Əlirza Saçar Zərif Haqqinda Melumat - Vikipedia

Əlirza Saçar Zərif Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əlirza Saçar Zərif

Əlirza Saçar Zərif - Güney Azərbaycanlı baletmeyster, rəqqas, incəsənət professoru, pedaqoq.

ƏLİRZA ZƏRİF
Əlirza Saçar Zərif
Fəaliyyəti baletmeyster

Həyatı redaktə

Əlirzanın valideynləri 1937-ci il repressiyasından qurtulmaq üçün sovet Azərbaycanından İrana köçüblər. Daha sonra ailə Kanadada məskunlaşıb. İranda doğulub boya-başa çatan Əlirza Kanadada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Saçarın valideynləri yenidən Bakıya qayıdıb bir müddət burada yaşayıblar. Əlirza Bakıda çox olduğunu deyir.

Kanadada ali tibb təhsili alan azərbaycanlı daha sonra bir xoreoqraf kimi də musiqi sahəsində təkmilləşib. Bakıya, valideynlərinin yanına qayıdanda ailəsi ilə dostluq edən bir sıra sənət ustaları ilə görüşüb, incəsənətə, musiqiyə, rəqsə meylindən danışıb. Əlirza rəqs kursuna gedib, Azərbaycan xalq rəqslərini öyrənib. Tanınmış sənətçilərlə ünsiyyət qurub, onlardan dərs alıb. Bir ildən sonra Kanadaya qayıdan həvəskar rəqqas Toronto Universitetinin incəsənət fakültəsinin rəqs şöbəsinə daxil olub, bakalavr, magistratura və doktorantura təhsili alıb. Əlirza Saçar Zərif hazırda həmin universitetdə Mərkəzi Asiya xalqlarının rəqslərini tədris edir.

2004-cü ildən rəqs hərəkətlərinə muğam üzərindən quruluş verməyə başlayan xoreoqraf yenə Bakıya üz tutub. O, muğamın yalnız səhnə musiqisi deyil, canlı bir məşq olduğunu düşünür: "Muğam həyatın bir parçasıdır. Fikir əruzla, məzmun musiqi ilə gəlib. Əməl isə rəqsdə özünü göstərir. Bu, üçlük ansamblıdır. Musiqi ilə şeiri canlandıran rəqsdir. Çünki musiqi və şeir hiss və fikirdir, rəqs isə həm də məkandır. Rəqs daxildəki yaddaşı oyada bilirsə, yaşantıdır. Dırnaqüstü, akrobatik hərəkətlər müvəqqəti, keçicidir".[1]

Ödülləri redaktə

  • "Millətlərarası mədəniyyət səfiri" mükafatı - Kanada hökuməti tərəfindən[2]
  • "Rəqs ustası" - Özbəkistan Milli Xoreoqrafik İnstitutu tərəfindən[3]

İstinadlar redaktə

  1. "Töfhə Əzimova. Muğam üzərində rəqs axtaran adam". 2012-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  2. Əlirza Zərif: "Azərbaycanı təbliğ etməkdən zövq alıram"[ölü keçid]
  3. "Ə. Zərifin rəsmi saytında bioqrafiyası". 2013-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 164 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024