Əyyub Quliyev (dirijor) Haqqinda Melumat - Vikipedia

Əyyub Quliyev (dirijor) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əyyub Quliyev (dirijor)

Əyyub Ramiz oğlu QuliyevAzərbaycan musiqiçisi, dirijor,[1] Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru (2013-cü ildən), Azərbaycanın əməkdar artisti (2017).

Əyyub Quliyev
Əyyub Ramiz oğlu Quliyev
Ümumi məlumatlar
Doğum tarixi (39 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Ramiz Quliyev
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2017

Həyatı və fəaliyyəti redaktə

Əyyub Quliyev 26 iyul 1984-cü ildə anadan olmuşdur. İlk təhsilini ailəsində almağa başlayan Əyyub Quliyev, sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə gedir. Gənc sənətkarın musiqiyə olan sevgisi nəticəsində 15 yaşında Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirmişdir.

Əyyub Quliyev 2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun sinfində təhsil almışdır. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirmişdir.

Sənətkarın ilk çıxışları hələ 2000-ci ilə təsadüf edir. Debütünü böyük məsuliyyət və zəhmət tələb edən uşaq orkestri ilə etmişdir.

Bir müddət sonra sənətkarın yaradıcılığında beynəlxalq festivallar və müsabiqələr bir-birini əvəz etməyə başlayır. Dirijor 2010-cu ildə Taskanini Beynəlxalq müsabiqəsində də iştirak edir. Nüfuzlu müsabiqənin qalibi sənəd verən 170 nəfər arasından Əyyub Quliyev seçilir[2].

Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev 2013-cü ilin iyul ayında Rusiyada keçirilən V. Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının Skryabin adına böyük zalında Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalında iştirak etmişdir. O, Raxmaninov beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır[3]. Əyyub Quliyev bu festivalda Safonov adına Federal Filarmonik orkestri ilə birlikdə çıxış etmişdir[4].

Əyyub Quliyev 2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub[5][6][7]. 2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.[8]

Mükafatları redaktə

30 aprel 2014-cü ildə,[9] 6 may 2015-ci ildə[10], 6 may 2016-cı ildə[11], 1 may 2017-ci ildə[12], 9 may 2018-ci ildə[13], 10 may 2019-cu ildə[14], 7 may 2020-ci ildə[15], 7 may 2021-ci ildə[16] və 10 may 2022-ci ildə[17] Prezident Mükafatına layiq görülmüşdür.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[18]

2020-ci ildə mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə Macarıstanın ən yüksək dövlət mükafatı olan "Qızıl Xaç" ordeni ilə təltif olunub[19][20].

Ailəsi redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. Tanınmış dirijorun beynəlxalq festivalda növbəti uğuru: [həmyerlimiz Əyyub Quliyevin Rusiyada (Kislovodsk şəhərində) keçirilən Beynəlxalq Akademik Musiqi Festivalında iştirakı haqqında] //Mədəniyyət.- 2015.- 22 iyul.- S.4.
  2. Sənətkar Əyyub Quliyev
  3. "Dirijorumuz Sergey Raxmaninovun yubiley musiqi festivalda iştirak edib". 2013-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.
  4. "Dirijor Əyyub Quliyev Sergey Raxmaninovla bağlı Beynəlxalq Musiqi Festivalında". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.
  5. "Əyyub Quliyev Moskvada baş dirijor təyin edildi". 2013-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-07.
  6. "Əyyub Quliyev Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-07.
  7. "Эйюб Кулиев назначен главным приглашенным дирижером Академического симфонического оркестра им. В.Сафонова". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-07.
  8. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. "Dirijor Əyyub Quliyev opera və balet teatrinin baş dirijoru və musiqi rəhbəri təyin olunmuşdur" (az.). Mct.gov.az. 07.11.2018. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
  9. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  10. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  11. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  12. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  13. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  14. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  15. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  16. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  17. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  18. President.az. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.03.2017. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  19. R. Tahir. "Azərbaycan dirijoru, Əməkdar artist Əyyub Quliyev Macarıstanın "Qızıl Xaç" ordeninə layiq görülüb" (az.). "Xalq" qəzeti. 17.11.2020. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
  20. İctimai TV. "Dirijor Əyyub Quliyev "Qızıl Xaç" ordeni ilə təltif olunub" (az.). Youtube.com. 08.12.2020. İstifadə tarixi: 2020-12-08.

Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024