Ərbilə raket hücumu (2021) Haqqinda Melumat - Vikipedia

Ərbilə raket hücumu (2021) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ərbilə raket hücumu (2021)

İraqın Kürdüstan bölgəsindəki Ərbil şəhərinə raket hücumları

Ərbilə raket hücumu — 15 fevral 2021-ci il tarixində İraqın Kürdüstan Regionunun paytaxtı olan Ərbil şəhərinə çox sayda raketin atılması. Yerli vaxtla 21:30 radələrində şəhərin cənubundakı bir ərazidən təxminən on dörd raket atılmışdır. Raketlərdən üçü birbaşa Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən və ABŞ-nin rəhbərliyindəki koalisiya bazasına düşmüşdür. Digər raketlər hava limanına yaxın yaşayış sahələrini və mülki obyektləri vurmuşdur. Hücumda bir mülki podratçı həlak olmuş, bir amerikalı hərbi qulluqçu da daxil olmaqla səkkiz nəfər yaralanmışdır.

Ərbilə raket hücumu
Kürdüstan Regionunun İraq xəritəsindəki yeri.
Kürdüstan Regionunun İraq xəritəsindəki yeri.
Ümumi məlumatlar
Yeri Ərbil, Kürdüstan Regionu, İraq
Hücumun hədəfi Birgə Əməliyyat Qrupu – Sarsılmaz Qətiyyət əməliyyatı
Tarix
Hücum metodu Raket hücumu
Silah(lar) Döyüş raketi
Ölü sayı 1
Yaralı sayı 8
Törədən(lər) Saraya Avliya Əl-Dam
Şübhəli(lər) İran

Təcavüzkarların kimliyi əvvəlcə məlum deyildi. Buna görə də İraq və Amerika səlahiyyətliləri hücumlara görə məsuliyyət daşıyanları müəyyənləşdirmək üçün istintaq başlatmışdır. Saraya Avliya Əl-Dam adlı bir az tanınan şiə silahlı qruplaşması daha sonra hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdür. Buna baxmayaraq, bir neçə iraqlı və kürd səlahiyyətlisi, o cümlədən Qərb analitikləri hücumun arxasında İranı və İranın dəstəklədiyi milislərin olduğunu iddia etmişdir. ABŞ və İran arasındakı gərginlik İranın Qüds qüvvələrinin yüksək rütbəli komandiri olan Qasım Süleymaninin 2020-ci ilin yanvarında öldürülməsindən bəri yüksək səviyyədə olmuşdur. Lakin İran səlahiyyətliləri hücumlarda iştirak etmələri haqqında olan iddiaları təkzib etmiş və qınamışdır.

Hücum ABŞ-nin İraqdakı hərbi koalisiyasına son bir ildə edilən ən pis və ölümcül hücum olmuş, 2020-ci ilin sonlarından bəri ölkədə Qərb hərbi və ya diplomatik qurğularının hədəf alındığı ilk insidentə çevrilmişdir. Hücum Bayden administrasiyasının 2021-ci ilin yanvarında hakimiyyətə gəlməsindən bəri ABŞ-nin rəhbərlik etdiyi koalisiyaya qarşı ən ciddi hücum idi və eskalasiya qorxusu yaratmışdır. Hücumdan sonra NATO İraqdakı qüvvələrinin sayını 500-dən 4.000 nəfərə qədər artıracağını açıqlamışdır.

