Ələddin Çakıcı Haqqinda Melumat - Vikipedia

Ələddin Çakıcı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ələddin Çakıcı

Türkiyənin mütəşəkkil cinayət aləminin liderlərindən biri

Ələddin Çakıcı (türk. Alaattin Çakıcı; 20 yanvar 1953) — Türkiyənin mütəşəkkil cinayət aləminin liderlərindən biri.[3][4] Ultra-millətçi Bozqurdlar təşkilatının keçmiş üzvü.

Ələddin Çakıcı
Doğum tarixi 20 yanvar 1953(1953-01-20) (71 yaş)
Vətəndaşlığı
Fəaliyyəti cinayətkar
Cinayət cəzası 36 il, 10 ay həbs cəzası
Həyat yoldaşı Nuriye Uğur Kılıç (1991–1994)
İttiham (lar) odlu silahla hücum, sifarişli qətllər[1], cinayətkar təşkilata üzv olma[2]
Həbs olunub 2004-cü il

Ələddin Çakıcı 1998-ci il avqustun 17-də modelyer Canan Yaka və müğənni Səlcuq Uralın qızı Asan Ural ilə Fransanın Nitsa şəhərində tutulmuşdur.[5] Saxlanılma zamanı Çakıcının üzərində Nedim Canerə verilmiş qırmızı pasport və 17 min dollar aşkar edilmişdir.[6]

Tükiyədə 5 illik həbs yatdıqdan sonra ölkəni qanunsuz olaraq tərk etmişdir. Çakıcı 2004-cü ildə türk və Avstriya polisinin birlikdə keçirdiyi əməliyyat sonrası Qrats şəhərində oğlunu xəstəxanada ziyarət edərkən saxlanılmışdır. Türkiyənin tələbi ilə Avstriyadan deport edilən Çakıcı ölkəsində məhkəmə qarşısına çıxarılmış və bir çox cinayətlərdə ittiham edilərək ümumilikdə 36 il 8 ay həbs cəzasına məhkum edilmişdir.[7]

2020-ci il aprelin 15-də Ələddin Çakıcı həbsdən vaxtından əvvəl azad edilmişdir.[8]

Milli kəşfiyyat təşkilatının tərkibində redaktə

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) aparıcı işçisi Mehmet Eymur müsahibəsində Çakıcını gizli MİT əməliyyatına cəlb edən ilk şəxs olduğunu söyləmişdi. Təşkilatın əməkdaşı Yavuz Ataç Çakıcıya təhkim edildiyini təsdiqləmiş və cəmisi iki ay sonra 1987-ci ilin mayında təşkilata təhlükəsizlik işçisi olaraq qəbul edilmişdir. Ataç Çakıcı ilə görüşdüyü anda onun artıq 6 və ya 7 qətldə ittiham olunduğunu və qaçaq olduğunu demişdir. Çakıcı Türkiyə xaricində əməliyyatlar zamanı istifadə edilirdi.[9]

Təhlükəsizlik qüvvələrinin rəyinə görə, Çakiçi, 1995-ci ildə marksist-leninist təşkilat Dev Solun sui-qəsd siyahılarında idi.[9]

İkinci nikah redaktə

1991-ci ildə Çakıcı türk cinayət aləminin kralı Dündar Kılıçın qızı Nuriye[7] ilə nikaha girdi. Bu onun ikinci evliliyi idi. "Engin Civan qalmaqalı"[9] olaraq bilinən bir sıra hadisələrdən sonra Çakıcı ilə qayınatası arasındakı münasibətlər pozuldu. 1994-cü ilin noyabrında cütlük boşandı.[7] Çakicı keçmiş həyat yoldaşı Nurye Ugur Kılıcın və özünün keçmiş əlaltısı Nurullah Ağansoyun qətlini sifariş etdi.[9] 20 yanvar 1995-ci il tarixində Çakıcının doğum günündə[10] keçmiş həyat yoldaşı Bursadakı xizək kurortu Uladağda oğlu Onurun gözü qarşısında qatil Abdurrahman Keskin tərəfindən öldürüldü.[7]

