Əlixan Törə Haqqinda Melumat - Vikipedia

Əlixan Törə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əlixan Törə

din alimi, siyasətçi

Əlixan Törə, Əlixan Törə Saquni, Əlixan Şakirxocayev, (uyğ. ئەلىخان تۆرە, özb. Alihon Tura çin. 艾力汗·吐烈; 21 mart 1884, Tokmak (Qırğızıstan), Yeddisu vilayəti, Türkistan general-qubernatorluğu, Rusiya imperiyası – 28 fevral 1976, Daşkənd, Özbəkistan SSR, SSRİ)  — İkinci Şərqi Türkistan Respublikasının özbək əslilli birinci prezidenti. Törə vaxtilə Balasaqun indi hazırkı Qırğızıstanın Tokmak qəsəbəsində anadan olmuş, lakin 1920-ci ildə Sovet hökümətinin qurulması ilə Şərqi Türkistandakı Qaşqara mühacirət etmişdir. 1944-cü ilin aprelində Əlixan Törə Əbdülkərim Abbas və digər on nəfərlə birlikdə Şərqi Türkistanı Çin Milliyyətçi hakimiyyətindən azad etmək üçün Külçədə (Yining) azadlıq təşkilatı qurdular.[5] 1944-cü il noyabrın 11-də SSRİ-nin dəstəyi ilə İli üsyanını qaldırdılar.[5]

Əlixan Törə Saquni
Əlixan Şakirxocayev
Vəzifədədir
12 noyabr 1944 - 16 iyun 1946-cı ildən
ƏvvəlkiƏhmədcan Qasimi[1][2][3][4]
Sonrakıvəzifə yeni təsis olunub
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tokmak (Qırğızıstan), Yeddisu vilayəti, Türkistan general-qubernatorluğu, Rusiya İmperiyası
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Daşkənd, Özbəkistan SSR, SSRİ
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Dini islam
Rütbəsi Milli ordu marşalı
Elmi fəaliyyəti
Tanınır Siyasətçi, şair, alim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Əlixan Törə Karabaltada digər mənbələrə görə (indi Qırğızıstanda) Tokmak şəhərində dindar bir ailədə anadan olmuşdur. Buxara mədrəsəsində yüksək dini təhsil almışdır. İlahiyyat biliklərinə görə ətrafdakılardan "Törə" ləqəbini almışdır. Məkkəyə iki dəfə həcc ziyarətinə getmişdir (1905 və 1924). 1915-1923-cü illərdə Buxara İslam mədrəsəsində ilahiyyatdan dərs demişdir. 1920-ci illərdə Sovet rejimini tənqid etdiyinə görə dörd dəfə tutulmuş və Pişpək şəhərinin həbsxanasında saxlanılmışdır.

1930-cu ilin noyabrında yenidən SSRİ dövlət orqanları tərəfindən tutulmuş və məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilmişdir. QULAQ düşərgəsinə göndərilməzdən əvvəl qaçmışdır. 1931-ci ildə Sovet-Çin sərhədini keçərək Külcədə yerləşmişdir. Külcədə Quranın təfsiri və müalicə ilə məşğul olmuş və qısa müddət sonra yerli məhəllə məscidinin imamı seçilmişdir. Əlixan Tura tədricən yerli əhali arasında populyarlıq qazanır və Külçə cümə məscidi olan - "Beytulla" nın imamı olur. 1937-ci ildə Çin əleyhinə xütbələrə görə həbs edilir. Lakin yerli nüfuzlu din xadimlərinin müdaxiləsi ilə 1941-ci ildə həbsdən azad edilir.

İkinci Şərqi Türkistan Respublikasının yaradılmasında rolu redaktə

Həbsdən buraxıldıqdan sonra gizli Çin əleyhinə fəaliyyətlərdə fəal iştirak etməyə başlayır. 1943-cü ildə "Şarki Türkistan Azatlık Taşkilatı" (Şərqi Türkistanın Azadlıq Təşkilatı) qurumunu yaradır. Təşkilata İli bölgəsinin müxtəlif millətlərdən olan (əsasən türk əsilli) nüfuzlu şəxsləri daxil olmuşdur: Rəhimcan Sabirhacıev (tatar[6]), Abdukərim Abbasov (tatar[6]), Abdurauf Məxsum (uyğur), Muxitdin (uyğur), Purdunbəy (uyğur), Məhəmməcan Maxsum (uyğur), Ömərcanbəy (uyğur), Salih-canbəy (özbək). 1943-cü ildə Qani Mametbakiev, Fatih Müslümov və Əkbərin rəhbərlik etdiyi Nilk bölgəsində yerli əhalinin üsyanı başlayır. Üsyançılar tərəfindən Külçə mühasirəsi zamanı Əlixan Törənin təşkilatı şəhərdəki çıxışlara rəhbərlik edir.

