Əsgər İsayev Haqqinda Melumat - Vikipedia

Əsgər İsayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əsgər İsayev

professor

Əsgər Mustafa oğlu İsayev (20 dekabr 1935, Saral, Böyük Qarakilsə rayonu11 iyun 2021) — texniki elmlər doktoru (1983), professor (1984), Azərbaycan Respublikasının Əməkdar müəllimi (2006).

Əsgər İsayev
Doğum tarixi 20 dekabr 1935(1935-12-20)
Doğum yeri
Vəfat tarixi 11 iyun 2021(2021-06-11) (85 yaşında)
Dəfn yeri
İş yerləri
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi Azərbaycan Respublikasının əməkdar müəllimi

Həyatı redaktə

Əsgər İsayev 1935-ci ilin dekabrın 20-də Saral kəndində anadan olmuşdur. 1942-ci ildə Saral kəndində orta məktəbin birinci sinfinə getmiş və 1952-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.

O, 1952-ci Azərbaycan Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş və 1957-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir.

Ə.M.İsayev 1957–1959-cu illərdə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda konstruktor vəzifəsində işləmişdir. 1959-cu ilin aprel ayından 1975-ci ilə qədər öz əmək fəaliyyətini institutun elmi-tədqiqat şöbəsində kiçik elmi işçi, 1961-ci ilin sentyabrından həmin institutun "İnşaat konstruksiyaları" sonra isə "Dəmir-beton konstruksiyaları" kafedralarında baş müəllim vəzifəsində çalışmışdır.

1964-cü ildə materiallar müqaviməti ixtisası üzrə texniki elmlər namizədi elmi dərəcəsi adını almışdır. 23 sentyabr 1983-cü ildə Moskva şəhərində Moskva İnşaat Mühəndisləri İnstitutunda elmi işini müvəffəqiyyətlə müdafiə edərək "deformasiya olunan bərk cisimlər mexanikası" üzrə texniki elmlər doktoru elmi dərəcəsini almışdır.

Onun bütün elmi fəaliyyətləri nəzəri mexanika, materiallar müqaviməti, inşaat mexanikası və tətbiqi mexanika elmlərinin müxtəlif hissələrinə həsr olunmuşdur.

İsayev Əsgər 1 fevral 1967-ci ildə dosent, 27 aprel 1984-cü ildə isə "İnşaat mexanikası" kafedrası üzrə professor elmi adlarını almışdır.

Professor Ə.M.İsayev 1976-cı ilin oktyabr ayından "İnşaat mexanikası" və "Nəzəri mexanika" kafedraları birləşənə qədər – 07.11.2012-ci ilə qədər "İnşaat mexanikası" kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Professor Ə.M.İsayevin elmi rəhbərliyi altında 23-dən çox aspirant müdafiə etmiş və onların bir hissəsi hal-hazırda İran İslam Respublikasında, Türkiyədə, İzraildə, Suriyada, Sudanda, Tunis Ərəb Respublikasında və Almaniyada müvəffəqiyyətlə öz ixtisasları üzrə çalışırlar.

1993-cü ildən 2000-ci ilə qədər Azərbaycan İnşaat Mühəndisləri Universitetində elm və texnika üzrə prorektor vəzifəsində çalışıb.

Ə.M.İsayev 1985-ci ildən başlayaraq müxtəlif illərdə respublikanın texniki ali məktəblərinin Müdafiə Şuralarında üzv, sədv müavini, sədr, Ali Attestasiya Komitəsində ekspert şurasının üzvü və apponent olmuşdur.

Professor Ə.M. İsayev işlədiyi müddətdə tədrisi istehsalatla əlaqələndirmənin tərəfdarı olmuşdur. O, bu dövr ərzində Respublika Dövlət Sənaye, Kolxozlar Arası, Aqrar sənaye Layihə, Neft-Qaz, Metrolayihə və s. institutlarda pedaqoji fəaliyyətinə paralel olaraq konstruktor vəzifəsində işləmişdir. Eyni zamanda respublikanın müxtəlif şəhərlərində tarixi abidələrin bərpasında konstruktor kimi çalışmışdır.

