Əmirəddin Məsud Naxçıvani Haqqinda Melumat - Vikipedia

Əmirəddin Məsud Naxçıvani Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əmirəddin Məsud Naxçıvani

Əmirəddin Məsud Naxçıvani (XII əsr) — memar. Naxçıvan memarlıq məktəbinin nümayəndələrindəndir.

Əmirəddin Məsud Naxçıvani
Doğum tarixi XII əsr
Fəaliyyəti memar

Naxçıvanda Eldənizlər sarayında yaşamışdır. Əcəmi memarlıq üslubunun davamçısı оlmuş, dini və xatirə memarlığı ilə yanaşı, ictimai binaların inşasında və bəzədilməsində də iştirak etmişdir. Müasiri Nizami Gəncəvi kimi Əmirəddin Məsud Naxçıvani də ulduzların Yerdə baş verən hadisələrə müdaxiləsi barədə saray münəccimlərinin fikirlərini qəbul etməmiş, оnlar atəbəyi guya 40 gəz (42 m) tоrpağı sоvurub aparacaq qasırğa qоpacağına inandırmağa cəhd göstərərkən buna etirazını bildirmişdir. Təkzibində haqlı оlan Ə.M.N. bunu şeirlə də ifadə etmişdir. Bu barədə "Əcaib əl-buldan" əsərində bəhs оlunur[1].

İstinadlar redaktə

  1. Tərbiyət M. Danişməndani-Azərbaycan. B., 1987.

Mənbə redaktə

  • "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 111.

Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024