1920 Haqqinda Melumat - Vikipedia

Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

1920

İl
1920 digər təqvimlərdə
Qriqori 1920
MCMXX
Bəhai 76 – 77
Benqal 1327
Berber 2870
Myanma 1282
Bizans 7428 – 7429
Buddist 2464
Erməni 1369
ԹՎ ՌՅԿԹ
Efiopiya 1912 – 1913
Hicri 1338 – 1339
Hind
 - Vikram-samvat 1976 – 1977
 - Şaka samvat 1842 – 1843
 - Kali-yuqa 5021 – 5022
Holosen təqvimi 11920
Yəhudi 5680 – 5681
İran 1298 – 1299
Qibti 1636 – 1637
Koreya 4253
Tailand günəş 2463

HadisələrRedaktə

  • yanvar - Osmanlı deputatlarının Məclisi tərəfindən "Milli And" adlı proqram sənədinin qəbul edilməsi.
  • 9 fevral - Parisdə imzalanan müqavilə ilə Şpitsbergen adasının statusunun müəyyən edilməsi.
  • 9 mart - Qazaxıstanda Alaş Orda dövlətinin süqutu.
  • 3 aprel - Əsgəran döyüşü
  • 27 may - RSFSR-in tərkibində Tatarıstan MSSR-in yaradılması.
  • İyun - Antanta ölkələri ilə Macarıstan arasında Trianon]] sülh müqaviləsinin imzalanması
  • avqust - Antanta ölkələri ilə Osmanlı imperiyası arasında Sevr müqaviləsinin imzalanması
  • Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının ərazi təşkilatı regionda ilk dəfə olaraq Azərbaycanda yaradılmışdir.
  • Belçikada təzminat məsələsinə dair konfransın keçirilməsi.
  • 20 sentyabr - Sarıqamış döyüşü. Türk ordusunun Sarıqamışı azad etməsi
  • 30 oktyabr - Qars döyüşü. Türk ordusunun Qarsı azad etməsi
  • 7 noyabr - Gümrü döyüşü. Türk ordusunun Gümrünü azad etməsi
  • noyabr - Krımın Sovet Rusiyası tərəfindən işğal edilməsi.
  • 2 dekabr - Gümrüdə Ermənistanla Türkiyə Böyük Millət Məclisi hökuməti arasında müqavilə imzalanması.
  • 2 yanvar - RSFSR Xarici İşlər Komissarı Çiçerinin Azərbaycan Xaici İşlər naziri F.Xoyskiyə birinci notası.
  • 11 yanvar - Versal sülh konfransında "Antanta" Ali Şurasının Kerzonun təklifi ilə Azərbaycanın müstəqilliyinin de-fakto tanıması.
  • 23 yanvar - RSFSR Xarici İşlər Komissarı Çiçerinin Azərbaycan Xaici İşlər naziri F.Xoyskiyə ikinci notası.
  • Maarif Nazirliyi nəzdində Arxeologiya şöbəsinin yaradılması.
  • 11-12 fevral - Bakıda fəhlə klubu binasında Azərbaycan kommunistlərinin I qurultayı, Azərbaycan K(b)P-nın yaradılması.
  • 1 mart - Azərbaycanın ilk dovlət informasiya qurumunun - Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) fəaliyyətə başlaması.
  • 21 mart - İranla Azərbaycan arasında dostluq haqqında müqavilə imzalanması.
  • 17 mart - Bolşevik Rusiyasının rəhbəri Leninin Bakını işğal etmək barədə Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına teleqram göndərməsi.
  • 20 mart - Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında «Sülh və dostluq haqqında» müqaviləsinin imzalanması.
  • 21 mart - Qarabağda və Gəncəbasarda erməni silahlılarının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qiyamının başlanması.
  • 23 mart - AzərbaycanGürcüstan arasında ticarət müqaviləsinin imzalanması
  • 30 mart - N.Yusifbəylinin beşinci hökumət kabinetinin istefa verməsi.
  • 7 aprel - Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanması.
  • 15 aprel - Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski tərəfindən XI rus ordusunun Azərbaycan sərhədləri yaxınlığında (Dərbənd) toplanmasına aydınlıq gətirilməsi tələbi ilə Rusiya Xarici İşlər Naziri Çiçerinə nota göndərilməsi.
  • 22 aprel - M.Hacınskinin yeni hökumət təşkil etməkdən imtina etməsi.
  • 27-28 aprel - XI Qızıl Ordunun Bakını işğal etməsi və Azərbaycan Xalq Cumhuriyyətinin süqutu.
  • 28 aprel - Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci heyətinin təşkil edilməsi.
  • 30 aprel:
    • Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan K(b)P MK-nın orqanı "Kommunist" qəzetinin ilk sayının çap edilməsi.
    • XI Qızıl Ordu hissələrinin ŞamaxıSalyanı işğal etməsi.
