1964 UEFA Millətlər Kuboku Haqqinda Melumat - Vikipedia

1964 UEFA Millətlər Kuboku Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

1964 UEFA Millətlər Kuboku

Futbol üzrə 2-ci Avropa çempionatı — 1964-cü il 17-21 iyun tarixində İspaniyada keçirilən futbol yarışı. Çempionatın qalibi finalda SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edən ev sahibi İspaniya milli futbol komandası olmuşdur. İlk çempionatda 17 olan iştirakçı sayı, bu çempionatda 29-a çıxmışdır.

1964 UEFA Millətlər Kuboku
Yarış məlumatları
Ev sahibi  İspaniya
Tarix 1721 iyun 1964
Başlama tarixi 17 iyun 1964
Bitmə tarixi 21 iyun 1964
Stadion sayı (2 ev sahibi şəhərdə)
Yekun nəticəsi
Çempion  İspaniya
İkinci  SSRİ
Üçüncü yer  Macarıstan
Dördüncü yer  Danimarka
Yarış statistikası
Oyun sayı 4
Qol sayı 13 (matç başına: 3.25)
Tamaşaçı sayı 156255 matç başına: 39064
Mükafat sahibləri
Bombardir(lər) Macarıstan Ferents Bene
Macarıstan Dejö Novak
İspaniya Xesus Mariya Pereda (hər biri 2 qol)
Ən yaxşı oyunçu İspaniya Luis Suares Miramontes
Ən yaxşı qapıçı SSRİ Lev Yaşin
1960
1968
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reqlament redaktə

Turnir pley-off sisteminə uyğun keçirilmişdir. 29 komanda çempionatda iştirak etmək üçün ərizə vermişdir (Yunanıstan millisi püşkatmadan sonra iştirakdan imtina etmişdir). SSRİ, AvstriyaLüksemburq milliləri turnirə birbaşa ikinci mərhələdən başlama hüququ əldə etmişlər. Yarımfinallara qədər komandalar bir-birləri ilə iki oyun keçirmişlər (evdə və səfərdə). Turnirin final mərhələsinə vəsiqə qazanan dörd komanda çempionatın bu mərhələsinin keçiriləcəyi ölkəyə toplaşmışlar. Ev sahibi ölkə isə final mərhələsində iştirak edəcək dörd komanda məlum olandan sonra bu komandaların mənsub olduqları ölkələrin içindən seçilmişdir.

Tarixi redaktə

Lüksemburq millisi bütün turnirin sensasiyası hesab edilmişdir. 1/8 final mərhələsində lüksemburqlular Niderland milli futbol komandasını iki oyunun nəticələrinə görə (1:1, 2:1) məğlub etmiş, 1/4 finalda isə Danimarka milli futbol komandasına sadəcə əlavə oyunda 0:1 hesabı ilə məğlub olmuşdur. Turnirin final mərhələsinə Danimarka millisi ilə yanaşı SSRİ, İspaniya və Macarıstan milliləri də vəsiqə qazanmışlar.

Birinci yarımfinalda SSRİ millisi danimarkalıları Barselonada 3:0, İspaniya millisi isə macarları Madriddə oyuna əlavə olunmuş vaxtda 2:1 hesabı ilə məğlub etmişdir. Madriddəki Santyaqo Bernabeu stadionunda keçirilən final oyununda ev sahibi İspaniya Marselinonun oyunun sonunda vurduğu qol hesabına SSRİ üzərində 2:1 qələbə qazanmışdır.

