Ərəb-İsrail müharibələri Haqqinda Melumat - Vikipedia

Ərəb-İsrail müharibələri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ərəb-İsrail müharibələri

Ərəb-İsrail müharibələriƏrəb Dövlətləri Liqası (əsasən Misir, Suriya, İordaniyaFələstin) ilə İsrail Dövləti arasında bir sıra siyasi gərginlik və hərbi müharibələrdir. Müasir Ərəb-İsrail müharibələrinin kökləri 19-cu əsrin sonlarında yaranan Sionizm və ərəb millətçiliyinə əsaslanır. Pan-ərəb hərəkatı yəhudilər tərəfindən tarixi vətən adlandırılan ərazini Fələstin ərəblərinə məxsus hesab edir və Panislamist kontekstdə bu torpaqların müsəlmanlara məxsus olduğu güman edilir. Fələstinli yəhudilər və ərəblər arasında müharibə; 20-ci əsrin əvvəllərində Nəbi Musa qiyamı (1920) Yaffa qiyamı, 1929-cu ildə Fələstin qiyamı və 1947-ci ildə böyük bir vətəndaş müharibəsinə çevrilən və 1948-ci ildə İsrail Dövlətinin qurulması ilə ərəb üsyanının bütün Ərəb Birliyi ölkələrinə sıçraması ilə meydana çıxdı.

Ərəb-İsrail müharibələri
İsrail və Ərəb Dövlətləri Liqasının üzvləri
İsrail və Ərəb Dövlətləri Liqasının üzvləri
Tarix XX əsrin əvvəlləri
  İsrailə qarşı vuruşdu
Yeri Yaxın Şərq
Münaqişə tərəfləri

Ərəb Dövlətləri Liqası

İsrail
İtkilər

təxminən 46.000 hərbi qulluqçu öldürüldü

təxminən 9000 hərbi qulluqçu öldürüldü

Ümumi itkilər
Hər iki tərəfdə 100 mindən çox ölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1948-ci il müharibəsi redaktə

1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün (Yerusəlim) Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 1948-ci il mayın 14-də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi. Heç 24 saat keçməmiş Misir, İordaniya, Suriya, Livanİraqın orduları ölkəyə hücum edir. 15 ay davam edən döyüşlərdə yenicə təşkil olunmuş, pis silahlanmış İsrail Müdafiə Ordusu (TSAHAL) hücumları dəf edə bilir. Bundan sonra fələstinlilər vətənlərini tərk etməyə məcbur olurlar. 15 may 1948-ci ildə (fələstinlilər bu günü "Nəqbə" adlandırır) vətənlərini tərk edən fələstinlilərin 2 milyonu İordaniyada, 430 mini Livanda, 790 mini Qərbi Şəriyyədə, 1,1 milyonu Qəzzada yaşayır. BMT Təhlükəsizlik Şurasının qərarları bu fələstinlilərin torpaqlarına qeyd-şərtsiz olaraq qayıtmaq haqqını tanıyır. 1949-cu ildə aparılan müzakirələrdə yalnız 100 min fələstinlinin öz torpaqlarına qayıtmaq haqqını tanıyan İsrail rejimi son olaraq ortaya "Yəhudi dövləti" anlayışını atır. Fələstin rəhbərliyi isə "Yəhudi dövləti" anlayışının mühacirlərin geri, öz torpaqlarına qayıtmaq haqqını pozduğunu bildirir. 1949-cu ilin ilk aylarında BMT-nin himayəsi altında İsrail və ona qarşı döyüşən bütün ölkələr (İraqdan başqa) arasında birbaşa danışıqlar oldu, danışıqların gedişində hərbi əməliyyatların dayandırıldığı anda qeydə alınan atəşkəs xətlərinin saxlanılması haqqında razılıq əldə edildi. Nəticədə sahilətrafı düzənlik, Qalileya və bütün Hegev — İsrailin; Yəhudi və Samariya (Qərb Sahil) — İordaniya nın; Qəzzə bölgəsiMisirin ixtiyarına keçdi, Qüds (Yerusəlim) isə elə bölündü ki, Köhnə şəhər də daxil olmaqla onun bütün şərq hissəsi İordaniyaya, qərb hissəsi isə İsrailə verildi. Beləliklə, İsrail 1947-ci il BMT-nin 181 N-li Qətnaməsinə görə ona qalan 56% Fələstin torpağını[1] 78%-ə qədər artırdı.

25 yanvar 1949-ci ildə 120 deputatdan ibarət Kneset (İsrail Parlamenti) öz işinə başlayır. 1949-cu il mayın 11-də İsrail BMT-nin 59-cu üzvü olur. Dövlətin əsasən təşkil edən prinsip — hər bir yəhudinin ölkəyə gəlmək və vətəndaşlıq almaq hüququnu təsdiq edən "səpələnmişlərin toplanması" prinsipi olur. Bu prinsipdən çıxış edərək ilk 4 ayda əsasən Avropa ölkələrindən 50 000 repatriant gəldi. 1951-ci ilin sonunda İsrail 687 000 repatriant qəbul edir (bunlardan 300 000-i ərəb ölkələrindən gələn qaçqınlar idi), bununla da ölkədə yəhudi əhalinin sayı ikiqat artır.[2]

1956-cı il Sinay kampaniyası redaktə

BMT-nin Təhlükəsizlik Şurası nın 01 avqust 1951-ci il qətnaməsinin əksinə olaraq Misir Süveyş kanalını İsrail gəmiləri və İsrailə gələn gəmilər üçün bağlayır; Tiran boğazının mühafizəsi gücləndirildi. Sinay yarımadası tədricən Misirin güclü hərbi bazasına çevrilirdi.

