Əsəd bəy Əmirov Haqqinda Melumat - Vikipedia

Əsəd bəy Əmirov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əsəd bəy Əmirov

Əsəd bəy Əmirov (1889, Şuşa1939, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin[2] və Parlamentdəki İttihad fraksiyasının üzvü, Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü.

Əsəd bəy Əmirov
24 aprel 1919[1] – 27 aprel 1920
Fraksiyaİttihad
22 sentyabr 1918 – 27 aprel 1920
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Şəxsi məlumatlar
Doğum tarixi 1889
Doğum yeri
Vəfat tarixi 1939
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı redaktə

Əsəd bəy Əmirov 1887-ci ildə Bakıda anadan olub. 1909-cu ildə Bakıda III Aleksandr kişi gimnaziyasını, 1916-cı ildə isə Petroqrad Universitetini bitirib. Əsəd bəy 1939-cu ildə vəfat edib.

Siyasi fəaliyyəti redaktə

Əsəd bəy Əmirov 24 aprel 1919-cu il tarixində Bakı Şəhər İdarəsi tərəfindən İttihad Partiyası üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Parlamentdə Əsəd bəy İttihad fraksiyasının üzvü olmuşdur.[3]

Həmçinin Əsəd bəy Bakı Şəhər İctimai Özünüidarəsinin fəaliyyəti bərpa edilərkən Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsi üçün semilən 46 yeni üzvdən biri olaraq seçilmişdir.[4]

Partiya fəaliyyəti redaktə

Əsəd bəy Əmirov İttihad Partiyasının üzvü olmuşdur. 1919-cu ilin aprel ayının 10-da İttihad Patyiyasının I qurultayı keçirilmişdir. Bakı Şəhər İdarəsinin binasında keçirilən qurultaya 300 qurultay nümayəndəsi çağrılmışdı. Qurultayda Əsəd bəy Əmirov İttihad Partiyasının 22 nəfərdən ibarət Mərkəzi Komitəsinə üzv seçilmişdir.

1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında İttihad Partiyasının II Qurultayı keçirildi. Qurultayda ümumilikdə 1000 qurultay nümayəndəsi iştirak etmişdir. 4 gün davam edən qurultayda Əsəd bəy Əmirov parlament üzvü olduğu üçün birbaşa Mərkəzi Komitənin üzvü seçilmişdir.

Mənbə redaktə

  • Əhməd Seyidov. "Qori Seminariyası və onun məzunları". Maarif nəşriyat, Bakı, 1988.
  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
  • Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
  • Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997.

İstinadlar redaktə

  1. "Cümhuriyyət tələbələri II fəsil". 16 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015. 9-12 may.
  2. "Maraqlı Məlumatlar". 2019-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.
  3. "Parlament və onun tərkibi". 16 January 2019 tarixində arxivləşdirilib.
  4. Qanunverici aktlar, 1998. səh. 677

Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024