Əhmədli metrostansiyası Haqqinda Melumat - Vikipedia

Əhmədli metrostansiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əhmədli metrostansiyası

Əhmədli metrostansiyasıBakı metrosunda stansiya.

Əhmədli metrostansiyası

1-ci xətt
Bakı metrosu
Xəritə
Rayon Xətai
Açılış tarixi 28 aprel 1989
İnşaat tipi Yeraltı
Platformaların sayı 1
Memarları L.Koçubey,
L.Avramenko
Çıxdığı küçələr Məhəmməd Hadi küçəsi
Nəqliyyat Bus transport 7A, 11, 12, 21, 35, 42, 44, 46, 51, 57, 60, 62, 132, 183 nömrəli avtobuslar
İş rejimi 06:00—00:00
Qonşu stansiyalar Xalqlar Dostluğu, Həzi Aslanov
 Bu şablona bax İnteraktiv sxemi

Kiçilt
DərnəgülAzadlıqNəsimiAvtovağzalMemar Əcəmi20 YanvarİnşaatçılarElmlər AkademiyasıNizami28 MayCəfər CabbarlıXətaiSahilİçərişəhərGənclikNəriman NərimanovBakmilUlduzKoroğluQara QarayevNeftçilərXalqlar DostluğuƏhmədliHəzi AslanovNəriman Nərimanov adına depo

 Bu şablona bax İnteraktiv sxemi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

"Bakı Soveti-Əhmədli" yol mənzili sahəsində Sovet hakimiyyəti dövründə istismara verilmiş sonuncu stansiyadır.

Stansiyanın memarlığı sadə, yığcamdır. Lakin bu sadəlikdə stansiyanın yerləşdiyi ərazinin tarixi ilə ahəngdarlığı da var. Dördbucaq sütunlar ağ mərmər və qəhvəyi qranit kompozisiyasına bürünüb. Sanki məscid minarələri onun tavanının yükünü üzərinə götürüb.

Döşəmə boz qranitdəndir və ağ mərmər zolaqla haşiyələnir. Ağ mərmər zolaq sütunlar boyunca çəkilməklə hər sütunun yanından başlanmaqla mərkəzə doğru davam edir və sütunlararası tən orta hissədə düzbucaq altında kəsişir və bununla da özünəməxsus altıbucaqlılarla bütün stansiya boyunca davam edir.

Yol divarlarının üzlüyü qatar səviyyəsindən bir az yuxarı hissədə tamamlanır. Açıq boz rəngli mərmərlə üzlənmiş divarda isə döşəmədəki altıbucaqlı kəsişən zolaqlar kompoziyası Azərbaycan xalçaçılıq məktəbi ənənələrinə uyğun olaraq daha incə şəkildə davam edir.

"Həzi Aslanov" stansiyası istismara verilənə qədər sonuncu stansiya idi. Buna görə də stansiyanın qarşısında keçid kamerası qoyulub və bu da ənənəvi bahalı ikiyollu dalan inşa olunmasından yan keçməyə imkan vermişdi. Nəticədə qatarların hər iki yola qəbul olunub yola salınması mümkün olmuşdu. Lakin hər iki yoldan yalnız gur saatlarda istifadə olunurdu. Qalan vaxtlarda yollardan yalnız biri fəaliyyətdə idi.

Stansiyaya daxil olan qatarlarda bəstəkar Tofiq Quliyevin "Bakı" mahnısından fraqment səslənir.

Keçidlər redaktə



Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023