Əsəd bəy Vəzir Haqqinda Melumat - Vikipedia

Əsəd bəy Vəzir Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əsəd bəy Vəzir

Əsəd bəy Qasım bəy oğlu Vəzirov — şair, həkim, Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu.

Əsəd bəy Vəzir
Əsəd bəy Qasım bəy oğlu Vəzirov
Doğum tarixi
Doğum yeri Mirzəcamallı obası, Hacılı camaatı, Cavanşir-Dizaq mahalı, Qarabağ, Gürcüstan quberniyası
Vəfat tarixi
Həyat yoldaşı Tutu xanım
Uşaqları Səməd bəy Vəzirov, Bəhram bəy Fədai, İsfəndiyar bəy Vəzirov, Baxış bəy Səbur
Fəaliyyəti şair

Həyatı redaktə

Əsəd bəy Qasım bəy oğlu 1824-cü ildə Cavanşir-Dizaq mahalının Hacılı camaatına bağlı Mirzəcamallı obasında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Bir neçə dil bilirdi. Mülkədar olmaqla yanaşı həkimliklə məşğul idi. Yayı Şuşa şəhərində, qışı doğma kəndlərində keçirirdi. "Dizaq şairləri" məclisinin üzvü idi. Dostu Mir Mehdi Xəzani ilə bədiyələşərdi. Xəzani qoşqularının birində ona yazırdı:

Demə xəlqə mən əsrdə loğmanam,
Həm bəyəm, təbibəm, çox ali şanam.
İki versə on beş manat almanam,
On altının mənə nə layiqi var.

Məhəmməd ağa Müctəhidzadə "Riyazün-aşiqin" adlı əsərində ondan hərtərəfli bəhs edib. Mir Möhsün Nəvvab isə onu tanımadığını yazıb. Sonra qeyd edib ki, bəs Bəhram bəy Fədai dedi: "mənim atamdır". Əsəd bəy Aşıq Pəri Maralyanlı ilə deyişib.

Əsəd bəy 1873-cü ildə vəfat edib.

Əsəd bəy Qasım bəy Zakirin nəvəsi ilə, Əli bəy Fuladovun qızı Tutu xanımla yaşam qurmuşdu. Səməd bəy, Bəhram bəy, İsfəndiyar bəy, Baxış bəy adlı oğulları, Şirin xanım adlı qızı vardı.

Yaradıcılığı redaktə

O gündən ki, didarini görmüşəm,
Həsrətindən yanar cismü can, Pəri.
Dolanar başıma səri-zülfündə,
Könül mürğü tutub aşiyan, Pəri.

İştiyaqın çəkər neçə kimsənə,
Amma heç birisi bənzəməs mənə.
Canü dildən mütaləyəm mən sənə,
İnanmırsan, eylə imtahan, Pəri.

Gəl gör fəraqində mən natəvanam,
Əfsürdə xatırəm, şikəstə canəm,
Əsəd deyər, sənə bəndəfərmanəm,
Sənsən mənə soltan, Pəri, xan Pəri.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu. Hacılılar. "Soy" dərgisinin özəl nəşri, Bakı, 2004.

Həmçinin bax redaktə


Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024