Ərşad Saleh Haqqinda Melumat - Vikipedia

Ərşad Saleh Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ərşad Saleh (türk. Erşat Salihi) — İraq siyasətçisi, 2011–ci ildən İraq Türkman Cəbhəsi Partiyasının başçısı.

Ərşad Saleh
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kərkük
İraq
Milliyyəti İraq türkmanı
Vətəndaşlığı İraq İraq
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı redaktə

Ərşad Saleh 1959-cu ildə İraqda, Kərkük şəhərinin Musalla məhəlləsində anadan olmuşdur.[1] İlk və orta təhsilini Kərkük şəhərində almışdır.1978-ci ildə Bağdad Universitetinin fizika-riyaziyyat fakültəsini bitimişdir. Orta məktəb illərindən başlayaraq Türkman Milli Hərəkatlarına qoşulan Ərşad Saleh, universitet illərində hərəkatın qabaqcıllarından olmuşdur. Bu fəaliyyətinə görə 1979-cu ildə Türkman Milli Hərəkatına qoşulma (türkçülük) bəhanəsi ilə Baas partiyası tərəfindən həbs edilmiş və 10 il həbs cəzasına məhkum edilmişdir. 9 il Əbu Qureyyib it rib Həbsxanasında xüsusi siyasi dustaqların saxlanıldığı bölmədə məhkum olaraq saxlanılan Ərşad Salehin qardaşı Səddam Hüseyn rejimi tərəfindən edam edilmiş və ailəsi də Kərkükdən İraqın cənubundakı vilayətlərə sürgün edilmişdir.

İraqda rejimin devrilməsindən sonra 2003-cü ildə Kərkükdə İraq Türkman Cəbhəsinin Musalla Bürosu vəzifəsinə gətirilən Ərşad Saleh, 2004-cü ildə İraq Türkman Cəbhəsi Suriya Cəbhəsi nümayəndəsi kimi çıxış etmişdir. Suriyada da 4 il xidmət edən Ərşad Saleh, 2008 - ci ildə İraq Türkman Cəbhəsinin Qurultayı ilə birlikdə Kərkük Vilayət Sədri vəzifəsini aparmağa başlamışdır.

7 mart 2010 - cu ildə İraqda keçirilən seçkilərdə Kərkükdən millət vəkili seçilmişdir və may 2011 - ci ildən etibarən İraq Türkman Cəbhəsinin yeni sədri kimi vəzifəsini davam etdirmişdir.

İstinadlar redaktə

  1. "Erşat Salihi kimdir ?" (türk). Avrupa Türk Gazetesi. 1 yanvar 2015. Archived from the original on 2015-10-20. İstifadə tarixi: 2015-10-20..

Xarici Keçidlər redaktə

  1. "Irak Türkmen Cephesi Başkanı Erşat Salihi'ye Yapılan Saldırının Analizi — Caspian Weekly". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2015.Xəbərin onlayn yayınlanma tarixi: 20 may, 2011–ci il..  (türk.)
  2. "Erşat Salihi — www.biyografi.net". Archived from the original on 2015-09-23. İstifadə tarixi: 3 iyul 2015..  (türk.)
  3. "Irak Türkmen Cephesi Başkanı Erşat Salihi'ye Yapılan Saldırının Analizi — Ortadoğu Stratejik Araştırmalar Merkezi (ORSAM)". Archived from the original on 2016-03-04. İstifadə tarixi: 3 iyul 2015.Xəbərin onlayn yayınlanma tarixi: 16 may, 2011–ci il..  (türk.)
  4. Irak Türkmen Cephesi Başkanı Erşat Salihi'nin açıklaması — Youtube
  5. Tvitter hesabı

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023