Əl-Cahiz Haqqinda Melumat - Vikipedia

Əl-Cahiz Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cahiz, əl-Cahiz Əbu Osman Əmr ibn Bəhr (təxm: 767, Bəsrə — 868, Bəsrə) — Şərqi Afrika əsilli bərbər yazıçısı və alimi.[1] İslamda rasional cərəyan olan Mötəzilik və ədəbiyyatın ədəb cərəyanının nümayəndəsi. Abbasilərin sarayında xidmət edib. Öz dövrünün ən savadlı insanlarından biri kimi məşhurdur.

Əl-Cahiz
Cahiz, əl-Cahiz Əbu Osman Əmr ibn Bəhr
Təxəllüsü الجاحظ
Doğum tarixi
Doğum yeri Bəsrə
Vəfat tarixi
Vəfat yeri Bəsrə
Fəaliyyəti filoloq, yazıçı, şair, bioloq, zooloq, tarixçi
Əsərlərinin dili ərəb dili
Janr satira
Vikimənbənin loqosu Əl-Cahiz Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Fəaliyyəti redaktə

100 çox traktatın və antologiyanın müəllifidir:

  • yumoristik novellalar toplusu Xəsislər barədə kitab;
  • natiqlik və stilistika üzrə Dəlillər haqqında kitab;
  • tarixi-siyasi Ərəblər və məvalilər haqda kitab
  • Ərəblər və farslar haqqında kitab[2] ;
 
Cahizin Heyvanlar haqqında kitabından bir səhifə
  • Kitab əl-Hayavan ("Heyvanlar kitabı") 350-den çox heyvan növünü şeir, lətifə və atalar sözləri ilə təsvir edən ensiklopedik əsər, kitabda təbii mühitin heyvanlar üzərindəki təsirindən danışır və bir təkamül haqqında nəzəriyə yaratmışdı. Mühitin bir heyvanın yaşaması üçün təsirlərini incələmişdir. Bu kitabda Cahiz tarixdə ilk dəfə qida zəncirini təsvir etmişdir.[3]

Ətraf mühitin determinizmi tərəfdarı olan Cahiz, ətraf mühitin toplumun irqi və etnik xüsusiyətlərinin formalaşmasına təsiri barədə də danışmışdı.

  • Fəzail ül Ətrak(Türklərin fəzilətləri). Türklərin İran dünyasının şimal şərqinə erkən gəlişinin tərəfdarları[4] bu prosesin sübutu kimi Cahizin yazdığı həmin bu Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə adlı türklərin fəzilətləri haqqında traktatını misal gətirirlər. Cahiz türklərin o dövrdə bir qədər mənfi obrazını və onlara qarşı bu münasibəti yumşaltmaq istəyirdi, onlara layıqli yer vermək, onları Xilafətdə ərəblərlə farsların arasında "üçüncü qüvvə" etmək istəyirdi. Cahiz öz məqsədini ta'lif əl-kulub və ittifaq əl-əsbab("ürəkləri barışdırmaq" və "əlaqələri bərkitmək") kimi təsvir edir. Öz traktatının bir yerində o türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar.[5]

Cahiz xüsusilə ədəb janrına çox gclü təsir etmişdir.

İstinadlar redaktə

  1. James E. Lindsay, Daily Life in the Medieval Islamic World (2005), p. 72.
  2. -Джахиз — Большая советская энциклопедия [ölü keçid]
  3. Frank N. Egerton, "A History of the Ecological Sciences, Part 6: Arabic Language Science — Origins and Zoological", Bulletin of the Ecological Society of America, April 2002: 142–146
  4. Frye, Sayılı, s.206; Şəmsəddin Günaltay. Abbas oğulları imparatorluğunun kuruluş və yüksəlişində Türklərin rolü.-"Belleten". Vol.6. Ankara, 1942, s.178–179
  5. Мусульманский мир 950–1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981. Birinci bölmə K. E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 22

Saytda 194 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024