Siyasi əlaqələr və qalmaqallar redaktə

Çakıcı "Türk bank qalmaqalı" ilə əlaqəli ("Türk Ticarət"in Korkmaz Yigit tərəfindən özəlləşdirilmə) hadisəsələrlə bağlı Bursa şəhərindən yüksək vəzifəli iş adamı olan Cavit Çağlara və "Beşiktaş" futbol klubunun keçmiş prezidenti Mehmet Üstünkayaya qarşı uğursuz sui-qəsd cəhdi təşkil etdi. Sui-qəsdin üstü elə hazırlıq mərhələsində polis tərəfindən açıldı.[9]

Ölkə xaricində redaktə

Çakıcı 1992-ci ildə saxta pasportla xaricə qaçdı. Belçika, ABŞ, İtaliya, Cənubi Afrika, Fransa, Braziliya, SinqapurYaponiyanı gəzdiyi məlum oldu. Burada o, 41 nəfərin qətlinin təşkilində məsuliyyət daşıyır.[5]

Fransada həbs redaktə

Türkiyə tərəfindən xəbərdarlıq edilən Fransa polisi Çakıcını 17 Avqust 1998-ci il tarixində Nitsada oteldə, cangüdəni Murat Gülər və bəstəkar Səlcuq Uralın qızı kuryer Asla Fatoş Ural ilə birlikdə həbs etdi.[5] Həbs zamanı onun üzərindən Nedim Canerin adına saxta diplomatik pasport və nağd şəkildə 17 min dollar pul tapıldı.[6]

Onun saxlanması Çakıcının təkcə kəşfiyyatda deyil, həm də daha yüksək siyasi dairələrdə də əlaqələrinin olduğunu göstərdi.[9] Çakıcının saxlanılmasından sonra yayımlanan qeydlər, onun qaçmasına köməklik etməkdə günahlandırılan Anavətən Partiyasından hökumətdə nazir postunu tutan Eyup Aşıkın istefasına səbəb oldu. Həmçinin Demokrat Partiyasından olan daxili işlər naziri Meral Akşener, kəşfiyyat əməkdaşı Yavuz Ataç və iş adamı Erol Evgildə eyni səbəbdən ittiham olunanlar arasında idilər.[5]

Fransadakı 16 aylıq həbsdən sonra Türkiyəyə ekstradisiya edilən Çakıcı, 1999-cu il dekabrın 14-də İstanbulun Kartal rayonunda yerləşən həbsxanaya yerləşdirildi. Digər məhkumlarla qarşıdurmadan sonra Çakıcı İzmitin Kandırdakı xüsusi mühafizə olunan bir həbsxanaya köçürüldü.[5]

2000-ci ilin iyun ayında mütəşəkkil cinayət dəstəsi təşkil etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edildi.[11]

Ölkədən qaçış (2003-2004) redaktə

Çakıcı 2002-ci il dekabrın 1-də həbsdən azad edildi.[12]. Türkiyədən çıxması qadağan olmasına və pasportu müsadirə olunmasına baxmayaraq, Ələddin İzmirin Foca şəhərində polis tərəfindən tutulan qardaşı oğlu Erol Evgil də[13] daxil olmaqla bir qrup insanın müşayiəti ilə Antaliyadan Yunanıstana qaçdı.[14]

Çakıcı İstanbulun Umraniyə polisindən saxta pasport əldə etdi.[14]

Avstriyada həbs redaktə

Çakıcı türk polisinin nəzərinə düşənə qədər ParisStrasburqda 4,5 ay vaxt keçirdi.[15] İlk evliliyindən olan oğlu Əli Çakıcını Qratsdakı xəstəxanada[16] ziyarət etmək üçün Avstriya ya gedərkən o, üç maşın dəyişdirmışdi.[17]. Sonradan o, sevgilisi Aslı Fatoş Ural ilə görüşmək üçün İtaliyaya getməyi planlaşdırırdı. Avstriya polisi Çakıcının 2004-cü il iyulun 14-də Qratsda tutulması barədə Türkiyə tərəfinə məlumat verdi. Həbs zamanı onun üzərindən təqaüddə olan kəşfiyyat əməkdaşı Faiq Meralın adına xüsusi pasport aşkar edildi. Bundan əlavə ondan 4.000 avro nağd pul da müsadirə edildi.[15] Pasportundakı vizalar Fransaya gəlməzdən əvvəl Çakicının RusiyaAlmaniyaya getdiyini göstərdi.[17]

