Əfqanıstan tarixi Haqqinda Melumat - Vikipedia

Əfqanıstan tarixi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əfqanıstan tarixi

Əfqanıstan tarixiƏfqanıstanın keçmiş dönəmi.

Ən qədim dövr redaktə

VII əsrdən X əsrədək redaktə

Qəznəvilər dövrü redaktə

border=none  Əsas məqalə: Qəznəvilər

XI əsrdəQəznəvilər dövlətinin ərazisinə qatılmışdı.

Qurilər dövrü redaktə

border=none  Əsas məqalə: Qurilər

11481206-ci illərdə Əfqanıstan Qurilər dövlətinin tərkibində idi.

Monqolların yürüşü redaktə

Teymurlular dönəmi redaktə

border=none  Əsas məqalə: Teymurlular sülaləsi

Xotakilər sülaləsi redaktə

XVIII əsrdə Əfqanıstan ərazisi Səfəvilər dövlətinin tərkibinə daxil edilmişdir. Səfəvilər dövlətinin zəiflədiyi dövrdə əfqan tayfalarının üsyanları nəticəsində Qəndəharda və Heratda bir sıra müstəqil knyazlıqlar yaradıldı. Mir Veys tərəfindən əsası qoyulan Qəndəhar knyazlığı puştu mənşəli Xotaki sülaləsinin hakimiyyəti altında idi. 8 mart 1722-ci ildə baş verən Gülnabad döyüşündə qalib gələn əfqan qoşunları Səfəvilər dövlətinin paytaxtı İsfahanı ələ keçirdilər və Sultan Hüseyni ailəsi ilə birlikdə əsir aldı. 1730-cu ildə Nadir xan əfqanları məğlubiyyətə uğradaraq tədricən öz hakimiyyətini Əfqanıstan ərazisində möhkəmlətdi.

