Məsələn:

  • Evi təmizləyin ha! (əmr)
  • Sənə güvənirəm ha! (qüvvətləndirici)

Qoysanagəlsənə sözləri bəzən yalnız ədat kimi, yerinə görə isə feil + ədat kimi işlənir. Məsələn:

  • Qoysana bir dincələk. (ədat)
  • Gəlsənə bu gün ora getməyək. (ədat)
  • Çantanı yerə qoysana. (feil (qoy) + ədat (-sana))
  • Sən də evə gəlsənə. (feil (gəl) + ədat (-sənə))

İstinadlarRedaktə


Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

D

Saytda 159 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021