Əmirli (Bərdə) Haqqinda Melumat - Vikipedia

Əmirli (Bərdə) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əmirli (Bərdə)

ƏmirliAzərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Əmirli kəndi Xanərəb kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əmirli kənd Soveti yaradılmışdır.[1]

Əmirli
40°13′20″ şm. e. 47°08′55″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 88 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Əmirli xəritədə
Əmirli
Əmirli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Yaşayış məntəqəsi 1948-ci ildə dağıdılmışdı. 1951–1952-ci illərdə Ermənistandan qanunsuz olaraq köçürülmüş azərbaycanlı ailələri orada məskunlaşdıqdan sonra dağılmış kəndin adı yeni yaşayış məntəqəsinə verilmişdi. Əmirli əfşar tayfasının bir qolu olan eymurların adının yerli tələffüzə uyğunlaşmış formasıdır.[2]

Coğrafiyası və iqlimi redaktə

Kənd Qarabağ düzündə yerləşir.

Əhalisi redaktə

Kəndin əhalisi əsasən Göyçə mahalının Aşağı Qaranlıq rayonunun Mollalı kəndindəndirlər.

İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda olan Sallı və Çivə kəndindən SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə kəndin azərbaycanlı sakinləri zorla Azərbaycanın Salyan rayonuna köçürülmüşdür. Burada əhalinin bir hissəsi Bərdənin Əmirli kəndinə gəlmiş, oradan da bəziləri yenidən Sallıya — ata-baba yurdlarına qayıtmışdır[3].

Tanınmış şəxsləri redaktə

  • Rasim Məhəmməd oğlu Əliquliyev — AMEA-nın həqiqi üzvü (akademik), texnika elmləri doktoru, professor, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru
  • Ramiz Məhəmməd oğlu Alıquliyev — AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
  2. Əmirli (Bərdə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. "Sallı". 2012-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-20.

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024