XIX əsr tarixi redaktə

border=none  Əsas məqalə: Barakzay sülaləsi

Əfqanıstan XX əsrdə redaktə

İkinci dünya müharibəsi dövründə öz bitərəfliyini elan edən Əfqanıstan müharibədən sonra da geri qalmış, aqrar ölkə olaraq qalırdı. Ümumi Daxili məhsulun 60%-ni kənd təsərrüfatı verirdi. Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur, 2,5 milyona yaxın adam köçəri və yarımköçəri həyat tərzi keçirirdi. 50-ci illərdə ABŞBöyük Britaniyanın Əfqanıstan iqtisadiyyatına fəal nüfuz etməsi burada kapitalizmin inkişafını bir qədər sürətləndirmişdi. Lakin ölka ərazisinin dağlıq olması, şose və dəmir yollarının azlığı, ayrı-ayrı bölgələr arasında iqtisadi əlaqələrin zəifliyi kapitalizmin inkişafına mane olurdu. Kapitalizmin inkişafı ilə əlaqədar olaraq ölkə həyatının demokratikləşdirilməsi uğrunda hərəkat canlanmağa başlamışdı. 1953-cü ildən hökumətə kralın əmisi oğlu M.Davud başçılıq edirdi. Onun "idarə olunan iqtisadiyyat" adı altında keçirdiyi mütərəqqi islahatlar kral Əhmad Zahir şahın, onun ailə üzvlərinin, ruhani və mülkədarların müqaviməti ilə qarşılaşdı. Güclü siyasi təzyiqlərə məruz qalan M.Davud 1963-cü ildə istefa verməyə məcbur oldu. Onu Məhəmməd Yusif əvəz etdi. 1964-cü ildə Konstitusiya qəbul edildi. Siyasi partiyaların yaradılmasına icazə verildi, qapalı səsverməyə keçildi, qadınlar seçmək hüququ qazandılar. Əfqanıstan Xalq Demokratik partiyasının (ƏXDP) yaradılması Əfqanıstan Respublikasının tarixində mühüm hadisə oldu. Onun baş katibi məşhur yazıçı və siyasətçi Nur Məhəmməd Təraki, müavini Babrək Karməl oldu. ƏXDP sosializm qurmağı strateji məqsəd, milli demokratiya hökuməti yaratmaq uğrunda mübarizəni isə ən yaxın vəzifə elan etdi. Eyni zamanda ölkədə islam təməlçilərinin birləşməsi prosesi də gedirdi. Onlar İslam qanunlarına və dəyərlərinə əsaslanan cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar. Ölkədə iqtisadi vəziyyətin kəskinləşməsi ilə əlaqədar siyasi vəziyyət də mürəkkəbləşirdi. Üstəlil Əfqanıstanda yaşayan müxtəlif xalqlar - puştun, özbək, tacik, bəluc va başqaları arasında milli zəmində toqquşmalar baş verirdi. Ziyalıların fəallığı artırdı. Fəhlə və tələbələr getdikcə siyasi mübarizədə daha yaxından iştirak edir, müxalifətçi ordu hissələri fəallaşırdı. 1973-cü il iyulun 17-də M.Davudun başçılığı ila ordu dövlət çevrilişi etdi. Məhəmməd Zahir şah hakimiyyətdən devrildi. Əfqanıstan Respublika elan olundu. Hakimiyyətə gələn M.Davud demokratik islahatlar keçirməyə başladı. İri burjuaziya hakimiyyətdən uzaqlaşdırıldı. İqtisadiyyatda dövlət bölməsinin rolu genişləndirildi. Torpaq islahatı haqqında qanun qəbul edildi. Xarici siyasətdə SSRİ, Səudiyyə Ərəbistanıİranla sıx əlaqələr quruldu. Ölkə daxilindəki qeyri-sabitlikdən ƏXDP məharətlə istifadə etdi. 1978-ci il aprelin 27-də ƏXDP-nin rəhbərliyi altında olan hərbi qüvvələr Kabildə dövlət çevrilişi etdilər. Hökumət binasını tutdular. M.Davud öldürüldü. Hakimiyyət İnqilab Şurasının əlinə keçdi. Əfqanıstan Demokratik Respublikasmın yaradıldığı elan olundu. Yaradılmış yeni hökumət sovet nümunəsində sosializm cəmiyyəti qurmaq məqsədilə bir sıra islahatlar keçirdi. Mülkədar torpaqları müsadirə edilərək kəndlilərə paylandı. Qadınlara kişilərlə bərabər hüquq verildi. Pulsuz ibtidai təhsilə keçildi. Din əleyhinə kəskin hücumlar başladı. LaKin tələsik həyata keçirilən sosialist dəyişiklikləri mövcud rejimə qarşı kütləvi etiraz hərəkatının başlanmasına səbəb oldu. ƏXDP daxilinda olan ziddiyyətlər daha da kəskinləşirdi. Bu da 1979-cu ilin sentyabrında siyasi çevrilişə gətirib çıxardı. ƏXDP-nın lideri, İnqilabi Şura başçısı N.Təraki raqibi H.