Əlibala Xudaverdiyev Haqqinda Melumat - Vikipedia

Əlibala Xudaverdiyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əlibala Xudaverdiyev

Xudaverdiyev Əlibala Mürtəzaqulu oğlu (1901, Navahı k. - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.[1]

Əlibala Xudaverdiyev
Əlibala Murtuza oğlu Xudaverdiyev
Doğum tarixi
Doğum yeri Navahı,
Cavad qəzası,
Bakı quberniyası,
Rusiya imperiyası
Vəfat tarixi ?

Həyatı redaktə

1919-cu ildə 1-ci Bakı kişi gimnaziyasını bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Bonn (Almaniya) İnstitutuna göndərilmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi.

Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Cümhuriyyət tələbələri Fransada". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024