Bakı Baş Tikinti İdarəsinin mərkəzi laboratoriyasının baş mühəndisi, 1 nömrəli Evtikmə Kombinatının xüsusi konstruktor bürosunda müxtəlif vəzifələrdə işləmişdir.

Professor Əsgər İsayev işlədiyi müddətdə Bakı metrosunda, SSRİ-nin Dəqiq Cihazlar Sənayesinin müxtəlif obyektlərində, Ukraynanın Qara Dəniz Birliyində təsərrüfat hesablı elmi-tədqiqat işləri aparmış, Odessa Gəmiçilik İnstitutunun Bakı filialında, "Təfəkkür" Universitetində müxtəlif illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Professor Əsgər İsayevin 125-dən çox elmi məqalələri var, "daş konstruksiyalarına" və "inşaat mexanikasına" aid 3 dərslik, 20-dən çox elmi-metodiki göstəriş çap etdirib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi "Nəzəri və tətbiqi mexanika" jurnalının baş redaktoru, ASSR-inin Təhsil Nazirliyinin VEM şurasının "İnşaat" və "Mexanika" bölməsinin üzvü, AzMİU-nun metod şurasının və Tikintİ-İqtisad fakültəsinin elmi və metodiki şuralarının üzvüdür.

Professor Ə.M.İsayev tələbəlik illərindən başlayaraq indiki dövrə qədər bütün fəaliyyətini tikinti sahəsinin praktikasına, təhsilinə, elminə və bu sahənin bütün mərhələsində kadr hazırlığına həsr etmişdir.

Professor Ə.M.İsayevin yetişdirdiyi inşaatçı kadrlar bu gün keçmiş SSRİ ərazisində, Amerika qitəsində və yaxın Şərq ölkələrində uğurla işləyirlər.

Ə.M.İsayev 12 iyun 2021-ci ildə Bakıda vəfat etmişdir.

Təltifləri redaktə

O, 2006-cı ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar müəllim Fəxri adı almışdır.

İstinadlar redaktə

Ən Son Axtarılanlar

Fayl:Proceedings_of_the_North_Carolina_Dtrtal_Society_(serial)_(IA_proceedingsofnor601934nor).pdf Fayl:Flag_of_Villena.PNG Fayl:A_manual_of_palaeontology_for_the_use_of_studruts_with_a_grueral_inruoduction_on_the_principles Fayl:History_of_the_Irish_rebellion_in_1798-_with_memoirs_of_the_union,_and_Emmett's_insurrection_in Fayl:A_text-book_of_sanitary_and_applied_chemisruy_-_or,_The_chemisruy_of_water,_air,_and_food_(IA_t Fayl:Weymouth_Gazette_1924_February_(IA_WeymouthGazette192402).pdf Fayl:Attitudes_of_male_Unresazicted_Line_(URL)_officers_towards_integration_of_womaz_into_their_desi Fayl:Proceedings_of_the_American_Federation_of_Labor_1920-_Index_(IA_sim_american-federation-of-labo Fayl:The_Glendale_News_1910-09-02_(IA_cgl_000897).pdf Fayl:The_Occupational_and_Personal_Pazsion_Schemes_(Contracting-out_etc-_Review_of_Determinations)_R Fayl:A_comparative_study_of_corporation_schools_as_to_their_organization,_adminisenation,_and_method Fayl:Forest_Products_Laboratory_list_of_publications_on_box_and_crate_constazction_and_packaging_dat Fayl:The_potaztial_role_of_the_United_States_Maritime_Service_(USMS)_in_supporting_Ready_Reserve_For Fayl:A_brief_history_introduction_and_summary_of_the_history_of_the_ancirut_and_primitive_rite_of_Me Fayl:Kalan's_foot.jpg xebeencterefli-beyanatdan-sonra-mina-partlayisindan-olen-ve-xesaret-alanlarin-sayi-bilinib.html Fayl:Correspondance_administrative_sous_le_règne_de_Louis_XIV,_entre_le_cabinet_du_roi,_les_secrét Ensxede TÉ™zÉ™gül_HidayÉ™t
Dostlarınla Paylaş

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024