Əliqulu Fərəcov Haqqinda Melumat - Vikipedia

Əliqulu Fərəcov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əliqulu Fərəcov

Əliqulu Səttar oğlu Fərəcov (15 mart 1898, Ordubad, Naxçıvan qəzası20 yanvar 1981, Bakı) — iqtisadçı, iqtisad elmləri namizədi, professor (1939), Azərbaycan SSR əməkdar iqtisadçısı (1967).[1]

Əliqulu Fərəcov
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1898(1898-03-15)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1981(1981-01-20) (82 yaşında)
Vəfat yeri

Təltifləri "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1967
"Qırmızı əmək bayrağı" ordeni

Həyatı redaktə

Fərəcov Əliqulu Səttar oğlu, 15 mart 1898-ci il tarixində Ordubadda anadan olmuşdur. O, 1915-ci ildə Tiflis ticarət kurslarını, 1927-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Fərəcov, Azərbaycanda uçotun qurulmasında mühüm rol oynamış və bir növ banisi kimi tanınmışdır. O, bir çox sahibkar şirkət və firmalarda mühasib kimi işləmiş və 1917–1920-ci illərdə hesabdar-mühasiblər kursları (o vaxtlar Əliqulu Fərəcov kursu adlanırdı) açaraq onu o dövrün tələblərinə uyğun təşkil etmək üçün rus alim-mütəxəssislərini Azərbaycana dəvət edərək, onların təcrübəsindən istifadə etmişdir. Mühasibat uçotu ixtisası üzrə mütəxəssisləri daha təkmil formada hazırlamaq üçün Əliqulu Fərəcov kadr hazırlığının daha müasir orta ixtisas və ali təhsil sistemini seçməyə üstünlük vermiş, demək olar ki, ona nail olaraq bu kadrları hazırlayan "Statistika", "Kommersiya" texnikumlarının, Azərbaycan Dövlət Sənaye İnstitutunun nəzdində iqtisad fakültəsinin və sonradan bu fakültənin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun açılmasında və fəaliyyət göstərməsində iştirak etmişdir. Uzun müddət respublikanın ali məktəblərində dərs demişdir. Elmi-pedaqoji fəaliyyətilə yanaşı, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) prorektoru (1943–1944), Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) rektoru (1944–1950), bir sıra kafedraların, o cümlədən ADU-nun mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi kafedrasının (1959–1960) müdiri, ADU-nun (1962–1966) və AXTİ-nin məsləhətçi professoru (1966-cı ildən) olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsində (indiki İqtisadiyyat İnstitutu) baş elmi işçi, şöbə müdiri (1951–1958) işləmişdir. Fərəcov, Azərbaycanda iqtisadi təhsilin təşkilatçılarından idi.

O, Azərbaycan dilində mühasibat uçotunun nəzəri və əməli məsələlərinə dair dərsliklər yazmış, konkret iqtisadiyyata dair elmi terminlər işləyib hazırlamış, mühasibat uçotunun nəzəri, texniki və tarixi məsələlərinə, k.t. iqtisadiyyatına, x. T. Və iqtisadi fikir tarixinə dair tədqiqatlar aparmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

Əliqulu Fərəcov, 20 yanvar 1981-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.

Əsərləri redaktə

  • Sənayedə qənaət və yığcamlıq haqqında, Bakı 1954;
  • Nizami Gəncəvinin iqtisadi görüşləri haqqında, Bakı 1956;
  • Ордубад.Историко-экономический очерк, Бакы 1970;
  • Зарождение и развитие экономической мысли в Азербайджане в эпоху феодализма, Бакы 1986.

İstinadlar redaktə

  1. "Əliqulu Fərəcov". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024