Əmin tərəfindən devrildi və sonra da öldürüldü. Əminin yönümünün kifayət qədər sovetpərəst olmadığını görən SSRİ 1979-cu ilin dekabrında Əfqanıstanın paytaxtı Kabilə qoşun yeritdi. Döyüş zamanı H.Əmin öldürüldü. ƏXDP-nın və İnqilabi Şuranın başçısı vəzifələrini B.Karmal tutdu. O, "sosializm qurmaq" xəttini davam etdirdi. Yeni hökumət aqrar münasibətləri nizama salan bir sıra dekretlər verdi: torpaqsız və aztorpaq1ı kəndlilərin borcları azaldıldı, sələmçilik ləğv edildi. Aqrar islahat nəticəsində iri torpaq mülkləri əvəzi ödənilmədən müsadirə edildi, muzdla işlamak qadağan olundu. Bütün bunlar, kəndlilərin yuxarı təbəqələrinin və müəlkədarların ciddi müqaviməti ilə rastlaşdı. Müxalif qüvvələr iqtidara qarşı açıq mübarizəyə keçdilər. ABŞ-nin köməyi ilə silahlı mücahid dəstələri yaratmağa başladılar. Beləliklə, Əfqanıstanda həm iqtidar qüvvələrinə, həm də SSRİ qoşunlarına qarşı müharibə başladı. Müharibə SSRİ-nin məğlubiyyəti ilə başa çatdı və sovet qoşunları ölkəni tərk etdilər. Lakin Sovet qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra da müxalif qüvvələr yenə də mübarizəni davam etdirir və hakimiyyətə gəlməyə çalışırdılar. Bu vaxt BMT Əfqanıstanı böhran vəziyyətindən çıxarmaq məqsədilə sülh planı təklif etdi. Plana görə müharibəni dayandırmaq üçün Nəcibulla hakimiyyətdən getməli, keçid hökuməti yaradılmalı idi. Nəcibulla vəzifədən istefa verməyə məcbur oldu. O, bir neçə il sonra edam olundu. Bu da vəziyyəti sabitləşdirmədi. Müharibə davam edirdi. Heç bir ciddi müqavimətə rast gəlməyən mücahidlər Kabili tutdular. Şəhərin bir hissəsini səhra komandiri Əhməd şah Məsud, o biri hissəsini isə Əfqanıstan İslam partiyasının lideri Gülbəddin Hikmətyar ələ keçirdi. Onların arasında xeyli müddət döyüş getdi. Sonra barışıq imzaladılar. Ali hakimiyyət Cihad Şurasına (Siyasi şuraya) verildi. 1992-ci ilin aprelində Cihad Şurası müvəqqəti hökumət formalaşdırdı. Yeni hökumətdə Əfqanıstan İslam Cəmiyyəti partiyasının rəhbəri B.Rəbbani aparıcı rol oynayırdı. 1992-ci ilin dekabrında o, Əfqalnıstan İslam Respublikasının başçısı seçildi. Onun təkidi ilə Vətən partiyası buraxıldı. Əfqanıstan İslam Respublikası elan olundu. Ölkə şəriət qanunları ilə idarə olunmağa başladı. 1992-ci ilin payızında Hikmətyar hakimiyyətin keçid hökumətindən alınaraq Əfqanıstan İslam partiyasına verilməsini tələb etdi. Kabildə yenidən hərbi döyüşlər başlandı. Dünənki müttəfiqlər indi öz aralarında hakimiyyət uğrunda müharibəyə başladılar. 1995-ci ildə Əfqanıstanın hərbi-siyasi meydanında islamçı Taliban hərəkatı meydana çıxdı. Bu hərəkat Pakistanda təşkil olunmuşdu. Onun təşkilatçıları olan taliblər (mənası "tələbələr" deməkdir) müxalifətin hərbi düşərgələrində təlim almış keçmiş tələbələr idi. Bu hərəkat "islamın saflığı" uğrunda mübariza aparan kəskin dini səciyyə daşıyırdı. Pakistanın hərbi və maliyyə köməyi sayəsində o, tezliklə böyük nailiyyətlər əldə etdi. Taliblər 1996-cı ilin sentyabrında Kabili tutdular və sonra ölkənin böyük hissəsini ələ keçirdilər. 1997-ci ilin iyununda taliblərin rəqibləri "Əfqanıstan azadlığı uğrunda birləşmiş islam cəbhəsi" yaratdılar. Buna cavab olaraq Taliban hərəkatının Şurası Əfqanıstanı əmirlik elan etdi. Şura sədri Məhəmməd Ömər Axundzadə əmir titulunu aldı. 1999-cu ildə taliblər demək olar ki, ölkənin bütün ərazisinə nəzarət etməyə başladılar.

İstinadlar redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023