Əli Səlimi Haqqinda Melumat - Vikipedia

Əli Səlimi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əli Səlimi (علي سليمي) - azərbaycanlı bəstəkar, "Ayrılıq" və "Sizə salam gətirmişəm" kimi məşhur mahnıların bəstəçisi, Azərbaycan Bəstəkarlar İttifaqının fəxri üzvü.

ƏLİ SƏLİMİ
Digər adı علي سليمي
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi
Vəfat yeri Təbriz
Fəaliyyəti bəstəkar, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Əli Səlimi 1922-ci ildə Bakı şəhərində Kubinka məhləsində dünyaya göz açıb.Bakinin Pirşagi kəndindəndir.Atasi Ərdəbil şəhərindən Bakıya köçmüşlər - atası Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən idi, anası Məşədi Cəvahir isə bakılı Pirşagili idi. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir.

1930-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. 1938-ci ildə Əli Səliminin atası (eləcə də tarzən Adil Axundzadə – Tehran radiosunun solisti və tanınmış xanəndə Mustafa Payan – Tehranın məşhur xanəndəsi) məcburiyyət qarşısında Ərdəbilə köçməli oldular.[1]

"Sizə salam gətirmişəm" və "Ayrılıq" redaktə

1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində Rəşid Behbudovun İran səfəri yaddaqalan, maraqlı hadisələrlə zəngin idi. Belə hadisələrdən biri İranda baş verir. İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra əslən Bakıdan olan ölməz bəstəkar Əli Səlimi dünyalar qədər sevdiyi müğənnini evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olduğunu soruşur.

Əli Səlimi bildirir ki, Rəcəb İbrahimi[2] "Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şerə mahnı bəstələdim. Rəşid bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılığ"ı mənə təklif etmirsən. Əli Səlimi cavabında izah edir ki, qorxuram "Ayrılığ"ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. "Sizə salam gətirmişəm"i oxusan mənə dünyanı vermiş olarsan. Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz. Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını - "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.[3]

2007-ci il dekabr ayının ortalarında Ərdəbil şəhərində incəsənət mərkəzi tərəfindən tədbir keçirildi. Bu tədbirdə böyük hörmətlə qarşılanan Əli Səliminin bəstələdiyi mahnılar səsləndi. Dekabrın 15–16-da Ərdəbildə Əli Səliminin xatirəsinə həsr olunmuş ilk Azərbaycan muğam festivalı keçirildi.[1]

Bəstələri redaktə

  • Gül Ərdəbil
  • Ayrılıq
  • Sizə Salam Gətirmişəm
  • Savalan
  • Heydər Baba
  • İlqar
  • Bahar gəldi
  • Ağlama
  • Gözüm ana
  • Gül açdiı
  • Lalə
  • Yaşa məhəbbət
  • Ana laylası
  • Haqq yolu
  • Gözəl qız
  • Sənin sözün
  • Yalan dünya
  • Ay dolandı
  • Parti
  • Dumandır
  • Ana vətən
  • Bivəfalar
  • Könül
  • Namaz
  • Gülşən
  • Əziz İran
  • Yağışlar
  • Füzuli üçün
  • Azadlıq qoşaları
  • Telli qız
  • Birlik
  • Babam üçün
  • Azərbaycan (1)
  • Azərbaycan (2)
  • Vətənim
  • Koroğlu
  • Ölkəmiz
  • Sözlər
  • Səni istəyirəm

İstinadlar redaktə

  1. 1,0 1,1 "Arxivlənmiş surət". 2011-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-20.
  2. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-06.
  3. "Arxivlənmiş surət". 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-20.

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Azərbaycan_SSR_əməkdar_neft_və_qen_sənayesi_işçilərinin_siyahısı SəhifəyəKeçidlərBookSources978-9941-445-52-1 SəhifəyəKeçidlərBookSources978-9941-0-4195-2 Fayl:History_of_the_United_States_from_the_Compromise_of_1850_to_the_final_restoration_of_home_azle_ SəhifəyəKeçidlərMap1250.75156.35az Fayl:Caledonia;_or,_A_historical_and_topographical_account_of_North_Britain,_from_the_most_ancient_t SəhifəyəKeçidlərQədim_MisirMisir_tanrıları Fayl:Home_and_health_and_home_economics_-_a_cyclopedia_of_facts_and_hints_for_all_departmtrts_of_hom kinoizlekazhdyj-tvoj-vdoh-every-breath-you-take-2021-hdrip-17914-tr-dublaj-izle.html SəhifəyəKeçidlərWhatLinksHerePortal:Qədim_MisirMisir_tanrıları Fayl:Applied_mechanics-_an_elementary_general_inruoduction_to_the_theory_of_structures_and_machines_ Fayl:Introductory_lecture_delivered_at_the_opening_of_the_twenty-sixth_annual_session_of_the_Woman's Fayl:A_treatise_on_the_law_of_idiocy_and_lunacy_-_to_which_is_subjoined_an_apprudix,_containing_the_ SəhifəyəKeçidlərNewSectionMüzakirə:Exnaton mp3kdlg0k6xkJkkadin-dizisi-ceyda-nin-soyledigi-sarki-mevsim-bahar-olunca-yarabbim-sru-buyuksun.htm Vtrera,_Kupid,_Folli_və_Zaman_(Bronzino) Fayl:Illusruated_catalogue_of_the_permanrut_collection_of_pictures,_drawings,_and_sculpture_-_with_b Fayl:Low_frequrucy_active_sonar_(Grueric_UK)_performance_assessmrut_in_the_operationally_significant Fayl:Life_and_correspondruce_of_Samuel_Johnson_D.D._-_missionary_of_the_Church_of_England_in_Connect
Dostlarınla Paylaş

Saytda 230 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024