Əlibəyli (Zərdab) Haqqinda Melumat - Vikipedia

Əlibəyli (Zərdab) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əlibəyli (Zərdab)

ƏlibəyliAzərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Əlibəyli kəndi Zərdab şəhərindən 3 kilometr cənub-qərbdə yerləşir.

Əlibəyli
40°11′55″ şm. e. 47°40′56″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zərdab rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 5,25 km²
İqlimi subtropik
Saat qurşağı
Əhalisi
Əhalisi 1.050 nəfər
Milli tərkibi azərbaycanlılar
Dini tərkibi sünni müsəlmanlar
Rəsmi dili azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 6315
Xəritəni göstər/gizlə
Əlibəyli xəritədə
Əlibəyli
Əlibəyli

Tarixi redaktə

Ötən dövrlərdə “Alıbəyli” kimi də adlandırılan bu kənd KürTüryançay (Qarasu) çaylarının qovşağında yerləşir. Kəndin adı Əlibəy adlı şəxsin adı ilə bağlı yaranıb. Ötən əsrlərdə Əlibəyli sakinləri əsasən baramaçılıq, maldarlıq və əkinçiliklə məşğul olublar.

Əhalisi redaktə

Mənbələrə görə, XIX əsrin ortalarında Əlibəyli 11 evdən, 1887-ci ildə isə 38 evdən və 166 sakindən ibarət olub. Tovuz və Qax rayonlarında da Əlibəyli adlanan kəndlər var. Mənbələrdə göstərilir ki, 1700-cü illərdə İrəvan əyalətində də Əlibəyli adlı kənd var imiş. İndi kəndin əhalisi 1050 nəfərdir. Kəndin dini tərkibi sünnilərdir.[mənbə göstərin]

İqtisadiyyatı redaktə

Kənd sakinləri əsasən əkinçilik, heyvandarlıq, meyvəçilik, baramaçılıq, balıqçılıq, quşçuluq və tərəvəzçiliklə məşğul olurlar. Kənddə icra nümayəndəliyi, bələdiyyə, məktəb, kitabxana, məscid və s. vardır.

Din redaktə

Kənddə Əlibəyli kənd məscidi dini icması fəaliyyət göstərir.[1]

İstinadlar redaktə


Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024