Zəmin redaktə

Raket hücumları İraqın muxtar Kürdüstan Regionunun paytaxtı olan Ərbil şəhərində baş vermişdir. 2003-cü ildə Amerikanın İraqı işğal etməsindən bəri şəhər ümumiyyətlə İraqın digər bölgələrində olduğu kimi zorakılığa məruz qalmamışdır.[1]

ABŞİran münasibətləri 2020-ci ilin yanvarında, Fars körfəzi böhranı zamanı İran generalı və Qüds qüvvələrinin komandiri Qasım Süleymani, habelə İranın dəstəklədiyi Qətaib Hizbullah milislərinin komandiri Əbu Mehdi Mühəndisinin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ PUA-sının zərbəsi ilə öldürülməsindən sonra kəskin səviyyədə gərginləşmişdir.[2] Tramp administrasiyası Süleymanini "yaxınlaşan təhlükə" adlandıraraq onun sui-qəsdinə haqq qazandırmış,[3][4] İran səlahiyyətliləri isə bunu "dövlət terrorizmi" adlandırmışdır.[5] İranın Ali Rəhbəri Əli Xamenei ABŞ-dən "kəskin intiqam alacağına" söz vermiş,[6] İran Prezidenti Həsən Ruhani də İranın "intiqam alacağını" söyləmişdir.[7] Bir neçə gün sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu İraqda yerləşən ABŞ hava bazalarına ballistik raketlərlə hücum edərək Şəhid Süleymani əməliyyatına start vermişdir.[8] Əməliyyat zamanı heç bir ABŞ hərbçisi öldürülməmişdir, lakin daha sonra 110 hərbçiyə beyin travması diaqnozu qoyulmuşdur.[9]

Xamenei 2020-ci ilin dekabrında Süleymani üçün yenidən intiqam sözü vermişdir[10] və 2021-ci ilin yanvarında Bağdad şəhərində Amerika əleyhinə etirazlar baş tutmuşdur.[2] Amerika hökuməti İraq və Suriyada İŞİD-lə mübarizə aparan, ABŞ-nin rəhbərlik etdiyi Birgə Əməliyyat Qrupu – Sarsılmaz Qətiyyət əməliyyatında (CJTF – OIR)[11][12] iştirak edən qüvvələrinin sayını 2500-ə qədər azaltmışdır,[13] hansı ki, əksəriyyəti Ərbil Beynəlxalq Hava Limanı yaxınlığındakı hərbi kompleksdə cəmləşmişdir.[14]

2019-cu ildən bəri Qərb hərbi və diplomatik sahələri, o cümlədən şəxsi heyəti Katyuşalar, yol kənarındakı partlayıcı maddələr və bəzən birbaşa atəşlə hücum hədəfinə çevrilmişdir. Raket hücumları ABŞ səfirliyi də daxil olmaqla Amerikanın Bağdaddakı varlığını və ABŞ-nin rəhbərlik etdiyi koalisiya üçün materiallar daşıyan konvoyları tez-tez hədəf alırdı. Amerika hökuməti hücumlarda İran tərəfdarı hərbiləşdirilmiş qüvvələri günahlandırmışdır. Buna baxmayaraq, Ərbil Beynəlxalq Hava Limanını və ya Kürdüstan Regional Rəhbərliyini hədəf alan hücumlar son dərəcə nadir idi;[15][16][17] 2021-ci ilin fevral ayında mülki hava limanına edilən hücum bölgəyə 2020-ci ilin sentyabrından bəri vurulan ilk zərbə idi.[12]

Hücum redaktə

 
Keçmiş ABŞ vitse-prezidenti Mayk Pens hava limanı yaxınlıqlarında yerləşən ABŞ aviabazasında. 2019-cu il.