2004-cü il oktyabrın 14-də Türkiyə Ədliyyə Nazirliyinin tələbi ilə Çakıcı Avstriyadan deportasiya edildi. O, Vyanadan İstanbula beş polis məmurunun müşayiəti ilə ticarət təyyarəsində gətirildi. Məhkəmə hökmündən sonra Təkirdağdakı sərt rejimli həbsxanaya salındı.[18]

Məhkəmə redaktə

Türkiyəyə qayıtdıqdan sonra Çakıcı məhkəmə qarşısına çıxarıldı və aşağıdakı cinayətlərdə günahkar bilinərək cəzalandırıldı:

  • Tanınmış jurnalist Hıncala Uluça peşə fəaliyyəti ilə əlaqədar sui-qəsd cəhdinə görə üç il dörd ay həbs cəzası;[19]
  • 2000-ci il martın 26-da İstanbuldakı yerli "Karagömrükspor" klubuna silahlı hücum təşkil etdiyinə görə 3 il 4 ay həbs cəzası;[19]
  • Keçmiş arvadının sifarişli qətlini təşkil etdiyi üçün on doqquz il iki ay həbs cəzası;[7]
  • Dəllal Adil Ongenin avtomobilinə silahlı hücum təşkil etdiyi üçün on il on ay həbs cəzası.[7]

Çakıcı ümumilikdə 36 il 8 ay həbs cəzasına məhkum edildi.

Azad edilməsi redaktə

Ələddin Çakıcı 2020-ci il aprelin 15-də 31100 nömrəli Rəsmi Qəzetdə dərc edilmiş cəzanın icrası və təhlükəsizlik tədbirləri ilə bağlı qanuna edilən dəyişikliklə mühakimə olunduğu Sincan L Tipi Cəza İcrası Təşkilatından azad edildi.[8]

İstinadlar redaktə

  1. Çakıcı committed over 40 murders Arxivləşdirilib 2012-04-05 at the Wayback Machine News.at (German)
  2. Notorious Turkish mafia boss caught in Nizza Arxivləşdirilib 2012-04-05 at the Wayback Machine News.at (German)
  3. "Arxivlənmiş surət". 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  4. "Arxivlənmiş surət". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  5. 5,0 5,1 5,2 5,3 5,4 "Alaattin Çakıcı Kimdir?" (Turkish). Sabah. 2009-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.
  6. 6,0 6,1 "Çakıcı Nice'te Yakalandı" (türk). Radikal. 1998-08-18. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.
  7. 7,0 7,1 7,2 7,3 7,4 7,5 "Çakıcı İçin 19 Yıl Hapis" (Turkish). Radikal. 2006-11-29. 2009-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.
  8. 8,0 8,1 "Arxivlənmiş surət". 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
  9. 9,0 9,1 9,2 9,3 9,4 9,5 Akyol, Fuat. Babaların Sonu, Reislerin Yükselişi. 261. Aksiyon. 1999.
  10. "Çakıcı'yı Dava Maratonu Bekliyor" (Turkish). Radikal. 2004-07-15. 2004-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.
  11. Hurriyet Daily News, 20 July 2004, Former MIT employee questioned in relation to Cakici affair Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  12. "'Çakıcı Kaçtı' Alarmı" (Turkish). Radikal. 2003-01-08. 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: Januzry 24, 2009.
  13. "Emniyet'ten 'Çakıcı Kaçtı' Açıklaması" (Turkish). Radikal. 2004-05-06. 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.
  14. 14,0 14,1 "Çakıcı İşte Böyle Kaçtı" (Turkish). Star. 2004-04-10. 2012-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.
  15. 15,0 15,1 "Çakıcı Avusturya'da Yakalandı" (Turkish). NTV MSNBC. 2004-07-15. 2005-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.
  16. Elibol, Kamil and Kubilay Gülbek. "Çakıcı'nın Çarpıcı İlişkileri" (Turkish). Star Gazette. 2004-07-16. 2012-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.
  17. 17,0 17,1 "Çakıcı Hakim Karşısına Çıktı" (Turkish). NTV MSNBC. 2004-07-16. 2005-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.
  18. "Alaattin Çakıcı Dosyası" (Turkish). Sabah. 2009-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.
  19. 19,0 19,1 Bilge, Demet. "Çakıcı'ya Çıkış Yok" (Turkish). Redikal. 2000-07-14. 2009-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-24.

Xarici keçidlər redaktə


Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023