Əlincə dağı Haqqinda Melumat - Vikipedia

Əlincə dağı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əlincə dağı

Azərbaycanda dağ

Əlincə  Azərbaycanda yerləşən dağ zirvəsidir (hündürlüyü 1821,4 m). Naxçıvanın Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin şərq yamacında zirvədir. Hündürlüyü 1810 m-dən 1821,4 m-ə qədər dəyişir. Dağın cənub-şərq yamacında Xanəgah kəndi var, dağın zirvəsində isə orta əsrlərə aid Əlincə qalası yerləşir.

Əlincə
Ümumi məlumatlar
Dağ silsiləsi Zəngəzur dağları
Mütləq hündürlüyü 1810-1821,4 m
Yerləşməsi
39°11′35″ şm. e. 45°42′00″ ş. u.
Ölkə  Azərbaycan
Əlincə xəritədə
Əlincə
Əlincə

Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan dioritkvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi ellipsvari sıldırım yamaclı yüksəklikdir. Çay yatağına nisbətən 380 m yüksəkdə qərar tutmuşdur və təkrarolunmaz sıldırımlı qayalıq landşaft əmələ gətirir. Dağ lakkolitlərdən ibarətdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzində izlənilən eyniadlı antiklinalın maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir.[1]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024