15 fevral 2021-ci il tarixində, yerli vaxtla 21:30 radələrində,[18] Kərkük mühafəzəsi ilə olan sərhəd yaxınlığında, Ərbil şəhərinin cənubundakı bir ərazidən[19] on dörd dənə 107 millimetrlik raket atılmışdır.[1] Onlardan üçü hava limanının ABŞ və tərəfdaş koalisiya qüvvələrinin yerləşdiyi hissəsini vurmuşdur.[1] Buna baxmayaraq, digər raketlər şəhərin bütün şimal-qərb sektorunu vuraraq obyektin yaxınlığındakı mülki ərazilərə zərbə yetirmişdir.[17] Yerli kürd xəbər agentliyi "Rudaw" iki raketin yaşayış bölgəsinə düşdüyünü və bir raketin heyvan bazarını vurduğunu bildirmişdir. Şəhərdəki Çin konsulluğunun da zərər gördüyü xəbəri yayılmışdır.[20] Ərbildə dərhal sirenlər səsləndirilmiş və bir neçə nəfər xəstəxanaya yerləşdirilmişdir.[21] Hava limanı bağlanmış və uçuşlar təhlükəsizlik məsələləri ilə əlaqədar dayandırılmışdır.[14] Kürd səlahiyyətliləri Ərbil sakinlərini hədəf alınan ərazilərdən uzaq durmağı və mümkünsə evdə qalmağı tövsiyə etmişdir.[16] Hücum nəticəsində avtomobillərə və digər əmlaka da maddi ziyan dəymişdir.[15]

Koalisiya və İraq səlahiyyətliləri bir mülki podratçının həlak olduğunu[21] və hücum nəticəsində sarsıntı keçirən ABŞ hərbçisi də daxil olmaqla[22] səkkiz nəfərin yaralandığını bildirmişdir.[19]

Məsuliyyət redaktə

Təcavüzkarların kimliyi ilk növbədə məlum deyildi[21] və heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməmişdi.[23] İraq təhlükəsizlik səlahiyyətliləri hücumun mənbəyini müəyyənləşdirmək üçün eyni gündə istintaq başlatmış,[15] ABŞ səlahiyyətliləri isə Amerikanın İraq müstəntiqləri ilə məsul olanları məsuliyyətə cəlb etmək üçün birgə çalışacağını bildirmişdir.[21]

Saraya Avliya Əl-Dam (ərəbcə mənası – Qan Qəyyumları briqadası) adlanan az bilinən şiə silahlı qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürmüş,[24] lakin hadisədəki roluna dair dəlillər təqdim etməmişdir.[25] Bəzi iraqlı səlahiyyətlilərin dediklərinə görə, İranla əlaqəsi olan[22] qruplaşma "Amerika işğalı"na qarşı çıxdığını və ABŞ qüvvələrinə qarşı daha çox hücum həyata keçirəcəyini bəyan etmişdir. Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun İraq və İran üzrə mütəxəssisi Maykl Naytsa görə, hücumun arxasında çox güman ki, İranın dəstəklədiyi Əsayib Əhl əl-Haqq milisləri dayanırdı.[16] 16 fevralda İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə İranın "İraqın təhlükəsizliyinə zərər verən hər hansı bir hərəkətə" qarşı çıxdığını bildirmiş və bəzi İraq səlahiyyətlilərinin Saraya Avliya Əl-Dam ilə əlaqəsi olduğu barədə səsləndirdikləri iddiaları təkzib təkzib etmiş, "[hücumu] İrana aid etmək cəhdlərini" qınamışdır.[14]

Kürdüstan Demokratik Partiyasının sözçüsü Mahmud Məhəmməd hücumlara görə İraqın Xalq Səfərbərlik Qüvvələri (XSQ) ilə əlaqəli bir qrup döyüşçünün məsuliyyət daşıdığını irəli sürmüşdür. Bunu XSQ-nin Şimal Cəbhəsinin ictimai əlaqələr üzrə rəhbəri Seyid Əli Hüseyni təkzib etmişdir.[17]

