Ərdəşir mirzə Qovanlı-Qacar Haqqinda Melumat - Vikipedia

Ərdəşir mirzə Qovanlı-Qacar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ərdəşir mirzə Qovanlı-Qacar

Ərdəşir mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1807-1866) — Qacar şahzadəsi, vali.

Ərdəşir mirzə Qovanlı-Qacar
Ərdəşir mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar
Doğum tarixi
Doğum yeri Təbriz, Qacarlar dövləti
Vəfat tarixi
Vəfat yeri Tehran, Qacarlar dövləti
Vətəndaşlığı Qacarlar dövləti
Atası Abbas mirzə
Fəaliyyəti qubernator
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Abbas mirzənin dоqquzuncu оğlu Ərdəşir mirzə 1809-cu ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Rüknəddövlə ləqəbini daşıyırdı.

Ərdəşir mirzə Bəstam vilayətinin hakimi olmuşdu. Babası Fətəli şahın fərmanı ilə Qorqan vilayətinə dəyişilmişdi.

Ərdəşir mirzə Məhəmməd şahın əmri ilə türkmənlərə qarşı döyüşmüşdü. Herat səfərində iştirak etmişdi. Tehrana dönmüş, sonra Mazandaran əyalətinə təyin olunmuşdu.

Ərdəşir mirzə 1846-cı ildə Lurestanın, sonra Xuzestanın valisi təyin edilmişdi. 1850-ci ildə yenidən Mazandaran əyalətinə göndərilmişdi. 1853-cü ildə Tehrana yeni təyinatla bağlı dönmüşdü.

Ərdəşir mirzə 1856-ci ildən Cənubi Azərbaycanın valisi vəzifəsində çalışmışdı. 1859-cu ildə Gilan əyalətinə vali təyin edilmişdi.

Ərdəşir mirzə Qovanlı-Qacar 1866-cı ildə vəfat edib.

Mənbə redaktə

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024