1944-cü il noyabrın 12-də Külçə şəhərində üsyanın ələbəsindən sonra ertəsi gün Şərqi Türkistan Respublikasının yaradıldığı elan edildi və Əlixan Törə onun prezidenti seçildi. Əlixan Törə 1945-ci il aprelin 8-də qurulan İli Milli Ordusunun marşalı hərbi rütbəsinə sahib oldu.

Qaçırılması və sonrakı həyatı redaktə

Əlixan Törə İkinci Şərqi Türkistan Respublikasının rəhbərliyində İosif Stalinin, İli Milli Ordusunun Urumçiyə hücumuna son qoymaq və 1945-ci ilin oktyabrında Homindan ilə danışıqlara başlamaq əmrinə qarşı çıxan yeganə şəxs idi.

Urumçidə Şərqi Türkistan Respublikası və Homindan nümayəndələri arasında Şərqi Türkistan böhranını həll etmək üçün 1945-ci il oktyabrın 14-dən Sovet İttifaqının vasitəçiliyi ilə Çan Kayşinin təklifinə uyğun olaraq başlayan və 8 aylıq çətin danışıqlardan sonra 1946-cı il iyunun 12-də "Sülh Sazişi" imzalandıqdan bir ay sonra iyulun 28-də Əlixan Törə Sovet xüsusi xidmət orqanları tərəfindən qaçırılaraq zorla SSRİ-yə gətirildi. Sovet İttifaqına gətirildikdən sonra ömrünün sonuna qədər ev dustaqlığında saxlanılmışdır. Daşkənddə olarkən İslam tarixi ilə bağlı çoxcildli "Tarihi Muhamadiya" əsəri də daxil olmaqla bir neçə kitab yazmışdır. "Əmir Teymur nizam-intizamı"nı özbək dilinə tərcümə etmişdir. Əlixan Törə Şərqi TürkistanSincan hadisələri haqqında "Türkistan kaygısı" (Türkistan Faciəsi) adlı kitab da yazmışdır.

Türkistan İslam Partiyası öz jurnalının birinci nömrəsində bölgənin tarixi haqqında verilən "Türkistanda İslam" məqaləsində Əlixan Törədan bəhs edilmişdir.[7]

1976-cı il fevralın 28-də 90 yaşında vəfat etmişdir. Əlixan Törə Daşkənddə Kukça qəbiristanlığında dəfn olunmuşdur.

Əsərləri redaktə

  • Türkistan kaygısı, Tashkent, Uzbekistan, East Publishing House, 2003
  • Tarihiy Muhammadiy, Tashkent, Uzbekistan, Publisher: Kutlukkhan Shakirov
  • Drifter Saghuniy

İstinadlar redaktə

  1. 王柯. 《東突厥斯坦獨立運動: 1930年代至1940年代》. 香港中文大學出版社. 2013-01-15. səh. 第331頁. ISBN 978-962-996-500-6. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-15.
  2. 劉學銚,新疆史論,知書房,2013年2月,ISBN 978-986-5870-51-5,第192頁
  3. 王柯,《東突厥斯坦獨立運動: 1930年代至1940年代》,香港中文大學出版社,2013年,ISBN 978-962-996-500-6,第158頁
  4. 杜榮坤、紀大椿、任一飛、劉文遠,新疆三區革命史鑑,中國社會科學出版社,第161頁
  5. 1 2 (Chinese) 动荡之源:新疆三区革命的国际背景 《西域研究》 2013 No. 3 Arxivləşdirilib 30 avqust 2014 at Archive.today 10 January 2014
  6. 1 2 "Официальный сайт Татарстана". 2013-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-25.
  7. "ماذا تعرف عن تركستان الشرقية". تركستان الإسلامية. No. العددالأول. السنة الأولي شعبان 1429 يوليو 2008. səh. ١٩.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024