Əli Hüseynzadə Haqqinda Melumat - Vikipedia

Əli Hüseynzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əli Hüseynzadə (şair)

(Əli Hüseynzadə səhifəsindən istiqamətləndirilmişdir)

Hüseynzadə Əli Həsən oğlu - şair, nasir, tərcüməçi, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

DAŞQIN
Əli Həsən oğlu Hüseynzadə
Doğum tarixi (66 yaş)
Doğum yeri Xələc, Bostanava, Cənubi Azərbaycan
Fəaliyyəti şair

Həyatı redaktə

Daşqın 1958-ci il martın 12-də Cənubi Azərbaycanın Bostanava bölgəsinin Xələc kəndində anadan olmuşdur. Burada ibtidai, Təbriz şəhərində isə orta məktəbi bitirmişdir. Sonra Tehran Politexnik Universitetinin elektronika fakültəsində təhsilini davam etdirmişdir (1973-1978).

Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Bir neçə şəhərdə, o cümlədən Üskü şəhərində ədəbi dərnək yaratmışdır. Təbriz şəhərində yaradılmış Şəhriyar adına ədəbi dərnəyin fəal üzvü, 1992-ci ildən dərnəyin sədrlərindən biri olmuşdur. Eyni zamanda uluslararası Avrasiya mətbuat fondunun ədəbi bölməsinin sədridir. Təbriz, Urmiya, Sulduz şəhərlərində - universitetlərdə "Türk dili və ədəbiyyatı" fənnini tədris edir. Əsərləri "Yol", "Varlıq" dərgisində, "Geyhan" qəzetində (Tehran), "Fruği azadi" (Təbriz), "Ədəbiyyat qəzeti"ndə, "Yol", "Odlar yurdu" qəzetlərində (Bakı) müntəzəm dərc edilmişdir. R.Zöhrabovun "Muğamat", Orxan Kamalın "Yad qızı" əsərlərini farscaya, Şəhriyarın seçilmiş lirik qəzəllərini türkcəyə çevirmişdir.

Lirik şerlərinə mahnılar bəstələnmişdir. Keçmiş Yuqoslaviya, Türkiyə, Azərbaycan və digər ölkələrdə keçirilən ədəbi qurultaylarda iştirak etmişdir.

Əsərləri redaktə

  • 1.Payızdan-payıza (şeirlər). Mahabat: "Məhəmməd" nəşriyyatı, 1976.
  • 2.Ana nisgili (şeirlər). Tehran: "Ordibehişt" nəşriyyatı, 1989.
  • 3.Türkcə sözlük. I cild. Təbriz: "Yaran" nəşriyyatı, 1992.
  • 4.Türkcə sözlük. II cild. Təbriz: "Yaran" nəşriyyatı, 1996.
  • 5.Sadə xəritələr (elmi araşdırmalar). Təbriz: "İranvic" nəşriyyatı, 1992.
  • 6.Çiçəklərə bir çiçək (uşaq şeirləri). Təbriz: "Firhəng" nəşriyyatı, 1991.
  • 7.Səhər ağacı (şeirlər və hekayələr). Təbriz: 1993.
  • 8.Qar çiçəyi (şerlər). Təbriz: "Nukui müəssisəsi" nəşriyyatı, 1993.

Yaradıcılığı redaktə

İllərdir

Nə Şıxda payızıq, nə göydə yazıq
Biz necə dənizik, necə Arazıq?
Axışa - tamarzı. Çağlamaq - yasaq.
Bir gündüz günəşdə, bir gecə ayda.
Uçurdular bizi... Uçan, uçmayan
Lap olaq göyərçin, bizə nə fayda?
Əllərdə komamız, canımız gedir
Bu kimə gizlidir, kimə örtülü?
İllərdir ki, bizim qanımız gedir
Gülmək - günahımız, ağlamaq yasaq.


Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024