Əjdər Ağayev Haqqinda Melumat - Vikipedia

Əjdər Ağayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əjdər Əbdülhüseyn oğlu Ağayev (10 oktyabr 1937, Qırmızıkənd, Salyan rayonu27 noyabr 2018) — azərbaycanlı şair, nasir, publisist, tənqidçi, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1957), əməkdar müəllim (2000), pedaqoji elmlər doktoru (1996), professor (1996), Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri, respublika müəllimlər şurasının sədri.

Əjdər Ağayev
Əjdər Əbdülhüseyn oğlu Ağayev
Doğum tarixi
Doğum yeri Qırmızıkənd, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (81 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili ADRİ Tarix-filologiya fakültəsi
Fəaliyyəti yazıçı
Əsərlərinin dili azərbaycanca
İlk əsəri "İlk və son mahnı" (hekayə, 1956)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2000

Həyatı redaktə

Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Burada kənd yeddiilik, Salyanda orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil almışdır (1955-1960).

Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlamışdır (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur (1965-1969). Burada Əhməd Seyidovun rəhbərliyi ilə "Fərhad Ağazadənin pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır (1969-cu ildən). "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə etmişdir. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olmuşdur (1974-1981). Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır (1981-ci ildən). Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olmuşdur.

Bədii yaradıcılığa 1950-ci illərdən başlamışdır. İlk hekayəsi "İlk və son mahnı" 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. 200-dək şerinə mahnı bəstələnmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirmişdir.

Türkiyə ixtisas kursunda (1999), Türk xalqlarının VIII qurultayında (2001) və Macarıstanda YUNİSEF-in təşkil etdiyi konfransda (2001) olmuşdur.

Əjdər Ağayev 27 noyabr 2018-ci ildə, 81 yaşında vəfat etmişdir.[1]

Əsərləri redaktə

  1. Məktəblərdə vətənə sədaqət tərbiyəsi. Bakı: 1975, 36 səh.
  2. Məktəblərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi. Bakı: 1975, 72 səh.
  3. Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında. Bakı: 1978, 56 səh.
  4. Vətəndaş olmağa borclusan. Bakı: 1979, 84 səh.
  5. Sülh gəmisinin kapitanı. Bakı: 1982, 68 səh.
  6. 150 yaşlı Şuşa məktəbi (publisistika). Bakı: 1982, 64 səh.
  7. Həyatın astanasında (publisistika). Bakı: 1983, 100 səh.
  8. Fərhad Ağazadənin pedaqoji görüşləri. Bakı: 1987, 124 səh.
  9. Azərbaycan dili (II siniflər üçün). Bakı: 1991, 96 səh.
  10. Ötən əsrdə doğulmuşlardan biri (publisistika). Bakı: 1999, 80 səh.
  11. Pedaqogika (dərs vəsaiti). Bakı: 1993, 292 səh.
  12. Payız (mahnı). Bakı: 1995, 4 səh.
  13. Sona xanım Tağıyeva (publisistika). Bakı: 1995, 44 səh.
  14. Tikdim ki, izim qala (publisistika). Bakı: 1996, 32 səh.
  15. Kosmos və Mən (mahnılar). Bakı: 1997, 24 səh.
  16. Bala dadı, bal dadı (şeirlər). Bakı: Mütərcim, 1999, 44 səh.
  17. Ceyran nənəm (hekayələr). Bakı: Mütərcim, 1999, 64 səh.
  18. Böyük Sabirin adına layiq (publisistika). Bakı: Təhsil, 1999, 64 səh.
  19. Gəlirəm, gözlə məni (şeirlər). Bakı: Mütərcim, 2000, 156 səh.
  20. Pedaqoji fikrimiz: dünənimiz, bu günümüz. Bakı: Elm, 2000, 300 səh.
  21. Sabaha inamla (publisistika). Bakı: Nurlan, 2003, 128 səh.
  22. Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən, B., Təhsil, 2004, 136 səh.
  23. Ümumtəhsil məktəblərində xalq oyun ənənələrindən istifadə, B., Mütərcim, 2005, 152 səh.
  24. Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi, B., Elm, 2005, 288 səh.
  25. Təlim prosesi: ənənə və müasirlik, B., Adiloğlu, 2006, 138 səh.
  26. Allahın haqq bəndəsiyəm (şeirlər), B., Şirvannəşr, 2008, 78 səh.
  27. Fərhadin rəsmləri (şeir), B., Mütərcim, 2008, 112 səh.
  28. Təməldən əmələ (ədəbi düşüncələr), B., Təhsil, 2009, 324 səh.
  29. Professor Əjdər Ağayev. Biblioqrafik göstərici, B., Təhsil, 1997, 106 səh.
  30. Əjdər Ağayev. Biblioqrafiya. B., Qafqaz Universiteti yayımları, 2007, 56 səh.

Mükafatları redaktə

Filmoqrafiya redaktə

  1. Yay gününün xəzan yarpaqları (film, 1986)

Mənbə redaktə

  • "Ə.Y.Seyidov, M.M.Mehdizadə və M.Ə.Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. - səh. 438-439.
  • Azərbaycanın elm xadimləri. Əjdər Ağayev. Biblioqrafiya. Bakı: Qafqaz Universiteti, 2007.
  • "Cəfakeş alim". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 171.
  • "İstedadın işığı". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. - səh. 89.
  • Əjdər Ağayev Bakı Mühəndislik Universitetinin rəsmi saytı

İstinadlar redaktə

  1. "Tanınmış təhsil eksperti vəfat etdi" (az.). oxu.az. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018.

Xarici keçidlər redaktə


Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023