1956-cı ilin oktyabrında Misir, Suriyaİordaniya arasında üçtərəfli hərbi pakt imzalandıqdan sonra İsrail bunu mövcudluğu üçün təhlükə hesab edir. Səkkizgünlük kampaniya gedişində İsrail ordusu Qəzzə bölgəsini və bütün Sinay yarımadasını ələ keçirərək Süveyş kanalından 16 km şərqə tərəf məsafədə dayandı. BMT-nin öz fövqəladə qüvvələrini Misir-İsrail sərhədlərində yerləşdirəcəyi qərarını, habelə Misirin Eylat körfəzində naviqasiyanın azadlığını təmin edəcəyi barədəki təminatını nəzərə alaraq İsrail öz ordusunu mərhələ-mərhələ (1956-cı ilin noyabrından 1957-ci ilin martınadək) çıxarmağa razılıq verdi. Tiran boğazı İsrail donanması üçün açıldı, bu da İsrailə imkan verdi ki, AsiyaŞərqi Afrika ilə ticarət əlaqələrini qaydaya salsın, habelə İran körfəzindən neft idxal edə bilsin.[3]

1967-ci il (Altıgünlük müharibə) redaktə

Misirİordaniya ərazilərindən keçən ərəb terrorçularının basqınları, Şimali Qalileya da kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqələrinin Suriya artilleriyası tərəfindən durmadan atəşə tutulması və qonşu ərəb dövlətlərində iri hərbi bazaların yaradılması təhlükəli vəziyyət yaradırdı. 1967-ci ilin mayında Misir BMT -nin 1957-ci ilən tutduqları mövqeləri tərk etməyə məcbur edərək yenidən Sinay yarımadası na böyük hərbi birləşmələr yeritdi, Tiran boğazı nı blokadaya aldı və İordaniya ilə hərbi ittifaq bağladı. Ərəb orduları bütün cəbhələrdən İsrail sərhədlərinə cəmləşdirildi. Yəhudi Virtual Kitabxanası

1967 5–10 İyun, 6 günlük müharibə 
1967 5–10 İyun, 6 günlük müharibə

5 İyun səhər, 200 İsrail qırıcı, bombardımançı təyyarəsi Misir , İordaniyaSuriya qoşunlarının onun sərhədləri boyu artırılmasından sonra Misir aviabazalarına hücuma keçir. İsrailin göndərdiyi saxta radio siqnallara görə Misirlilər vəziyyətdən xəbərləri olmur. Bir neçə saat ərzində ən böyük və müasir hava qüvvələri məhv edilir.Nəticədə, İsrail ordusu Sinay yarımadası nda və Qəzzə bölgəsi ndə Misir ordusu ilə üzləşir. İsrail BMT -dən İordaniya kralı Hüseyinə müharibədən kənarda qalmaqları mesajını verir.Misir in yalançı müvəffəqiyyətinin xəbərini aldıqdan sonra İordaniya qoşunları Qüds dəki (Yerusəlim) BMT müşahidəçiləri tərəfindən qərargah kimi istifadə edilən Hökumət Palatasını ələ keçirmək üçün hücuma keçir. Onlar həmçinin İsrailin Qüds dəki və Təl-Əviv dəki mövqelərini bombalamağa başlayırlar. Eyni zamanda, kiçik Suriya qüvvələri Şimali İsrail də bitki plantasiyasına hücum edir. İlk saatlarda bir neçə Suriya tankı məhv edilir və Suriya ordu qərargahı Xula vadisi ndəki şəhərləri atəşə tutmağı planlaşdırır. İsrail isə diqqətini İordaniya ya və Suriya Hava Qüvvələri nə yönəldir. Axşama qədər, İordaniya nın kiçik hava qüvvələrinin çoxu, Suriya təyyarələrinin 2/3-si məhv edilir. [1]

1973-cü il müharibəsi redaktə

border=none  Əsas məqalə: Yom Kippur müharibəsi

1973-cü ildə Yəhudilərin müqəddəs günü "Yom Kipur"a təsadüf edən 6 oktyabrda Misir Süveyş kanalından, Suriya isə Qolan yüksəkliklərindən İsrailə hücum etdi. İsrail və Misir əvvəl atəşkəs, sonra isə 1974-cü ildə sülh müqaviləsi imzaladı. Eyni ildə İsrail ilə Suriya arasında da atəşkəs təmin olundu. Bölgəyə BMT-nin sülhməramlıları yerləşdirildi. Bu müharibə nəticəsində İsrail 1979-cu ildə Sinay yarımadasından geri çəkilməyi qəbul edərək Misir ilə Kemp Devid müqaviləsini imzaladı. Bununla da İsrail ilk dəfə olaraq bir ərəb dövləti ilə sülh müqaviləsi bağlamış oldu.

İstinadlar redaktə

  1. Resolution 181: The Partition Resolution of 29 November 1947 Arxivləşdirilib 21 sentyabr 2022 at the Wayback Machine (ing.)
  2. "Yaxın və Orta Şərq ölkələrinin İqtisadi və Sosial coğrafiyası" (PDF). 2017-02-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-01-25.
  3. "İsrail Xarici İşlər Nazirliyi rəsmi saytı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-26.

Saytda 146 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024