Əmir Ağaxan sultan Müqəddəm Haqqinda Melumat - Vikipedia

Əmir Ağaxan sultan Müqəddəm Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əmir Ağaxan sultan Müqəddəm

Əmir Ağaxan sultan Müqəddəm - Qızılbaş sərkərdəsi, vilayət hakimi, elbəyi

ƏMİR AĞAXAN SULTAN MÜQƏDDƏM
Doğum yeri

Həyatı redaktə

Əmir Ağaxan sultan XVI yüzilin sonu, XVII yüzilin önlərində yaşamışdı. Otuziki elinin Müqəddəm oymağındandır. Arazbar qəzasının Xanarxı kəndinə doğulmuşdu. I Şah Abbas Qarabağda olarkən Otuziki elinin başçısı Əmir Ağaxan sultan Müqəddəmi Marağaya hakim təyin edib, oranı basqınçı kürdlərdən təmizləməsini istədi. Əmir Ağaxan sultan Müqəddəm doğma oymağı ilə Marağaya köçdü. Oranı kürdlərdən təmizləyəndən sonra özü Marağaya hakim, oymağı isə vilayətin axar-baxarlı yurdlarına sakin oldi. Şah bütün oymağı çobanbəyi, çöpbaşı vergilərindən azad etdi.

Əmir Ağaxan sultanın Hüseynqulu xan adlı oğlu vardı. Onun soyu Rza şah Pəhləvinin hakimiyyətinə qədər Marağanı idarə etdi.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Müqəddəm eli, "Soy" dərgisi, 5 (25), 2008.
  • Ənvər Çingizoğlu, Marağa xanlığı, Bakı, "Şuşa", 2011,-səh.218.
  • Ənvər Çingizoğlu. Otuziki eli. "Soy" dərgisi, 1 (4) Bakı, 2004.

Həmçinin bax redaktə


Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024