Ərəb atı Haqqinda Melumat - Vikipedia

Ərəb atı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ərəb atı

At növü

Ərəb atı — insan tərəfindən yaradılan çox qədim at cinslərindən biridir. Ərəb atının vətəni Ərəbistan yarımadasıdır.

Ərəb atı
الحِصَانُ العَرَبِيُّ
Ölçüləri hündürlüyü 153,4 sm,
döş qucumu 178,9 sm,
incik qucumunun çevrəsi 19,9 sm
Yaranma tarixi IV—VII əsrlər
Yetişdirildiyi yer Ərəbistan yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cins әrәb atı — әn qәdim minik atı cinslәrindәn biri. 7 әsrdә әrәb istilaları zamanı Ərәbistan y.-a.-nda yetişdirilmiş, Avropaya orta әsrlәrdә gәtirilmişdir. Qiymәtli minik (cins minik atı, Terek atı) vә löhrәm yerişli (Orlov löhrәmi) cinslәrinin yaradılmasında böyük rolu olmuşdur. Çox iri deyil (cidov hünd. 150-160 sm), zәrif skeletli (bilәk qucumu 18-20 sm) vә bәrk әzәlәlidir. Rәngi, әsasәn, kürәn, kәhәr, bozdur. Mәhsuldarlığı yüksәkdir. 3 yaşından müxtәlif at idmanı növlәrindә istifadә edilir. Hәrәkәti gözәldir. Az tәlәbkardır, uzun mәsafәlәrә (100–160 km) qaçışda dözümlüdür. Müasir Ərəb atının cәldliyi 1000 m-dә 1 dәq. 5,4 san, 10.000 m-dә 15 dәq. 25 san-dir. Damazlıq işi sürәtin vә 4 cinsdaxili tipin tәkmillәşmәsinә yönәldilmişdir. Ərəb atı Ümumdünya әrәb atıçılıq tәşkilatına (World Arabian Horse Orqanization) daxil olan 70 ölkәdә yetişdirilir. Bәzi ölkәlәrdә başqa minik atları cinslәrinin (Budyonnı atı, Don atı vә digәr) keyfiyyәtinin yaxşılaşdırılmasında Ərəb atından istifadә olunur.

AsiyaAvropada müxtəlif at cinslərinin yaradılmasında Ərəb atının çox böyük rolu vardır. Xüsusən Orlov at cinsinin yaradılmasında xüsusi rolu olmuşdur. Çox təsadüf edilən rəngi boz, kəhər və qızılı-parlaq kürəndir. Ərəb atı orta boylu, enli və dərin gövdəli, quru ətraflara malik bir atdır. Ərəb atı yüksək iş qabiliyyətinə malikdir. Təmizqanli minik atı yaradılana qədər, o sürətinə görə dünyada birinci yeri tuturdu. Hazıra isə qısa məsafələrdə ikinci yer tutduğu halda, uzaq məsafələrdə yenə də birinciliyi özündə saxlayır.

Tarixi redaktə

Qədim tarixi kitablarda Ərəb atının bizim eradan 1500 il əvvəl Ərəbistan yarımadasında yaradılması qeyd edilir.

Xüsusiyyəti redaktə

  • Ərəb atı gözəl xarici görünüşə malikdir. Onun əsas xüsusiyyətləri belədir:
  • başı kiçik;
  • alnı enli;
  • profili düz və ya bir qədər batıq;
  • gözləri iri və hərəkətli;
  • burun dəlikləri enli;
  • boynu orta uzunluqda və enli;
  • cidovu orta;
  • ayaqları nazik;
  • dalı düz;
  • beli enli, gödək;
  • sağrısı enli, azca maili;
  • qabaq ətrafı düzgün duruşlu;
  • dal ətrafı bəzən azca qılıncvari;
  • dırnağı kiçik və möhkəm;
  • dərisi nazik, tükləri incə və parlaqdır.

Cidov hündürlüyü ayğırlarda 150,8 sm, madyanlarda isə 148,9 sm-ə bərabərdir. Rekordçular iki yaşında 1200 metr məsafəni 1 dəqiqə 18 saniyəyə qət etmiĢdir. 3 yaşında isə 200 metr məsafəni 3dəqiqə 52 saniyəyə qət etmiĢdir. Ən yaxĢı sürəti 1600 metr məsafəyə 1 dəq. 50 san. (Skala), 300 metrə isə 3 dəq. 29,4 san-dir (Sputnik).Uzaq məsafəli yürüĢlərdə ərəb atı yüksək iĢ qabiliyyətli və davamlıdır. Bu atlar 644 km. məsafəni 5 sutkaya getmişdir.

Azərbaycanda dilboz atı cinsinin yaradılmasında Ərəb at cinsinin ayğırlarından istifadə olunmuşdur.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023