Əlvan Hüseynov Haqqinda Melumat - Vikipedia

Əlvan Hüseynov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əlvan Qafar oğlu Hüseynov (14 noyabr 1994; Dnepropetrovsk, Ukrayna2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Əlvan Hüseynov
Əlvan Qafar oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dnepropetrovsk, Ukrayna
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Füzuli rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Gizir
Döyüşlər Aprel döyüşləri
Təltifləri "İgidliyə görə" medalı

Həyatı redaktə

Əlvan Hüseynov 14 noyabr 1994-cü ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində anadan olub.

Hərbi xidməti redaktə

Gizir Əlvan Hüseynov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Əlvan Hüseynov Füzuli rayonunun Zobcuq qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Hüseynov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əlvan Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 39 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023