  • 17 dekabr - Albaniyanın Millətlər Cəmiyyətinə qəbul edilməsi.
  • 3-4 may - XI Qızıl Ordu hissələrinin LənkəranıAstaranı işğal etməsi.
  • 5 may - Azərbaycan İnqilab Komitəsi tərəfindən xanların, bəylərin, mülkədarların, həmçinin monastırların, kilsələrin, məscidlərin bütün torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verilməsi.
  • 7 may - Azərbaycan İnqilab Komitəsi tərəfindən Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl Donanmasının təşkili haqqında dekret verilməsi.
  • 11 may - XI Qızıl Ordu hissələrinin Zaqatalaya soxulması.
  • 12 may:
    • Azərbaycan İnqilab Komitəsi tərəfindən xalq məhkəmələrinin təşkili haqqında dekret verilməsi.
    • Azərbaycan Daxili İşlər Komissarlığı tərəfindən Azərbaycanda hər cür silki, mülki və vətəndaş rütbələrinin, mənsəblərinin ləğvi haqqında dekret verilməsi.
    • XI Qızıl Ordu hissələrinin Şuşanı işğal etməsi.
  • 15 may -Meşələrin.suların ve yeraltı sərvətlərin milliləşdirilməsi
  • 16 may - N. Nərimanovun Moskvadan Bakıya gəlməsi.
  • 24 may - Azərbaycan İnqilab Komitəsi tərəfindən neft sənayesinin milliləşdirilməsi haqqında dekret verilməsi.
  • 25 may - Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq üsyanın başlanması.
  • 25-31 may - Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan.
  • 27 may - Azərbaycan Fəhlə-Kəndli Müdafiə Şurasının təşkili.
  • 31 may - Sovet hakimiyyətinə qarşı general-mayor Cavad bəy Şıxlinskinin başçılıq etdiyi Gəncə üsyanının amansızcasına yatırılması.
  • 1 iyun - teatrların milliləşdirilməsi haqqında dekretin verilməsi. Azərbaycan Dövlət Teatrıının yaradılması
  • 3 iyun - Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri tərəfindən Şuşa şəhərinin ələ keçirilməsi.
  • 5-15 iyun - Nuru paşa və polkovnik Zeynalovun başçılığı ilə Şuşada sovet hakimiyyəti əleyhinə üsyan baş verməsi.
  • 6 iyun - Azərbaycan İnqilab Komitəsi tərəfindən Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekret verilməsi.
  • 6-20 iyun - Zaqataladavə Qarabağda sovet hakimiyyəti əleyhinə üsyanın baş verməsi.
  • 11 iyun - Azərbaycan İnqilab Komitəsi tərəfindən bankların milliləşdirilməsi haqqında dekret verilməsi.
  • 19 iyun - Aərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilməsi.
  • 23 iyun - Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökumətinin yaradılması.
  • 16-19 iyul - Azərbaycan Kommunist Gənclər İttifaqının birinci qurultayının keçirilməsi.
  • 28 iyul - XI Qızıl Ordunun birinci Qafqaz polkunun Naxçıvana daxil olması və Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi.
  • 1-7 sentyabr - Bakıda Şərq xalqlarının birinci qurultayının keçirilməsi.
  • 11 sentyabr - Milli hökumətin süqut etməsi
  • 20 sentyabr - Təbrizdə ingilis imperalistləri və şah istibdadı əleyhinə 1920-ci il aprelin 7-də M. Xiyabaninin rəhbərliyi altında başlanmış üsyanın yatırılması, M. Xiyabaninin qətli.
  • 23 sentyabr - Azərbaycan İnqilab Komitəsi tərəfindən kənd yoxsul komitələrinin təşkili haqqında dekret verilməsi.
  • 30 sentyabr - Moskvada RSFSR ilə Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında müqavilənin bağlanması.
  • 1-10 noyabr 1920-ci ilin yayında - XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilmiş M.Ə.Rəsulzadənin İ.V.Stalinin göstərişi ilə həbsdən azad edilməsi və İ.V.Stalinlə bir qatarda Bakıdan Moskvaya aparılması.
  • 4 noyabr Azərbaycanda qadın şöbələrinin yaradılmasına başlanmışdır.
  • dekabr - Türkiye və Ermənistan arasında Gümrü müqaviləsinin imzalanması
  • 15 dekabr - Azərbaycan İnqilab Komitəsi tərəfindən "Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında" dekret verilməsi.

DoğumlarRedaktə

VəfatlarRedaktə


Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

B

Saytda 94 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021