Əhməd Tsalikov Haqqinda Melumat - Vikipedia

Əhməd Tsalikov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əhməd Batskoyeviç Tsalikov (10 iyul 1929, Şimali Osetiya21 sentyabr 2023, Vladiqafqaz) — Sovet və Azərbaycan heykəltaraşı, Azərbaycanın əməkdar rəssamı (2006), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980).

Əhməd Tsalikov
Ахмет Бацкоевич Цаликов
Doğum tarixi 10 iyul 1929(1929-07-10)
Doğum yeri
Vəfat tarixi 21 sentyabr 2023(2023-09-21) (94 yaşında)
Vəfat yeri
Fəaliyyəti heykəltaraş
Təhsili
Janr heykəltaraşlıq
Mükafatları Azərbaycan Respublikasının əməkdar rəssamı Azərbaycan SSR Dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında redaktə

Əhməd Tsalikov 10 iyul 1929 ildə Şimali Osetiyada doğulub. Heykəltəraş uşaqlığının ilk illərini Noqkau kəndində keçirib. Sonralar ailə Bakıya köçüb burada məskunlaşır. Əhməd ​​orta məktəbi bitirdikdən dərhal sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Sonra isə təhsilini Leninqrad Rəssamlıq Akademiyasında davam etdirir. Orada Akademiyanı bitirdikdən sonra gənc heykəltəraş çox sevdiyi Bakıya dönür. Tsalikov müəllimləri arasında Cəlal QaryağdıPinxos Sabsayın adlarını çəkir. Onun yaradıcılıq yolu Mirələsgər Mirqasımov, Elmira Hüseynova və digər məşhur sovet heykəltəraşları ilə bağlı idi. 2017-ci ildən Vladiqafqazda yaşayırdı. Məşhur heykəltəraş 21 sentyabr 2023-cü ildə vəfat edib.

İstinadlar redaktə


Saytda 174 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024