Nəticə redaktə

Hücum İraqda ABŞ-nin rəhbərlik etdiyi hərbi koalisiyaya son bir ildə edilən ən pis və ölümcül hücum olmuşdur. Bu, 2020-ci ilin axırlarından bəri İraqda Qərb hərbi və ya diplomatik obyektlərinin hədəf alındığı ilk insident idi.[14][22] Bayden rəhbərliyi hakimiyyətə gəldikdən bəri koalisiyaya vurulan ən ciddi zərbə olan bu hücum[17] həm də eskalasiya qorxusuna gətirib çıxarmış[18] və Baydenin İran siyasətinin ilk ciddi sınağı olaraq qəbul edilmişdir.[16] Vaşinqtonda yerləşən Nyulayns Strateji və Siyasət İnstitutunun baş analitiki Karolin Rouza görə, hücum həm Bayden rəhbərliyinə, həm də İraq federal hökumətinə qorxulu bir mesaj idi.[17] Orta Şərq Hesabat və Analiz Mərkəzinin icraçı direktoru Conatan Spayrın sözlərinə görə, hücum İranın təzəlikcə hakimiyyətə gələn Bayden rəhbərliyinə bir mesajı idi.[26]

17 fevralda Bağdaddakı Yaşıl Bölgədə yerləşən ABŞ səfirliyi öz hava hücumundan müdafiə sistemini işə salmış və ərazidə kəşfiyyat helikopterlərini uçurmuşdur. Bu qərarın səbəbi açıqlanmamışdır.[27]

Ertəsi gün NATO İraq hökumətinin tələbi ilə İraqdakı təhlükəsizlik təlim missiyasını genişləndirəcəyini və qüvvələrinin sayını 500-dən 4.000 nəfərə qədər artıracağını açıqlamışdır.[28]

Reaksiyalar redaktə

İraq Baş naziri Mustafa əl-Qədimi hücumla əlaqədar istintaqın aparılmasına çağırış etmiş, İraq prezidenti Bərham Saleh isə bu hücumu "ağır bir eskalasiya" adlandırmış və bunun "İraq xalqının təhlükəsizliyini qorumaq üçün səyləri alt-üst etdiyini" söyləmişdir.[21] İraq hərbi sözçüsü Yəhya Rəsul İraqın "xal hesablama arenası olmasını qəbul etməyəcəyini" bildirdi.[29] Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani hücumu qınamışdır. ABŞ Dövlət Katibi Entoni Blinken "qəzəbli olduğunu" bildirmiş və zərərçəkənlərə başsağlığı vermişdir. Həmçinin, Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-nin hücuma görə "qəzəbləndiyini" bildirmişdir.[14] ABŞ Müdafiə Katibi Lloyd Ostin də hücumu qınamış,[22] ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə hücumların arxasında duranlar üçün nəticələrin olacağını vurğulamışdır.[30]

