Əminə Dilbazi Haqqinda Melumat - Vikipedia

Əminə Dilbazi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əminə Paşa qızı Dilbazi (26 dekabr 1919, Qazax, Gəncə quberniyası30 aprel 2010, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti (1959).[1][2]

Əminə Dilbazi
Doğum tarixi
Doğum yeri Qazax, Qazax qəzası, Gəncə quberniyası, Azərbaycan Demokratik Respublikası
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri I Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
Uşağı
Fəaliyyəti rəqqasə, baletmeyster, pedaqoq
Fəaliyyət illəri 1935-ci ildən
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1954
"İstiqlal" ordeni — 1999
"Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Həyatı redaktə

 
Əminə Dilbazi

Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində almışdır.

Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, Şairə Mirvarid Dilbazinin bacısı,[1][2][3] bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.

Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat etmişdir.

Fəaliyyəti redaktə

Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik etmişdir. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət filarmoniyasının səhnəsində oynanılan "Dədə Qorqud", "Azərbaycan toyu", "Bir bağçanın gülləri" səhnə əsərlərində əsas partiyaların ifaçısı olmuşdur. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və s. əsərlərdə də rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında, habelə erməni, osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. "Arşın mal alan", "Ulduz", "Yallı", "Sevinc" filmkonsertində lentə çəkilmişdir.

Təltif və mükafatları redaktə

Filmoqrafiya redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 "Görkəmli Azərbaycanlılar" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-05.
  2. 1 2 "Əminə Dilbazi—90" (az.). 2019-02-05. 2019-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-26.
  3. "Əminə Dilbazi" (az.). 2019-02-05. 2017-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  4. "Ə. P. Dilbazinin «İstiqlal» ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Fərmanı". e-qanun.az. 25 dekabr 1999. 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.

Xarici keçidlər redaktə


Saytda 164 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024