İştirakçılar redaktə

Şəhərlər və stadionlar redaktə

Madrid Barselona
Santyaqo Bernabeu Kamp Nou
40°27′10″ şm. e. 3°41′18″ q. u. 41°22′51″ şm. e. 2°07′22″ ş. u.
Tutumu: 110 000 Tutumu: 90 000
   
1964 UEFA Millətlər Kuboku, İspaniya

Seçmə mərhələsi oyunları redaktə

Komandaların heyətləri redaktə

Final turniri redaktə

  Yarımfinallar Final
             
17 iyun
  İspaniya (əlv. vaxt) 2  
  Macarıstan 1  
 
21 iyun
      İspaniya 2
    SSRİ 1
 
 
Üçüncü yer
17 iyun 20 iyun
  SSRİ 3   Macarıstan (əlv. vaxt) 3
  Danimarka 0     Danimarka 1

1/2 final redaktə

17 iyun 1964
İspaniya   2 : 1
ə.v.
Hesabat
  Macarıstan
Pereda Qol  35'
Amansio Qol  112'
Qollar Qol  84' Bene
Santyaqo Bernabeu, Madrid
Tamaşaçı: 34 713
Hakim: Belçika  Artyur Blavye
Heyətlər:
İspaniya: İribar, Rivilya, Olivelya (k), Soko, Kalyexa, Fuste, Pereda, Amansio, Marselino, Martines, Suares, Lapetra.Macarıstan: Sentmixai, Matrai, K.Mesey, Şaroşi, İ.Nad, Şipoş, Komora, Bene, Albert, Tixi (k), Fenveşi.

17 iyun 1964
SSRİ   3 : 0
Hesabat
  Danimarka
Voronin Qol  19'
Ponedelnik Qol  40'
V.İvanov Qol  87'
Qollar
Kamp Nou, Barselona
Tamaşaçı: 38 558
Hakim: İtaliya  Konçetto Lo Bello
Heyətlər:
SSRİ: Yaşin, Mudrik, Şustikov, Şesternyov, Voronin, Aniçkin, Çislenko, V.İvanov (k), Ponedelnik, Qusarov, Xusainov.
Danimarka: L.Nilsen, Y.-Y.Hansen, K.Hansen, B.Hansen, Birger Larsen, Torst, Erlinq Nilsen, K.Bertelsen, U.Madsen-I (k), U.Serensen, D.Danielsen.

3-cü yer uğrunda oyun redaktə

20 iyun 1964
Macarıstan   3 : 1
ə.v.
Hesabat
  Danimarka
Bene Qol  11'
Novak Qol  107' (pen.)110'
Qollar Qol  82' Bertelsen
Kamp Nou, Barselona
Tamaşaçı: 3 869
Hakim: İsveçrə  Daniel Melle
Heyətlər:
Macarıstan: Sentmixai, Novak, K.Mesey, İxas, Şipoş (k), Şoymoşi, Y.Farkaş, Z.Varqa, Albert, Bene, Fenveşi.
Danimarka: L.Nilsen, Volmar, Birger Larsen, K.Hansen, B.Hansen, Erlinq Nilsen, K.Bertelsen, Torst, U.Serensen, U.Madsen-I (k), D.Danielsen.

Final redaktə

border=none  Əsas məqalə: UEFA Avro 1964 finalı
21 iyun 1964
İspaniya   2 : 1
Hesabat
  SSRİ
Pereda Qol  6'
Marselino Qol  84'
Qollar Qol  8' Xusainov
Santyaqo Bernabeu, Madrid
Tamaşaçı: 79 115
Hakim: İngiltərə  Artur Holland
Heyətlər:
İspaniya: İribar, Rivilya, Olivelya (k), Soko, Kalyexa, Fuste, Suares, Pereda, Amansio, Marselino Martines, Lapetra.
SSRİ: Yaşin, Mudrik, Şustikov, Şesternyov, Aniçkin, A.Korneyev, Voronin, Çislenko, V.İvanov (k), Ponedelnik, Xusainov.
Avropa çempionu
1964
  İspaniya
Birinci titul

Bombardirlər redaktə

2 top

Simvolik yığma komanda redaktə

Mənbə: UEFA[1]

İstinadlar redaktə

  1. "1964: Simvolik yığma komanda". 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024