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 Peterson, Nolan. "American injured after shiiter militants launch rocket attack at Iraqi base". Coffee or Die (ingilis). Black Rifle Coffee Company. 15 February 2021. 6 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  2. 2,0 2,1 Talmazan, Yuliya. "U.S., Iran tensions simmer as thousands protest Soleimani's killing in Iraq". NBC News (ingilis). 3 yanvar 2021. 2021-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  3. Stepansky, Joseph. "Timeline of Trump's shifting justifications for Soleimani killing". Al Jazeera (ingilis). 19 fevral 2021. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  4. Dickinson, Tim. "No Imminent Threat from Iran: Official Justification for Killing Soleimani Doesn't Back Trump Claims". Rolling Stone (ingilis). 18 fevral 2020. 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  5. "Iran slams Soleimani assassination as 'act of state terrorism'". Tehran Times (ingilis). 10 iyul 2020. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  6. Pickrell, Ryan. "Iran's supreme leader warns a 'harsh retaliation is waiting' for the US, after an American airstrike killed top Iranian general Qassem Soleimani". Business Insider (ingilis). 3 yanvar 2021. 2020-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  7. "Will Take "Revenge" Against US For Commander's Killing: Iran President". Agence France-Presse (ingilis). 3 yanvar 2021. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021 – NDTV vasitəsilə.
  8. Martinez, Luis; McLaughlin, Elizabeth. "Iran launches missiles at US military facilities in Iraq, Pentagon confirms". ABC News (ingilis). 8 yanvar 2020. 2020-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  9. "Number of US troops wounded in Iran attack now at 110: Pentagon". Agence France-Presse (ingilis). 22 fevral 2020. 2020-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021France 24 vasitəsilə.
  10. Motamedi, Maziar. "Khamenei renews revenge vow as Soleimani death anniversary nears". Al Jazeera (ingilis). 16 dekabr 2020. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  11. Trevithick, Joseph. "Contractor For U.S.-Led Coalition Dead, U.S. Serviceperson Injured After Rocket Attack In Iraq (Updated)". The Drive (ingilis). 15 fevral 2021. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  12. 12,0 12,1 Gencturk, Ahmet. "Coalition forces announce casualties in attack on Erbil airport". Anadolu Agentliyi (ingilis). 16 fevral 2021. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  13. "US Cuts Troops in Iraq to 2,500". Amerikanın səsi (ingilis). 15 yanvar 2021. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  14. 14,0 14,1 14,2 14,3 14,4 "Iraqi armed group vows more attacks on 'American occupation'". Al Jazeera (ingilis). 15 fevral 2021. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  15. 15,0 15,1 15,2 "Mortars land near Erbil airport, Iraqi Kurdish security sources say". Al Arabiya (ingilis). February 2021. 15 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  16. 16,0 16,1 16,2 16,3 McKernan, Bethan; Borger, Julian. "Rocket attack on US airbase in Iraq kills civilian contractor". The Guardian (ingilis). 16 fevral 2021. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  17. 17,0 17,1 17,2 17,3 17,4 Taib Menmy, Dana. "'Wake up call': Deadly Iraq rocket attack puts pressure on US". Al Jazeera (ingilis). 17 fevral 2021. 2021-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  18. 18,0 18,1 Abdul-Zahra, Qassim. "1 Killed, 8 Wounded in Rocket Attack on U.S. Base in Iraq". Time (ingilis). 15 February 2021. 19 February 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  19. 19,0 19,1 Abdul-Zahra, Qassim. "Rockets strike near US base in Iraq, killing 1, wounding 8". The Washington Post (ingilis). 15 February 2021. 19 February 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  20. "Multiple rockets fired at Erbil". Rudaw Media Network (ingilis). 15 February 2021. 19 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  21. 21,0 21,1 21,2 21,3 21,4 Fordham, Alice. "Rockets Kill Civilian Contractor, Injure U.S. Service Member, Others In Erbil, Iraq". National Public Radio (ingilis). 15 February 2021. 1 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  22. 22,0 22,1 22,2 22,3 Davison, John; Rasheed, Ahmed. "U.S. Forces in Iraq Hit by Rockets, Contractor Killed". U.S. News & World Report (ingilis). 15 fevral 2021. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  23. "Rockets Hit US Base In Iraq: 1 Killed, 8 Injured". Businessworld (ingilis). 16 fevral 2021. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  24. "US-led coalition: No Americans killed in Iraq rocket attack". Hindustan Times (ingilis). 16 fevral 2021. 2021-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  25. Gaouette, Nicole; Starr, Barbara; Liptak, Kevin. "US expresses outrage over Erbil rocket attack as investigation gets underway". CNN (ingilis). 17 fevral 2021. 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  26. Spyer, Jonathan. "Erbil Attacks Part of Iran's 'Opening Overture' To Biden". Newsweek (ingilis). 18 fevral 2021. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  27. "US Embassy in Erbil Activates Defense System". Asharq Al-Awsat (ingilis). 18 fevral 2021. 2021-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  28. Macias, Amanda. "NATO announces expanded mission in Iraq on the heels of deadly rocket attack". CNBC (ingilis). 18 fevral 2021. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  29. Jawad, Ali; Barakat, Bassel. "Iraq says airport attack carried out from inside Erbil". Anadolu Agentliyi (ingilis). 17 fevral 2021. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  30. Günerigök, Servet. "US vows consequences for perpetrators of Erbil attack". Anadolu Agentliyi (ingilis). 18 fevral 2021. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.

Saytda 168 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024