Əkbər ağa Şeyxülislamov Haqqinda Melumat - Vikipedia

Əkbər ağa Şeyxülislamov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əkbər ağa Şeyxülislamov

Əkbərağa İbrahim oğlu Şeyxülislamov (1891, İrəvan2 mart 1961, Paris, Fransa) — Azərbaycan Xalq Cümhuriyyətinin ictimai və siyasi xadimi, Sosyalistlər Fraksiyasının üzvü, Hümmət Partiyasının üzvü, AXC Torpaq və Əmək Naziri.

Əkbər ağa Şeyxülislamov
7 dekabr 1919 – 28 aprel 1920
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin torpaq və əmək naziri
bayraq2
28 may 1918 – 17 iyun 1918
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi 1891
Doğum yeri
Vəfat tarixi 2 mart 1961(1961-03-02)
Vəfat yeri
Dəfn yeri
Partiya Hümmət Partiyası,
Sosialistlər fraksiyası
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Əkbərağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Orta təhsilini İrəvan kişi gimnaziyasında başa vurduqdan sonra 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olmuşdur.[1] 1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. Gənc Əkbərağa yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq institutda bütün dərs kursunu başa vurduğuna baxmayaraq, ali məktəbi bitirmək haqqında diplomu almadan vətənə qayıtmalı oldu.

Əkbərağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat etmiş və Parisin yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur. Öz dövrünün siyasi və ictimai xadimi Mustafa bəy Vəkilov Ceyhun Hacıbəylinin dəfnində iştirak edərkən Əkbər ağa Şeyxülislamovun qəbrini də ziyarət etmişdir. O, Ceyhun bəyin vəfatının ildönümü münasibətilə "Mücahid" (№ 53 – 54, 1963) jurnalında çap etdirdiyi "Parisdə bir məzar daha" adlı məqaləsində yazmışdır: "Bir az o tərəfdə Əkbərağa Şeyxülislamov yatır. "

 
Parisin Bobigny məzarlığındakı məzarı

Siyasi- ictimai fəaliyyəti redaktə

1918-ci ilin fevralında Ə. Şeyxülislamov Zaqafqaziya seyminin üzvü seçilmişdir. O, həmin il fevralın 28-də seym tərəfindən təsdiq olunmuş müsəlman fraksiyasının tərkibindəki Hümmət Partiyasına daxil idi. Şeyxülislamov Zaqafqaziya seymi tərəfindən Türkiyə hökuməti ilə sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-də yaradılmış nümayəndə heyətinin tərkibinə daxil idi. O, həmçinin Zaqafqaziya hökumətində daxili işlər nazirinin müavini vəzifəsini icra etmişdir.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Əkbərağa Şeyxüslislamov bitərəf Fətəli xan Xoyskinin təşkil etdiyi birinci kabinədə torpaq və əmək naziri vəzifəsini tutmuşdur. Həmin il iyunun 17-də kabinə bütövlüklə istefaya çıxdığı üçün tutduğu vəzifəni tərk etmişdir.

Ə. Şeyxülislamov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. O, parlamentdə Sosialistlər Fraksiyasının tərkibinə daxil idi. Ə. Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın adından hərarətli nitq söyləmişdir. Ə. Şüyxülislamov 1918-ci il dekabrın 12-də Bakıda keçirilmiş siyasi partiyaların demokratik müşavirəsində Hümmət Partiyası adından çıxış edərək sosialistlərin hökumət tərkibinə daxil olmasını tələb etmişdir.

O, Əlimərdanbəy Topçubaşovun rəhbərliyi altında Azərbaycan respublikası nümayəndəliyinin tərkibində 1919-cu ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün Parisə yola düşmüşdür. Nümayəndəlik İstanbul, Neapol və Roma şəhərlərindən keçərək, 1919-cu ilin martında çətinliklə Parisə gəlmişdir.

Azərbaycan nümayəndəliyinin konfrans ərəfəsində burada çap etdirdiyi kitablar böyük əhəmiyyət kəsb edirdi. Fransızca buraxılmış "Qafqaz Azərbaycanı Respublikası" kitabı Qərbi Avropa dillərində Azərbaycan haqqında ilk məlumat idi.

Əkbərağa Şeyxülislamov 20-ci illərdə Parisdə Azərbaycandan İnternasionalın üzvü olmuşdur. Onun ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Azərbaycan" (№ 2) jurnalında "Azərbaycan necə quruldu" adlı məqalə yazmışdır. Bu yazıda 1918-ci ilin 26–28 may günlərində baş vermiş tarixi hadisələrin gedişi müfəssəl işıqlandırılmışdır. Buna görə də həmin məqalə Ankarada nəşr olunan "Mücahid" (№ 49 – 50, 1962) jurnalında yenidən çap edilmişdir.

İstinadlar redaktə

  1. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 190. ISBN 978-9952-5455-010.

Xarici keçidlər redaktə


Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023