Əhməd Naxçıvani Haqqinda Melumat - Vikipedia

Əhməd Naxçıvani Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əhməd Naxçıvani

Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvaniorta əsr Azərbaycan memarı.[1][2] Naxçıvan-Marağa memarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Əhməd Naxçıvaninin dövrümüzə iki əsəri gəlib çatmışdır. Onlardan biri "Nüşabə qalası" kimi də tanınan Bərdə türbəsi (1322), digəri isə, Qudi xatunun şərəfinə inşa edilmiş, Qarabağlar türbə kompleksidir (XIV əsrin 30 – cu illəri).

Əhməd Naxçıvani
Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani
Doğum tarixi XIII əsr
Doğum yeri Naxçıvan
Vəfat tarixi XIV əsr
Fəaliyyəti memar

Qarabağlar türbəsinin şimal tərəfindəki baştağın tünd bənövşəyi rəngli kaşı yerliyi üzərində nəsx xətti ilə memar öz adını yazmışdır. Binanın kompozisiya həlli, ayrıntıların diqqətlə işlənməsi, həndəsi və yarımhəndəsi quruluşu. Çoxrəngli kaşı ornamentlərin tətbiqi, kitabələrdən bəzək vasitəsi kimi istifadə edilməsi Əhməd Naxçıvaninin yaradıcılıq üslubu üçün səciyyəvidir. Ümumi quruluşunun fərdi cəhətləri ilə fərqlənən Axsadan baba türbəsinin (Bərdə şəhəri) də memarının Əhməd Naxçıvani olduğu güman edilir.[1]

İstinadlar redaktə

  1. 1,0 1,1 İ. Bretanitski, Ə. Salamzadə - Orta əsr Azərbaycan memarları və memarlıqla əlaqədar sənətkarlar, "Azərbaycan İncəsənəti", c. 8, Bakı, 1956
  2. "AḤMAD B. AYYŪB". Encyclopædia Iranica. 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-13.

Həmçinin bax redaktə


Saytda 204 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024