Əlizaman İslamov Haqqinda Melumat - Vikipedia

Əlizaman İslamov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əlizaman İslamov

Əlizaman Fərrux oğlu İslamov (12 iyun 1997, Zabrat2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Əlizaman İslamov
Əlizaman Fərrux oğlu İslamov
Şəxsi məlumatlar
Doğum tarixi 12 iyun 1997(1997-06-12)
Doğum yeri
Vəfat tarixi 2 aprel 2016(2016-04-02) (18 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Əlizaman İslamov 1997-ci ilin 12 iyun günündə Bakıda Zabrat qəsəbəsində anadan olub.

Hərbi xidməti redaktə

Əsgər Əlizaman İslamov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Əlizaman İslamov Lənkəran şəhərinin Cil kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər İslamov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əlizaman İslamov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 192 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024