Əhməd sultan Avşar Haqqinda Melumat - Vikipedia

Əhməd sultan Avşar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əhməd sultan Avşar

Əhməd sultan Avşar (XV əsrXVI əsr, Ələmut, Qəzvin ostanı) — Səfəvi sərkərdəsi.

Əhməd sultan Avşar
1538 – 1562
bayraq
Xorasan bəylərbəyliyi
bayraq2
Vəzifədədir
1520-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Vəfat tarixi XVI əsr
Vəfat yeri Kərbəla
Rütbəsi general, qubernator

Həyatı redaktə

Əhməd sultan I Şah İsmayıl Səfəvi dönəmində ucalmış əmirlərdəndir. Şah onu Fərah vilayətinə hakim təyin etmişdi. Bu vilayətin başçısı olarkən dəfələrlə özbəklərə qarşı vuruşmuşdu. İsgəndər bəy Münşi yazır: “Şahın müzəffər ordusunun qayıtması xəbərindən agah olan Übeyd xan yenə də elə həmin ildə - doqquz yüz otuz beşinci ildə (miladi 1528/29) Buxaranın ətraf yerlərindən döyüşkən ləşkər toplayaraq, Xorasana gəldi. Sevincək Məhəmməd sultanı və Əbdüləziz sultanın oğlunu özündən əvvəl müqəddəs Məşhəd səmtinə yolladı. Qızılbaş əmirlərindən, o vaxtlarda "sultan" olan, Ağzıvar xan Şamlı, habelə Əhməd sultan Əfşar və Yaqub sultan Qacar müqqədəs Məşhəddə idilər. Məşhəd barısının inşası hələ başa çatmadığı üçün onlar şəhərdə səngər (kuçebənd) quraraq, qorunmaqla (moharesət) məşğul olmağa başladılar. Onların aralarındakı hərb atəşi iki ayədək alovlandı. Sonra Übeyd xanın özü də Mavərənnəhrin Bəhram qəzəbli qoşunu ilə şəhər xaricinə gəlib yetişdi və hücuma keçdi. Səngərlərin ətrafında bərk döyüşlər başlandı. Bu hərbə davam gətirməyə bundan artıq taqətləri qalmayan qızılbaşlar döyüşməyi məsləhət görməyərək, bir gecə Məşhəddən çıxdılar. Əhməd Sultan Əfşar özünün ülkası olan Fəraha getdi, Fərah qalasını möhkəmlədib orada qaldı, Ağzıvar xan və Yaqub sultan isə Məzinana tərəf yollandılar”.

I Şah Təhmasib onu saraya çağrılıb qorçubaşı təyin etdi.

Əhməd sultan zəhmli, hirsli, qorxmaz bir şəxsiyyət olmuşdur. 1574-cü ildə tayfadaşları onu əsəbləşdirdiyindən Avşar elinin əleyhinə kobud danışmışdı. I Şah Təhmasib onu kobudluğu üstündə Ələmut qalasında həbs etdirmişdi.

İstinadlar redaktə

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: Şuşa, 2008, 352 səh.

Həmçinin bax redaktə


Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023