Əlibəyli (Qax)
Əlibəyli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Əlibəyli | |
---|---|
41°22′41″ şm. e. 46°49′19″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi redaktə
Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası redaktə
Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kürmük çayının sahilində, Alazan-Həftəran vadisindədir. İlisu sultanı Əlibəy Sultanın (XVII əsrin sonu-XVIII əsrin əvvəli) adı ilə bağlıdır. Yaşayış məntəqəsi Əlibəyə məxsus ərazidə ingiloy ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin yaxınlığındakı dağ da Əlibəyli adlanır;[1]
Əhalisi redaktə
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 525 təsərrüfatda hər iki cinsdən toplam 1821 nəfər əhali yaşamaqdadır.[2]
Milli tərkibi redaktə
Kənd əhalisi əsasən məsihi etiqadlı ingiloylardan ibarətdir.[3][4]
Tanınmışlar redaktə
- Moisey Georgiyeviç Canaşvili - (19.03.1855 - 19.04.1934) tarixci-etnoqraf.Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi.
Mədəniyyət redaktə
- Kənddə Mədəniyyət Evi var.[5]
Abidələri redaktə
- M ədəniyyət Evinin binası qarşısında Stalinin heykəli var.[5]
Din redaktə
Kənddə "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian dini icması fəaliyyət göstərir[6].
İstinadlar redaktə
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- ↑ Центр Льва Гумилева - Современное евразийство: Территория Грузии искусственно увеличивалась за счет Азербайджана Arxivləşdirilib 2022-02-14 at the Wayback Machine---Ягуб Махмудов, Научное общество кавказоведов Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine
- ↑ Региональная общественная благотворительная организация "Союз ингилойцев": История: История Эрети (Саингило): Алибегло[ölü keçid]
- ↑ 1 2 Gürcülər Stalini Qaxda saxlayırlar Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. publika.az, 06.02.2015 (az.)
- ↑ QEYRİ-İSLAM DİNİ İCMALARI Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)