13,2 mm Hotchkiss M1929 Haqqinda Melumat - Vikipedia

13,2 mm Hotchkiss M1929 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

13,2 mm Hotchkiss M1929

13,2 mm Hotchkiss M1929 və ya 13.2 mm Hotchkiss pulemyotu ağır pulemyot növü olub istehsalçısı Hotchkiss et Cie şirkətidir.

13,2 mm Hotchkiss M1929
Tipi Qazlı ağır pulemyot
Ölkə
İstismar tarixçəsi
İstismar edənlər Fransa, Yaponiya və başqaları
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
İstehsalçı Hotchkiss
Xüsusiyyətləri
Ağırlığı 37.5 kq
Uzunluğu 1.65 m (lülə uzunluğu 1 m)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1920-ci illərdən etibarən İkinci Dünya Müharibəsinə qədərmüxtəlif xalqlar tərəfindən istifadə edilmiş və FransaYaponiya tərəfindən lisenziya əsasında istehsal edilmişdir. Silahın çapı 13.2 x 96 mm olub, atəş tezliyi isə dəqiqədə 450 patrondur.

Xidməti təyinatı redaktə

  • Yerə quraşdırılmış olan zenit silahı: Fransa Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilmiş olan cüt ştativli sistem olub, strateji yerlərdə və aerodromlarda quraşdırılmışdır. Pulemyotun bu növünün adı 13,2 mm CA mle 1930 olmuşdur.
  • Döyüş gəmilərində: İkinci Dünya müharibəsinin əvvəllərində pulemyotun cütləşdirilmiş başlığı olan tipindən Fransa və Yaponiya donanmalarında istifadə olunurdu. Onlardan döyüş gəmilərinə külli miqdarda paylanmışdı.
  • Quru silahı: Bu silah ya ARM-35 yüngül tanklarına, ya da ki zirehli maşınlara və ya istehkamlara quraşdırılmışdır.

Populyar mədəniyyətdə "Hotchkiss" redaktə

Türkiyə İstiqlaliyyət müharibəsi zamanı Qara dəniz kapitanlarının Anadoluya qaçaq yollarla gətirdikləri silahlardan biri olan "Hotchkiss" populyar mədəniyyətdə də özünə yer tapmışdır. Cem Qaracanın 1975-ci ildə oxumuş olduğu siyasi mahnılardan biri olan və Türkiyə İstiqlaliyyət müharibəsindən bəhs edən Mübarizə (türk. Kavga) mahnısının ilk sətirləri belə başlayır:

Üç qardaş əmanəti bir dərədən götürdülər
İlyas, Təməl, Sürəyya, küləklər sıra-sıra
Əmanət pulemyotları, Hotchkiss markalı....

1976-cı ilin əvvəllərində TRT-də yayımı qadağan edilmiş olan "Mübarizə" mahnısı, "Mutlaka Yavrum" mahnısının yer aldığı 45-lik rekordun arxa tərəfində yer almışdır. Eyni hissəni Cem Karacanın xatirəsinə yayımlanmış olan "Mutlaka Yavrum" adlı musiqi albomunda Volkan Konak ifa etmişdir.

Ən Son Axtarılanlar

Dostlarınla Paylaş

Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024