Ərəb (Ağdaş) Haqqinda Melumat - Vikipedia

Ərəb (Ağdaş) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

ƏrəbAzərbaycan Respublikasınınnın Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Ərəb
40°40′36″ şm. e. 47°33′16″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ərəb xəritədə
Ərəb
Ərəb

Toponimikası redaktə

Tarixi redaktə

Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi.[2] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi.[3] 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi.[4] 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.

Tarixi abidələri redaktə

Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.

Coğrafiyası və iqlimi redaktə

Kənd Yuxarı Şirvan kanalının sahilində, düzənlik ərazidə, dəniz səviyyəsindən 80 metr yüksəklikdə, Ağdaş rayon mərkəzindən 15 km, Bakıdan 231 km məsafədə yerləşir. Kəndin yaxınlığında Qoşunarx kanalı axır. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.

Əhalisi redaktə

1886-cı il 1979-cu il 1985-ci il 2009-cu il
348 988 1200 1493[5]

İqtisadiyyatı redaktə

Sovet dövründə kəndin yaxınlığında südçülük-əmtəə və qoyun fermaları yerləşirdi, kənddə səkkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi. İndi kənd məktəbi tam orta məktəbə çevrilib.[6]

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-09.
  2. "Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія". 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  3. Население Примерного уезда на 1926 года Arxivləşdirilib 2015-10-18 at Archive.today.
  4. "Административное деление Азербайджанской ССР на 1 января 1977 года" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  5. Azərbaycan əhalisinin ümumi dövlət siyahıya alınması. 2009, Bakı.
  6. "Məktəblər". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.

Həmçinin bax redaktə


Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024