Əjdər bəy Aşurbəyov Haqqinda Melumat - Vikipedia

Əjdər bəy Aşurbəyov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əjdər bəy Aşurbəyov

Əjdər bəy Xocabəy oğlu Aşurbəyov — məşhur Azərbaycan xeyriyyəçisi, şəxsi vəsaiti hesabına Əjdərbəy məscidini tikdirib. Aşurbəyovlar nəslinin kökündə Xorasan Əfşarlarının Pəpəli oymağından olan Aşur xan Pəpəli-Avşar dayanır. Onun dövründə Aşur xan Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub. Lakin Qacarlar sülaləsi hakimiyyətə keçəndən sonra Aşur xan məmləkəti tərk edib Rusiya imperiyasının ərazisinə köç etmişdir. Nadir şah hələ 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa olaraq əfşar türk tayfalarından bəzilərini indiki Sabunçu, Zabrat və Keşlə kəndlərinin ərazilərində yerləşdirmişdi.

Əjdər bəy Aşurbəyov
Doğum tarixi 1858
Doğum yeri
Vəfat tarixi 1923
Vəfat yeri
Fəaliyyəti iş adamı

Həyatı redaktə

Bakı taciri və mesenatı Hacı Əjdər bəy 1858-ci ildə Bakıda doğulmuşdur. Nabat Aşurbəyovanın qardaşıdır. Səlim bəy Behbudov Bakıya — bir çox tələbələrə səxavətlə hamilik edən xeyriyyəçi Əjdər bəy Aşurbəyovun yanına getdi, gəlişinin məqsədini və arzusunu bildirdi. Maarifə, təhsilə böyük qiymət verən bu Bakı milyonçusu Səlim bəyi ümidsiz qoymadı, ayda 25 manat təqaüdlə onu Fransaya ali təhsil almağa göndərdi.

Əjdər bəy öz kürəkəni (gələcəkdə məşhur kimyaçı-alim və Strasburq universitetinin laboratoriya rəhbəri olmuş) Möhsün bəy Xanlarovun da oxumasının xərcini çəkmişdir.

Nabat xanım Xocabəy qızı Aşurbəyli — Rzayeva Təzəpir məscidini tikdirməyə başladıqda qardaşı Əjdər bəy ona kömək təklif edir. Nabat xanım isə cavabında, "əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin" — deyir və köməkdən imtina edir. Belə olduqda Əjdər bəy Aşurbəyov 1905-ci ildə məscid tikdirmək qərarına gəlir və indiki Göy məscidin əsası qoyulur.

İstinadlar redaktə


Saytda 33 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024