Əli bəy Dünbili Haqqinda Melumat - Vikipedia

Əli bəy Dünbili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əli bəy Dünbili

Şair

Əli bəy Məhəmməd bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan şairi, tərcüməçisi.

Əli bəy Dünbili
Doğum yeri
Fəaliyyəti şair

Həyatı redaktə

Əli bəy Məhəmməd bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Tehran Universitetinə qəbul olunmuşdu. Şair idi. Qərib təxəllüsü ilə ruhsar şeirlər yazırdı. Məhəmmədəli xan Tərbiyyət yazır: "Qərib Tehran Darülfünunun şagirdlərindən olmuş, piyada hərbi məktəbi bitirdikdən sonra hicri qəməri 1275 (1858) ci ildə oxumaq üçün Avropaya göndərilən tələbələr arasında Həsənəli xan Əmir-Nizamla birlikdə Parisə getmiş, orda təhsilini təkmilləşdirib, İrana qayıtmışdır. O, Avropa ölkələrinin ictimai vəziyyəti, inkişafı və hərbi təşkilatı haqqında tədqiqat apararaq, bir kitab yazmışdır. Qərib İngiltərə və Fransa dövlətlərinin Çin dövləti ilə müharibəsi haqqında bir kitabı fransız dilindən fars dilinə tərcümə etmişdir.[1]

İstinadlar redaktə

  1. Məhəmmədəli Tərbiyyət, Danişməndani-Azərbaycan, Bakı, "Azərnəşr", 1987, səh.66.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024