1945 Berlin Qələbə Paradı Haqqinda Melumat - Vikipedia

1945 Berlin Qələbə Paradı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

1945 Berlin Qələbə Paradı

Berlin Qələbə Paradı — 7 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından qısa müddət sonra məğlubiyyətə uğramış nasist Almaniyasının paytaxtı Berlində antihitler koalisiyasının iştirakı ilə keçirilmiş parad. Paradda SSRİ, ABŞ, Birləşmiş KrallıqFransa iştirak edirdi.

1945 Berlin Qələbə Paradı
Paradda Sovet IS-3 tankları Şarlottenburq küçəsi boyunca hərəkət edirlər.
Paradda Sovet IS-3 tankları Şarlottenburq küçəsi boyunca hərəkət edirlər.
Tarix 7 sentyabr 1945-ci il
Yeri Berlin, Almaniya
Tanınır Unudulmuş parad
Səbəbi Nasizm üzərində qələbə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1945-ci ilin iyununda təşkil edilmiş Moskva Qələbə Paradının ardından SSRİ bənzər paradın müttəfiq qoşunları ilə birlikdə keçirilməsini təklif edir.[1][2] Hələ iyul ayında Berlində Britaniya parad keçirmişdi.[3][4] Sentyabr paradı Reyxstaq binasıBrandenburq qapısı yaxınlığında baş tutur.[2]

Paradda yüksək rütbəli zabitlərdən SSRİ-dən Sovet İttifaqı Marşalı Georgi Jukov, ABŞ-dən General Corc Smit Patton,[1] Birləşmiş Krallıqdan General Brayan Robertson və Fransadan General Mari-Pyer Köniq[5] iştirak edirdi. General Dvayt EyzenhaverFeldmarşal Bernard Montqomeri parada az müddət qalmış dəvəti rədd etmiş və Patton və Robertsonu nümayəndə qismində göndərmişdilər.[2][6][7] SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransadan ümumilikdə 5,000 nəfərlik qoşun heyəti iştirak edirdi ki, onların təkcə 2,000 nəfəri Sovetləri təmsil edirdi.[2] Şəxsi heyətin keçidi ilə başlanan parad zirehli texnikaların nümayişi ilə davam etdirildi.[2] Hərbi heyətə SSRİ 248-ci Piyada Diviziyası, Fransanın 2-ci Piyada Diviziyası, İngilis 131-ci Piyada Briqadası və ABŞ-nin 82-ci Hava-desant Diviziyası daxil idi; mövcud qüvvələr ilk növbədə yerli qarnizonlardan gəlirdi.[7] Zirehli kontingent isə Britaniya 7-ci Tank Diviziyası, Fransanın 1-ci Tank Diviziyası və ABŞ-nin 16-cı Mexanikləşdirilmiş Süvari Qrupu ilə təmsil olunurdu.[7] Qızıl Ordu fürsətdən istifadə edərək paradda IS-3 tankının ilk nümayişini reallaşdırır. Sovetlərin zirehli texnikası bununla yanaşı 2-ci Tank Qvardiya Ordusundan 52 tankla təmsil edilmişdi.[8]

Qərb mediyasında bu parad çox da işıqlandırılmadığına görə Rusiyada "unudulmuş parad" kimi adlandırıldı.[2][9] Qərbdə parada əhəmiyyət verilməməsi Soyuq müharibənin ilk əlamətlərindən biri hesab edilə bilər.[2] Bu dörd müttəfiq dövlətin qoşunları bir neçə ay sonra başqa bir Berlin paradında da iştirak etdilər. Həmin parad almanların təslim olmasının birinci ildönümündə — 8 may 1946-cı ildə Brandenburq qapısı önündə Şarlottenburq küçəsində keçirildi.[10][11] Parad Tirqartendə Sovet əsgərlərinin xatirəsinə ucaldılmış memorial abidənin açılış mərasimi ilə əlaqələndirilirdi.[10][11]

Sovet qoşunları 1946-cı ildə Londonda keçirilmiş və daha məşhur olan bir digər qələbə paradında isə iştirak etməmişdilər.[12]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 Geoffrey Roberts. Stalin's General: The Life of Georgy Zhukov. Random House Digital, Inc. 2012. səh. 235. ISBN 978-0-679-64517-7. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19.
  2. 1 2 3 4 5 6 7 "September, 7 in history – Russiapedia". Russiapedia.rt.com. 2013-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-09.
  3. "WINSTON CHURCHILL IN BERLIN, JULY 1945 | Imperial War Museums". Iwm.org.uk. 1945-07-21. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-09.
  4. "VE Day & Berlin Victory Parade Commemoration Page". Desertratsorg.btinternet.co.uk. 2007-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-09.
  5. "Soviet Forces - September 7, 1945 in Berlin". Ww2incolor.com. 2020-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-09.
  6. "Forgotten Pages of Victory". Northstarcompass.org. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-09.
  7. 1 2 3 "Парады Победы 1945 года—Берлин, Москва, Берлин, Харбин - Газета - Зеркало недели. Украина". Zn.ua. 2014-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-09.
  8. Steven Zaloga. IS-2 Heavy Tank 1944-73. Osprey Publishing. 2011. səh. 18. ISBN 978-1-78096-139-2. 2013-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19.
  9. "SSEES Film and Video Database: Tape V-1889". Ssees.ucl.ac.uk. 2016-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-09.
  10. 1 2 Willmuth Arenhövel; Rolf Bothe. Das Brandenburger Tor. Verlag W. Arenhövel. 1991. səh. 303. ISBN 978-3-922912-26-2. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19.
  11. 1 2 Fritz Schulleri; Fritz Eschen; Abraham Pisarek. Berliner Kindheit vor 50 Jahren. Wartberg. 2002. ISBN 978-3-8313-1193-4. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19.
  12. “No Soviet troops for London’s Victory Parade” "The Canberra Times", 29 May 1946. Retrieved: 23 October 2009.

Xarici keçidlər redaktə


Saytda 108 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024