Ər-Rahmən Haqqinda Melumat - Vikipedia

Ər-Rahmən Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ər-rahim (ər. الرحمن) — Allahın adlarından biri.

Rəhman dünyada yaxşı da olsa, pis də olsa, aralarında fərq qoymadan nemətini bütün bəndələrinə verən, hamısına qarşı sonsuz mərhəmətini göstərən anlamına gəlir. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhman adı daha çox bu dünya ilə bağlıdır.

Rəhman - mömin ya, kafir olsun bütün insanlara Allahın mərhəmət göstərməsi deməkdir.

Rəhman ismi Qurani-Kərimdə 57 dəfə təkrarlanmışdır.

"İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur.[1]

Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: “Bismilləhir-rəhmanir-rəhim”.

Rəhman Allahın həm ismi, həm də sifətidir. Buna görə də Rəhman adı Allahdan başqasına verilə bilməz. Bu ad insanlara verilərkən, mütləq qarşısına “əbdül” sözü əlavə edilməlidir. Bu - Əbdürrəhman “Rəhmanın qulu” mənasını verir və dini prinsiplərə zidd deyildir.

Mənbə redaktə

  • Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.

İstinadlar redaktə


Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024